Azərbaycan Dillər Universitetində "Alman dili günü" qeyd olunub

 

Sentyabrın 24-də ADU-da "Alman dili günü" münasibətilə tədbir keçirildi.

Tədbirdə çıxış edən alman dili fakültəsinin dekanı Ulduz Aslanova bildirdi ki, ölkəmizdə alman dilinin xarici dil kimi tədrisinə 1936- 1937-ci illərdə başlanılıb. 1949-cu ildə isə Azərbaycan Pedaqoji İnstitutunun nəzdində alman dili fakültəsi yaradılıb.

ADU-nun alman dilinin leksikologiyası üslubiyyatı kafedrasının dosenti Çərkəz Qurbanlı, Alman Akademik Mübadilə Xidmətinin (DAAD) bu təhsil ocağında təmsilçisi Martina Liza digər natiqlər vurğuladılar ki, bəşər tarixinə bir sıra görkəmli şəxsiyyətlər bəxş etmiş alman xalqının dilini mədəniyyətini öyrənmək xalqlarımız arasında mədəni əlaqələri inkişaf etdirməkdə mühüm rol oynayır

Sonda universitetin tələbələri Almaniyanın tanınmış şairlərinin şeirlərini söylədilər.

 

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.-2009.-2 oktyabr.-S.5.