Təhsil naziri Açıq Cəmiyyət İnstitutu Akademik Təqaüdçülər Proqramının təmsilçiləri ilə görüşüb

 

Açıq Cəmiyyət İnstitutunun Ali Təhsilə Dəstək Proqramı çərçivəsində həyata keçirdiyi Akademik Təqaüdçülər Proqramının ölkəmizdə fəaliyyətinin 5 ili tamam olur. Bu münasibətlə noyabrın 21-də Təhsil Nazirliyində proqramın bir qrup təmsilçisi ilə görüş keçirildi. Nazir müavinləri, nazirliyin şöbə müdirləri KİV nümayəndələrinin iştirak etdiyi görüşü təhsil naziri Misir Mərdanov açaraq proqramın təmsilçilərini salamladı, onları Təhsil Nazirliyində görməsindən məmnunluq duyduğunu bildirdi.

Görüşün məqsədinin proqram çərçivəsində görülmüş işlərin vəziyyəti ilə tanışlıq, bu barədə ictimaiyyətə daha geniş məlumat vermək olduğunu qeyd edən nazir proqramın əsas mahiyyətinin Azərbaycandan kənarda ali təhsil almış gənclərin ölkəyə qayıtmasını, Azərbaycanın ali məktəblərində işləməsini təmin etmək olduğunu, onun rəhbəri ilə artıq bir neçə dəfə görüşüb müzakirələr apardığını söylədi.

Nazir proqramın ölkəmiz üçün iki cəhətdən - həm xaricdə təhsil almış gənclərin Azərbaycana qayıtması, həm onların Avropa dünyanın ali məktəblərində gördüklərini Azərbaycanın ali məktəblərində tətbiq etməsi baxımından faydalı olduğunu vurğuladı.

Təhsil naziri çox maraqlı layihə adlandırdığı Akademik Təqaüdçülər Proqramını, ona verilən məlumata görə, yalnız Bakı Dövlət Universitetinin bir sıra ixtisaslarında apardığını 40 nəfər azərbaycanlı mütəxəssisi əhatə etdiyini, işə cəlb olunmuş hər müəllimə 500 avro əlavə əməkhaqqı verildiyini diqqətə çatdırdı.

Misir Mərdanov proqramın təmsilçilərinə gördükləri faydalı işə görə təşəkkür  edib proqramın əhatə dairəsinin daha da genişləndirilərək digər ali məktəblərin, o cümlədən Azərbaycan Tibb Universitetinin ona qoşulmasını məqsədəuyğun saydı layihənin həyata keçirilməsinə Təhsil Nazirliyinin hər zaman lazımi dəstək verəcəyini söylədi.

Görüşdə söz alan Akademik Təqaüdçülər Proqramının (ATP) region üzrə meneceri Magda Magradze səmimi qəbul üçün proqramın Azərbaycanda həyata keçirilməsinə verdiyi dəstəyə görə təhsil naziri Misir Mərdanova minnətdarlığını bildirdi. Xanım Magradze çıxışında Akademik Təqaüdçülər Proqramı haqqında məlumat verib onun üstünlüklərindən danışdı.

ATP-nin ölkə üzrə koordinatoru Raziyə İsayeva, BDU-da sosioloji proqramın müəllimi Aytəkin Hüseynli, hüquq kafedrasının müəllimi Cavid Qədirov b. görüşdə çıxış edərək Akademik Təqaüdçülər Proqramının ölkəmizdəki 5 illik fəaliyyətindən, onun nailiyyətlərindən, cəlb olunmuş müəllimlər tərəfindən proqramın necə dəyərləndirilməsindən söz açdılar.

Çıxışlardan aydın oldu ki, Akademik Təqaüdçülər Proqramı 2004-cü ildə Açıq Cəmiyyət İnstitutunun Ali Təhsilə Dəstək Proqramı tərəfindən Şərqi Avropada, keçmiş Sovetlər Birliyi ölkələrində ali təhsildə aparılan islahatlara dəstək məqsədilə yaradılmışdır.

Akademik Təqaüdçülər Proqramı fəaliyyət göstərdiyi ölkələrdə ali təhsildə gedən islahatlarda yaxından iştirak edir akademik şəbəkəsinin yerli, regional qlobal şəkildə qurulmasına yardımçı olur.

ATP Azərbaycanda da yarandığı ildən fəaliyyətə başlamışdır. Proqram artıq 5-ci ildir ki, Bakı Dövlət Universiteti ilə əməkdaşlıq edir böyük uğurlar qazanmışdır. Əməkdaşlığın nəticəsi kimi artıq 3-cü ildir ki, Bakı Dövlət Universitetində Sosial üzrə magistr artıq 2-ci ildir ki, Sosial üzrə bakalavr proqramlarında tələbələr yetişdirilir. Sosial üzrə hər iki proqramın işlənilməsində ABŞ-ın Avropa ölkələrinin aparıcı universitetlərində təhsil almış ATP tərəfindən BDU-da tədrisə cəlb olunmuş müəllimlər yaxından iştirak etmişlər. Həmin müəllimlər Sosial üzrə standartların hazırlanmasında yardımçı olmuşlar. Həmçinin 2008-2009-cu tədris ilində BDU -da Beynəlxalq insan hüquqları üzrə magistr proqramı da yaradılmışdır. Bu proqramın tədris dili ingilis dilidir tədris planının beynəlxalq standartlara uyğun tərtib olunmasına xarici professor yerli kadrlar böyük əmək sərf etmişlər. Bu proqramın da yaradılması hazırda uğurla həyata keçirilməsi ATP-nin dəstəyilə baş tutmuşdur.

ATP-nin əsas əməkdaşlıq etdiyi Bakı Dövlət Universitetindən hər il müxtəlif sayda kafedralar müəllimlər işə cəlb olunur. Son 5 il ərzində BDU ilə əməkdaşlıq çərçivəsində 26 nəfər xaricdə təhsil almış azərbaycanlı gənc, 6 xarici professor ATP-nin maliyyə dəstəyini alaraq universitetin müxtəlif kafedralarında beynəlxalq standartlara uyğun dərslər tədris etmişlər təhsildə gedən islahatların birbaşa iştirakçıları olmuşlar.

O da vurğulandı ki, növbəti tədris ili üçün ATP Azərbaycanda fəaliyyətini genişləndirməyi planlaşdırır. Bunun üçün hazırda digər dövlət universitetləri ilə danışıqlar aparılır.       

 

 

Y.ƏLİYEV

 

Azərbaycan müəllimi.-2009.-27 noyabr.-S.4.