Peşə kurikulumları hazırlanarkən işəgötürənlərin tələbləri nəzərə
alınıb
Heydər Əliyev Fondu, Azərbaycan Respublikası
Təhsil Nazirliyi və YUNESKO tərəfindən
reallaşdırılan "Azərbaycanda peşə təhsilinin təkmilləşdirilməsi"
layihəsinin əsas məqsədi turizm və İKT sahəsində
müəyyən ixtisaslar
üzrə kurikulumların
və dərsliklərin
hazırlanması, müəllim-pedaqoji
heyətinin ixtisasartırma
imkanlarının genişləndirilməsi
və texniki peşə təhsili sahəsində resurs mərkəzinin yaradılmasıdır.
Artıq
Təhsil Problemləri
İnstitutunun tərkibində
İlkin Peşə Təhsilinin İnkişafı
Mərkəzinin yaradılması
ilə bu sahədə mövcud problemlərin öyrənilməsi
və gələcək
perspektivin müəyyən
edilməsi üçün
geniş imkanlar açılmışdır. Beynəlxalq ekspertlərin cəlb edilməsi vasitəsilə
peşə kurikulumlarının
hazırlanmasında zəngin
təcrübə qazanılmış,
bu istiqamətdə beynəlxalq təcrübələrin
nəticələri öyrənilmişdir.
Peşə kurikulumlarının hazırlanması prosesində
bu sahədə olan mövcud informasiya ilə yanaşı, yerli işəgötürənlərin də həmin ixtisaslara olan tələbləri nəzərə
alınmışdır.
Hicran ƏKBƏROVA
Azərbaycan müəllimi.-2009.-2
oktyabr.-S.5.