İxtisasartırmada yeni model vacibdir

 

Noyabrın 5-də Xızı Rayon Təhsil Şöbəsi ilə Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialının Xızının ümumtəhsil məktəblərində fəaliyyət göstərən dayaq məntəqələri, onların işinin təkmilləşdirilməsi ilə bağlı birgə konfransı keçirildi. Tədbirdə hər iki müəssisənin əməkdaşları, dayaq məntəqələrinin nümayəndələri və məktəb rəhbərləri iştirak edirdilər.

Konfransda Azərbaycan Müəllimlər İnstitutu Sumqayıt filialının əlavə təhsil üzrə direktor müavini, fizika-riyaziyyat elmləri namizədi, dosent Mətləb Ağayarov təhsil naziri Misir Mərdanovun 24 oktyabr 2009-cu il tarixli kollegiya iclasında söylədiyi məruzədən irəli gələn vəzifələr dayaq məntəqələrinin işinin təkmilləşdirilməsinə dair məruzə etdi.

Xızı Rayon Təhsil Şöbəsinin müdiri Oqtay Abdullayev çıxışında müəllimlərin diplomdansonrakı təhsilinin vacibliyini, rayonda 5 ixtisas üzrə dayaq məntəqələrinin fəaliyyət göstərdiyini, kollegiya iclasında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsinin zəruriliyini qeyd etdi.

Konfransda çıxış edənlər dayaq məntəqələrinin işinin təkmilləşdirilməsi, müəllimlərin bu sahədə ehtiyac tələbatlarının öyrənilməsi, "sifariş-təklif" prinsiplərinin gözlənilməsi, proqramların tərtibi, İKT-nin imkanlarından səmərəli istifadə olunması, öyrədənlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, müasir təlim texnologiyalarından istifadənin, dayaq məntəqələrinin maddi-texniki tədris bazasının yeniləşməsi vacibliyindən söz açdılar.

 

 

M.İSMAYILZADƏ

 

Azərbaycan müəllimi.-2009.-20 noyabr.-S.7.