Bir müəllimin izahatında 40 səhv varsa...

 

Goranboy rayonunun Faxralı kənd orta məktəbinin ibtidai sinif müəllimi Əliyeva Nəzirə Məhəmməd qızı dərs saatının azalması ilə bağlı müxtəlif idarə təşkilatlara ərizə müraciətlər ünvanlayıb. Surəti bizim redaksiyaya da daxil olan izahat müraciətlə Nəzirə müəllim məktəblərində dərs bölgüsündə olan əyintilərdən, xüsusən direktorun bu məsələdə qohumbazlıq göstərməsindən, savadsızlığından, ona qarşı olan haqsızlıqdan bəhs edir kömək istəyir. Həmin şikayət ərizəsi ilə əlaqədar Goranboy Rayon Təhsil Şöbəsindən alınmış cavabda bildirilir ki, göstərilən faktlar yerində araşdırılmışdır. Sinif müəllimi Nəzirə Əliyevanın ərizəsində göstərdiyi faktların heç bir əsası yoxdur. Əksinə, Nəzirə müəllim pensiyaçı olmaqla ona 11 saat dərs verilmişdir. Eşitmə orqanlarının xəstəliyi ilə əlaqədar xüsusi aparatdan istifadə edir. Latın qrafikalı əlifbanı bilmir s.

Bizim diqqətimizi cəlb edən isə, ilk növbədə, izahatın müəllim adına yaraşmayan dərəcədə savadsız yazılması oldu.

Nəzirə müəllim cəmi 12-13 sətirlik izahatında az, çox, düz 40 orfoqrafik üslub səhvinə yol verib, bir çox sözləri isə necə tələffüz edirsə, eləcə yazıb. İzahatdakı səhvlərin çoxluğunu nəzərə alaraq onları bir-bir sadalamağı lazım bilmirik. Amma sadəcə olaraq izahatın surətini yazıya əlavə edirik.

İzahatda Nəzirə müəllim qeyd edir ki, 43 ildir məllim işləyir. Aman Allah, görəsən belə bir "yüksək" savadla o, bu 43 ildə neçə savadsız şagird "yetişdirib"? Böyük fəxrlə 43 illik müəllimlik stajı olduğunu diqqətə çatdıran bu insan, kiçik bir yazıda bu qədər səhvə yol verirsə, onun ümumiyyətlə dərs deməyə haqqı varmı?

Yəqin ki, onun öz dəst-xətti ilə yazılıb təşkilatlara göndərdiyi şikayət ərizəsi ilə tanış olanlar da Nəzirə müəllimin bu əcaib-qəraib səhvlərini görüb, afərin belə "müəllimə", - deyiblər.

 

 

Azərbaycan müəllimi.-2009.-20 noyabr.-S.8.