Təhsil naziri Gürcüstanda
səfərdə olub
Azərbaycan Respublikasının
Təhsil Nazirliyi ilə Gürcüstanın
Təhsil və Elm Nazirliyi arasındakı qarşılıqlı razılaşmaya
əsasən, 24-25 noyabr
tarixlərində təhsil
naziri Misir Mərdanovun rəhbərlik
etdiyi nümayəndə
heyəti Gürcüstanda
səfərdə olub.
Gürcüstanın Təhsil
və Elm Nazirliyində
keçirilən görüşdə
nazir Nika Qvaramiya nümayəndə
heyətini salamlayaraq ölkəsinin təhsil sistemi, burada gedən islahatlar barədə ətraflı
məlumat verib, Azərbaycan Respublikası
Prezidentinin Gürcüstana
daim diqqətlə yanaşması, Gürcüstandakı
təlim Azərbaycan dilində olan məktəblərin dərslik,
dərs vəsaiti və digər tədris ləvazimatları
ilə təminatına
köməyi barədə
söz açıb.
Azərbaycanın Respublikasının təhsil
naziri Misir Mərdanov Azərbaycanda təhsil sahəsində aparılan islahatların nəticələrindən bəhs
edib. Gürcüstanın təhsil sistemində
aparılan ciddi dəyişiklikləri müsbət
qiymətləndirən nazir
buradakı Azərbaycan
məktəblərinin problemləri
barədə danışıb.
Noyabrın 25-də Azərbaycanın təhsil
naziri Misir Mərdanov və Gürcüstanın təhsil
və elm naziri Nika Qvaramiya ulu öndər Heydər Əliyevin
Daha sonra qonaqlar Marneuli rayonundakı 3 nömrəli
məktəbin Resurs Mərkəzində görüşdə
iştirak edib, ötən il orta və əsas
məktəbləri yüksək
nailiyyətlərlə bitirmiş
şagirdlərin təltif
olunması mərasiminə
qatılıblar. Sevindirici
haldır ki, həmin məzunlardan qızıl medala layiq görülən iki şagird azərbaycanlıdır. Mərasimdə
Azərbaycan Respublikasının
təhsil naziri çıxış edib,
soydaşlarımızın uğurlarından məmnun
olduğunu bildirib.
Həmin gün Marneuli şəhərində
yerləşən Heydər
Əliyev adına Gürcüstan - Azərbaycan
Humanitar Universitetində
müəllim və tələbələrlə, Dmanisi
rayonu Donisi kənd Azərbaycan məktəbində, Dmanisi
şəhərində Heydər
Əliyev Fondunun köməkliyi ilə ərsəyə gələn
kompüter mərkəzində,
gürcü dilinin intensiv tədrisi üzrə Resurs Mərkəzində görüşlər
davam etdirilib.
(Səfərlə
bağlı geniş
material qəzetimizin növbəti
nömrəsində dərc
olunacaq).
Azərbaycan müəllimi.-2009.-27 noyabr.-S.4.