Futbol üzrə
I respublika turnirinin
final mərhələsinin açılış
mərasimi keçirildi
Noyabrın 23-də "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol
Məktəbinin meydançasında
Təhsil Nazirliyinin nəzdində fəaliyyət
göstərən uşaq-gənclər
idman məktəbləri
arasında I respublika turnirinin final mərhələsinin
açılış mərasimi
keçirildi.
Açılış mərasimində çıxış
edən Təhsil Nazirliyinin şöbə müdiri Ağababa İbrahimov öncə keçirilən turnirin əhəmiyyətindən danışdı. Qeyd etdi ki, əsas
məqsəd uşaq və yeniyetmələr arasında futbol idman növünün daha
da inkişaf etdirilməsi və dostluq əlaqələrini
möhkəmləndirməkdir.
Futbolun inkişafına göstərilən
xüsusi dövlət
qayğısını önə
çəkən şöbə
müdiri bu populyar idman növündə də azərbaycanlı yeniyetmələrin
beynəlxalq səviyyəli
yarışlarda qalib gəlmələrinin vaxtı
çatdığını vurğuladı. Beynəlxalq Futbol Federasiyasının
qaydalarına əsasən,
2 mərhələdə keçirilən
turnirdə 13-14 yaşlı
oğlanlar öz güclərini sınayırlar.
ölkənin bütün regionlarını
təmsil edən komandaların tərkibi 16
idmançı, 1 məşqçi
və 1 nümayəndədən
ibarətdir. Noyabrın
9-dan 15-dək keçirilən yarışların zona mərhələsində 73 idman
məktəbinin komandası
iştirak etmiş, hər zonada 1 və 2-ci yerləri tutan komandalar final mərhələsində oynamaq
hüququ qazanmışlar.
Noyabrın 23-dən 29-dək
keçiriləcək final oyunlarında I, II və
III yerləri tutan komandalar Təhsil Nazirliyinin diplom və hədiyyələri
ilə mükafatlandırılacaq.
Açılış mərasimindən
sonra yarışlara
start verildi.
Fazil
İDRİSOĞLU
Azərbaycan müəllimi.-2009.-27 noyabr.-S.4.