Gimnaziyada konfrans zalı açıldı

 

Noyabrın 19-da S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında konfrans zalının açılışı oldu.

Tədbirdə gimnaziyanın direktoru Novruz Dəmirov konfrans zalında qoyulmuş kompüter vasitəsilə ekranda gimnaziyanın ümumi fəaliyyəti qazandığı uğurlar haqqında məlumat verdi.Qeyd olundu ki, "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olan gimnaziyanın 41 sinfində 1258 şagird təhsil alır.Bu gün onların yaxşı oxumaları üçün hər cür şərait yaradılıb.

Tədbirdə iştirak edən təhsil naziri Misir Mərdanov konfrans zalının tərtibatından razı qaldığını bildirdi. Bir sıra məsələlərə münasibətini bildirən nazir gimnaziya haqqında pedaqoji kollektivin qarşısında duran vəzifələrdən söz açdı.

Sonda Təhsil Nazirliyinin şöbə müdirlərindən F.Qədirov, A.Əhmədov, F.Şahbazlı başqalarının çıxışları oldu gimnaziyanın gələcək fəaliyyəti ilə əlaqədar təkliflər səsləndi.

 

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.-2009.-20 noyabr.-S.5.