"Uşaq ili"nə həsr edilmiş xeyriyyə konserti və qaliblərin mükafatlandırılması
Noyabrın
19-da Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət
göstərən Respublika İncəsənət
Gimnaziyasının akt zalında 2009-cu ilin "Uşaq
ili" elan edilməsi münasibətilə qaçqın və
məcburi köçkün ailələrin uşaqları
üçün xeyriyyə konserti verilib. Konsert Təhsil
Nazirliyinin tabeliyində fəaliyyət göstərən
uşaq yaradıcılığı mərkəzlərinin dərnək
üzvlərinin iştirakı ilə həyata keçirilib.
Həmçinin
tədbirin rəsmi hissəsində "Uşaq ili"nə
həsr edilmiş inşa yazı müsabiqəsinin respublika
turunda qalib gəlmiş 8 şagird diplomlar və müxtəlif
hədiyyələrlə mükafatlandırılıblar.
Təhsil Nazirliyinin şöbə müdiri Ağababa İbrahimov çıxış edərək
ümummilli lider Heydər Əliyevin uşaqlara göstərmiş
olduğu qayğıdan
söz açıb, hazırda həmin siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin uşaqların
və yeniyetmələrin
firavan yaşamaları
üçün imzaladığı
bir sıra fərman və sərəncamların
həyata keçirilməsindən
danışıb.
Körpələrin və
uşaqların yaxın
dostu, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın bu istiqamətdə apardığı xeyriyyə
işlərinin gələcəyimizin
layiqli davamçıları
olacaq uşaqların xoşbəxt böyümələrinə
xidmət etdiyini xüsusi vurğulayan A.İbrahimov iştirakçılar
adından Prezident İlham Əliyevə və xanımı Mehriban xanım Əliyevaya səmimi minnətdarlığını bildirdi.
Rəsmi hissədən sonra şagirdlərin ifasında
rəngarəng konsert
nömrələri alqışlarla
qarşılandı.
N.MİRZƏ
Azərbaycan müəllimi.-2009.-20
noyabr.-S.6.