Çexiya Parlamenti Senatının sədri BSU-da olub

 

Sentyabrın 25-də Bakı Slavyan Universitetində Çexiya Parlamenti Senatının sədri Prşemisl Sobatkanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirildi.Tədbiri BSU-nun rektoru, Azərbaycan MEA-nın müxbir üzvü Kamal Abdullayev açaraq bildirdi ki, bu görüş universitetin tarixində əlamətdar bir hadisə olaraq yaddaşlarda qalacaq xalqlarımız arasında əlaqələrin genişlənməsinə müsbət təsir göstərəcək.

Rektor onu da qeyd etdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə getdikcə genişlənən Azərbaycan- çexiya əlaqələrinin inkişafı mədəni, elmi təhsil sahəsində bizim əməkdaşlığımız üçün yeni perspektivlər açır. Hazırda universitetdə 60 bakalavr magistrant çexiyaşünaslıq tərcümə üzrə təhsil alır.

Tədbirdə Çexiya Parlamenti Senatının sədri Prşemisl Sobatka qeyd etdi ki, mən çox sevinirəm ki, Bakıda slavyan dilləri tədris olunan bir universitet var. Çalışacağıq ki, çex dili üzrə təhsil alan tələbələr gələcəkdə ölkəmizi gəzmək şansı əldə etsinlər onlara hər cür şərait yaradılsın.

Sonda qonaq BSU-da yaradılacaq çexiya kitabxanasına çex, ingilis dillərində nəşr olunmuş kitablar hədiyyə etdi, universitetin fəxri kitabına ürək sözlərini yazan P.Sobatka müəllim tələbələrlə birlikdə xatirə şəkli çəkdirdi.

 

 

Azərbaycan müəllimi.-2009.-2 oktyabr.-S.5.