İqtisadi böhran dövründə ali təhsilin maliyyələşdirilməsi

 

Dünya Bankının V konfransından qeydlər

 

(Əvvəli qəzetimizin ötən sayında)

 

Konfransda Niderlandın Tventi Universitetinin ali təhsil siyasətinin öyrənilməsi üzrə mərkəzin koordinatoru Hans Vossenşteyn "Xərclərin bölüşdürülməsi ali təhsildə ədalət: on üç təklif" adlı təqdimatla çıxış etdi. Hans Vossenşteyn öz çıxışını, əsasən, aşağıdakı on üç təklif üzərində qurdu:

1. Bütün ölkələrdə təhsil xərclərinə olan tələbat uzunmüddətli trayektoriya üzrə getdikcə artır bu xərclər mövcud inflyasiya templərini çox zaman üstələyir.

2. Eyni zamanda dövlətin gəlirləri, əsasən vergilərdən əldə olunan gəlirlər daha asta templərlə, tədricən artır.

3. Nəticədə ali təhsil üçün nəzərdə tutulan dövlət gəlirlərinin bir hissəsinin digər daha sosial siyasi cəhətdən mühüm əhəmiyyətli tələbatların ödənilməsinə yönəldilməsi baş verir.

4. Ali təhsilə ayrılan xərclərin azaldılması ilə əlaqədar dövlət tərəfindən sərt tədbirlər görülür bu isə sonda ali təhsildə keyfiyyətin potensialın aşağı düşməsinə səbəb olur.

5. Bütün bu proseslər abituriyentlərin, tələbələrin bərabər imkanlarla ali təhsil almaq hüquqlarını müəyyən dərəcədə məhdudlaşdırır.

6. Qeyd olunan problemlərin əsasən xərclər gəlirlər baxımından iki həll yolu vardır.

7. Xərclərin azaldılması baxımından vəziyyətdən çıxış yolu səmərəliliyin yüksəldilməsini, effektivliyin artırılmasını, əsasən ali təhsil sektorunda diversifikasiyanı (ali təhsil müddətinin qısaldılmasını), universitetlərin universitetlərdə idarəetmənin səhmləşdirilməsini təklif etmək olar.

8. Gəlirlərin artırılması baxımından isə aşağıdakıları təklif etmək olar:

 

- Universitetin və ya fakültənin sahibkarlıq fəaliyyəti ilə məşgul olması;

- Xeyriyyəçilik məqsədlərindən istifadə;

- Xərclərin bir hissəsinin valideynlər ya tələbələr tərəfindən ödənilməsi, yəni xərclərdə pay bölgüsü.

9. Xərclərdə pay bölgüsünün müxtəlif variantları vardır:

- Valideynlər tələbələr tərəfindən təhsil üçün verilən avans ödənişləri;

- Yemək yaşayış xərclərinin artırılması;

- Tələbələrə verilən müavinətlərin, təqaüdlərin azaldılması;

- Borcların, kreditlərin alınması.

10. ümumilikdə, bir sözlə desək, ali təhsilə olan tələbat konkret sərt məbləği - təhsil haqqını şərtləndirir.

11. Əgər güzəştli tələbə kreditlərinin, borclarının verilməsi tətbiq edilərsə, cəmiyyətin ali təhsil sektorunda iştirak imkanları artar.

12. Ali təhsil sektorunda iştirak imkanlarının artırılması, hamının bərabər təhsil almaq imkanlarının yüksəldilməsi təhsildə ədalətlilik prinsipinə xidmət edir.

13. Ali təhsil müəssisələri yaranmış problemlərin həlli ilə əlaqədar xərclər gəlirlər baxımından daha optimal yollar seçməli bu zaman ali təhsildə ədalətlilik prinsipini qorumağa çalışmalıdırlar.

 

Konfransın birinci paralel iclasında digər maraqlı məruzələrdən biri Litvanın elm təhsil naziri Qintaras Steponaviçyusun Litvanın ali təhsilində cari ildən icrasına başlanılmış islahatlar barədə təqdimatı oldu. O, öz təqdimatında əvvəlcə ali təhsil sistemində aparılan islahatların milli qlobal kontekstindən danışdı bildirdi ki, Litva tələbələrinin sayına görə Avropada yüksək göstəriciyə malik olsa da, ali təhsilə ayrılan maliyyə vəsaitlərinin həcminə görə digər Avropa ölkələrindən çox geri qalır. Universitet tədqiqat institutlarının şəbəkəsi qeyri-rasional şəkildə bölünmüşdür biznes sferası ilə elmi-tədqiqat institutları arasında əlaqələr zəifdir. Qintaras Steponaviçyus həmçinin qeyd etdi ki, dünya universitetləri arasında qlobal rəqabətin olması, elit səviyyədən daha kütləvi ali təhsil səviyyəsinə keçidin zəruriliyi, yeni islahatlar üçün iqtisadi problemlərin həlli, səmərəliliyin artırılması, müasir qlobal iqtisadiyyata uyğunlaşmaq baxımından ali təhsildə islahatların aparılması vacibdir. Bundan əlavə, Qintaras Steponaviçyus Litvanın ali təhsilində aparılan islahatın məqsədləri barədə məlumat verərək bildirdi ki, ali təhsilin keyfiyyətinin yüksəldilməsi, ali təhsil almaq istəyənlərin hamısı üçün münasib imkanlar zəruri şəraitin yaradılması, ali təhsilin ölkənin inkişafının əsas hərəkətverici qüvvəsinə çevrilməsi ali təhsilə ayrılan bütün resurslardan səmərəli istifadə olunması mühüm əhəmiyyət kəsb edir. Qintaras Steponaviçyus həyata keçirilən islahatın aşağıdakı əsas prinsiplərini qeyd etdi:

- Rəqabət bazar prinsipləri;

- Sistematik ədalətli yanaşma;

- Ali təhsil müəssisələrinin tələbələrin səlahiyyətlərinin artırılması;

- Akkreditasiyanın şəffaf effektiv sisteminin yaradılması;

- Ali təhsil müəssisələrində müasir idarəetmə;

- Müstəqillik cavabdehlik;

- Əldə olunan nəticələrə görə dövlət maliyyələşməsi.

Qintaras Steponaviçyus təqdimatını davam etdirərək islahatda nəzərdə tutulan əsas tədbirlərdən danışdı bildirdi ki, yeni dəyişikliklərə uyğun olaraq bakalavr pilləsi üzrə dövlət maliyyə vəsaitlərini birbaşa ali məktəblərə deyil, tələbələrə verir. Belə ki, bakalavr pilləsində dövlət maliyyələşməsi ən yaxşı məktəb məzunlarına vauçerlərin verilməsi ilə təmin edilir. Bu zaman dövlət tərəfindən maliyyə dəstəyi əldə edən tələbələr dövlət özəl olmasından asılı olmayaraq, təhsil alacaqları ali məktəbi seçməkdə azaddırlar.

Sonda Qintaras Steponaviçyus Litvanın ali təhsil sistemində yeni başlamış islahatın ilkin nəticələri barədə məlumat verərək qeyd etdi ki, dövlət maliyyəsi ən yaxşı tələbələrə verilir, kifayət qədər tələbə cəlb edə bilməyən bir sıra tədris proqramları ləğv olunur, texniki peşə məktəblərinə üz tutanların sayı yüksəlir kiçik ali təhsil müəssisələri birləşməyə maraq göstərirlər.

Ümumilikdə konfrans çox səmərəli keçdi iclaslarda ali təhsilin maliyyələşdirilməsi mövzusunda müxtəlif ölkələrin təcrübəsi baxımından geniş müzakirələr aparıldı.

Hazırda Azərbaycanda 36 dövlət 14 özəl ali məktəb fəaliyyət göstərir. Dövlət ali təhsil müəssisələrinin maliyyələşdirilməsi dövlət büdcəsi ödənişli təhsildən əldə olunan vəsaitlər hesabına həyata keçirilir. Məlumat üçün bildirək ki, 2009-cu il üzrə Təhsil Nazirliyindən maliyyəşdirilən ali təhsil müəssisələrinin büdcəsinin 19%-ni ödənişli təhsildən əldə olunan vəsaitlər, 81%-ni isə dövlət büdcəsindən ayrılan vəsaitlər təşkil edir.

Azərbaycanda da gələcəkdə ali təhsilin maliyyələşdirilməsində dünyada mövcud olan mütərəqqi maliyyələşmə metodlarının, əsasən adambaşına yaxud əldə olunan nəticələrə görə maliyyələşdirmənin tətbiqi, ali təhsil almaq istəyənlərə əldə etdikləri nəticələrə görə təhsil almaq üçün dövlət vəsaitlərinin verilməsi (vauçer metodu) onların təhsil alacaqları ali təhsil müəssisələrinin seçilməsində müvafiq qaydalar çərçivəsində maksimum sərbəstlik imkanının təmin olunması, nəticədə ali təhsil müəssisələri arasında mükəmməl rəqabətin yaradılması həm dövlət, həm özəl ali təhsil müəssisələrində təhsilin keyfiyyətinin daha da yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

 

 

Şahrza ƏLİYEV

 

Azərbaycan müəllimi.-2009.-20 noyabr.-S.6.