Təhsil Nazirliyinin İnternet saytının yeni  təkmilləşdirilmiş versiyası istifadəyə verildi

 

 Azərbaycan Respublikası Təhsil Nazirliyinin İnternet saytının (http://www.edu.gov.az) yeni təkmilləşdirilmiş versiyası istifadəyə verilib. Dizayn, quruluş məzmun baxımından müvafiq tələblərə cavab verən yeni sayt nazirliyin fəaliyyətinin ayrı - ayrı istiqamətlərinin geniş ictimaiyyətə operativ çatdırılmasını, təhsil sahəsinə dair normativ - hüquqi bazanın vahid  mənbədə cəmləşdirilməsini təmin edir.

Saytda dövlətin təhsil siyasətinə uyğun olaraq təhsil sahəsinin müxtəlif istiqamətləri üzrə görülən işləri əks etdirən məlumatlar yerləşdirilib, əldə olunan uğurlar qarşıda duran vəzifələr haqqında dolğun informasiyalar verilib. Təhsilin bütün pillələrinə ayrıca yer verilən saytda davamlı olaraq keçirilən olimpiadalar, müsabiqələr barədə ətraflı məlumatlar onların nəticələri əksini tapıb.

Struktur, funksionallıq zəngin məlumat bazası baxımından fərqlənən saytda orta ixtisas ali məktəblərin siyahısı, onların əlaqə telefonları, İnternet e-mail ünvanları verilib. Saytda "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na aid bütün normativ-hüquqi sənədlər toplusu, xarici ölkələrin ali məktəblərinə qəbul qaydaları, müvafiq elanlar, ali məktəblər, ixtisaslar, təhsil pilləsi məzunlar haqqında dolğun məlumatlar yer alıb. Orta ümumi təhsilin məzmunu, texniki peşə təhsili müəssisələri ixtisasları, dərslik siyasəti, təhsil sistemində elm, xarici ölkələrin ali təhsil sahəsində verdiyi ixtisasların tanınması xarici dövlətdə alınan təhsilin Azərbaycanda qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi prosedurunun həyata keçirilməsi qaydaları, ümumtəhsil məktəblərindəki vakansiyalar, yeni qiymətləndirmə sistemi, məktəbdənkənar tərbiyə, təhsilin iqtisadiyyatı, dövlət proqramları, layihələr, təhsilin idarəolunmasının məlumat sistemləri (TİMS), məktəbəqədər təhsil digər bölmələr saytın istifadəçilərinin təhsil sahəsinə aid bütün gərəkli məlumatları ala biləcəklərini deməyə əsas verir. Onu da qeyd edək ki, saytda istifadə rahatlığı üçün ən çox müraciət olunan bölmələr ana səhifədə cəmləşdirilib. Mükəmməl axtarış sistemi zəngin arxiv sayəsində istifadəçilər hər hansı bir məlumatı asanlıqla əldə edə biləcəklər.

Qanunvericilik bölməsində yerləşdirilən Azərbaycan Respublikasının Konstitusiyası, qanunlar, fərman sərəncamlar, Nazirlər Kabinetinin qərarları, əsasnamələr, əmrlər, təlimatlar, qaydalar, təhsil standartları, lisenziyanın verilmə qaydası təhsil sahəsinə aid digər çoxsaylı normativ - hüquqi sənədlər geniş ictimaiyyətin marağına səbəb olacaqdır. Saytda rəhbərliyin qəbul günləri yer alıb, nazirliyin bütün şöbə struktur rəhbərlərinin əlaqə telefonları, e-mail ünvanları ayrıca bölmədə verilib, "Qaynar xətt" xidməti, press-reliz, çıxışlar, təhsil KİV-ləri bölmələri yaradılıb. Dinamik inkişaf proseslərini əks etdirən fotoqalereya saytın istifadəçilərinə ölkəmizin təhsil həyatında baş verən əlamətdar hadisələrin yeniliklərin çatdırılmasını təmin edir. Saytda yerləşdirilən banerlər isə istifadəçilərə ölkə həyatına təhsilin müxtəlif sahələrinə aid ətraflı məlumatlar almaq imkanı verir.

Onu da qeyd edək ki, Azərbaycanda təşəkkül tapan açıq informasiya siyasəti Təhsil Nazirliyinin fəaliyyətinin prioritet istiqamətlərini təşkil edir. Təhsil sahəsində aparılan islahatlar, əldə olunan uğurlar, ölkənin təhsil həyatında baş verən yeniliklər operativ şəkildə ictimaiyyətə çatdırılır, təhsilin bütün pillələrində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi baxımından ciddi addımlar atılır, elektron dərsliklər hazırlanır, məktəblər kompüterləşdirilir, müəllimlər informasiya-kommunikasiya texnologiyaları üzrə davamlı treninqlərə cəlb olunurlar digər müvafiq tədbirlər uğurla həyata keçirilir.

 

 

Azərbaycan müəllimi.-2009.-27 noyabr.-S.1.