Alimin yubileyinə
həsr olunmuş konfrans
Noyabrın 24-də Azərbaycan
Dövlət Pedaqoji Universitetində professor A.Verdizadənin
95 illik yubileyinə həsr olunmuş "üzvi reagentlər analitik kimyada" mövzusunda respublika konfransı keçirildi.
Konfransda ADPU-nun professor-müəllim heyəti, ali məktəb rəhbərləri,
tələbələr və KİV nümayəndələri
iştirak edirdilər.
Tədbiri giriş
sözü ilə açan ADPU-nun rektoru,
professor Y.Məmmədov bildirdi
ki, konfrans Azərbaycanın
görkəmli alimi,
analitik kimya sahəsində tanınmış
mütəxəssis, kimya
elmləri doktoru,
professor Allahverdi Verdizadənin
anadan olmasının
95 illik yubileyinə həsr olunub.
Qeyd olundu ki, ADPU-da fəaliyyət
göstərən Analitik
və fiziki kimya kafedrasını
1969-cu ildə məhz
professor A.Verdizadə təşkil
etmiş və ilk gündən ömrünün
sonuna qədər həmin kafedraya rəhbərlik etmişdir.
O, görkəmli
alim olmaqla bərabər, çox gözəl pedaqoq idi. Professor A.Verdizadənin
Azərbaycanda kimya elminin inkişafında, yeni kimyaçılar nəslinin yetişməsində
böyük xidmətləri
olmuşdur.
Tədbirdə BDU-nun rektoru,
akademik A.Məhərrəmov,
ADPU-nun professorlarından Ə.Qurbanov,
T.Ağdamski və başqaları çıxış
edərək professor A.Verdizadənin
pedaqoji fəaliyyətindən
və keçdiyi mənalı həyat yolundan
söz açdılar.
Şakir CƏFƏROV
Azərbaycan müəllimi.-2009.-27 noyabr.-S.8.