Daha iki günərzi qayğı mərkəzi açıldı

 

"Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institutlaşdırma) alternativ qayğı Dövlət Proqramı"nın Tədbirlər Planına dövlət uşaq müəssisələrinin transformasiyası üzrə Baş Plana əsasən sağlamlıq imkanları məhdud olan uşaqların təlim-tərbiyə aldıqları internat məktəbləri uşaq evlərinin nəzdində risk qrupuna daxil olan xüsusi qayğıya ehtiyac duyan uşaqlar üçün reabilitasiya-inkişafyönümlü günərzi xidmətlərin yaradılması nəzərdə tutulmuşdur.

 

Son vaxtlaradək iki belə alternativ müəssisə fəaliyyət göstərirdi. Bunlar "Uşaqların xilası" təşkilatı tərəfindən Təhsil Nazirliyinin tabeliyinə verilmiş Mingəçevir şəhər "Uşaq Ailələrə Dəstək Mərkəzi" bu ilin yanvarında Bakı şəhərindəki 2 nömrəli uşaq evinin nəzdində açılmış "Günərzi İnkişaf Mərkəzi" idi. Bu günlərdə onların sırasına daha 2-si əlavə olunub. Paytaxtın Bilgəh qəsəbəsində yerləşən 11 saylı xüsusi internat məktəbinin nəzdində "Günərzi İnkişaf Mərkəzi" Şüvəlan qəsəbəsində yerləşən yetim valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün respublika yardımçı internat məktəbinin nəzdində "Reabilitasiya-İnkişaf Mərkəzi" fəaliyyətə başlayıb.

Sentyabrın 30-da hər iki mərkəzin rəsmi açılışı oldu. Açılış mərasimlərində təhsil naziri Misir Mərdanov, Nazirlər Kabinetindən, Bakı Şəhər İcra Hakimiyyətindən nümayəndələr, Sabunçu Əzizbəyov rayonlarının icra hakimiyyətlərinin başçıları, alternativ xidmət müəssisələrinin yaradılmasına dəstək vermiş beynəlxalq qurumların təmsilçiləri iştirak edirdilər.

Öncə Sabunçu rayonundakı 11 nömrəli xüsusi internat məktəbinin nəzdində yaradılmış "Günərzi İnkişaf Mərkəzi"nin açılışı oldu. Uşaqlar təhsil naziri açılışa gəlmiş digər qonaqları internatın həyətində gül-çiçəklə qarşılayıb, şeirlərlə salamladılar.

Rəmzi açılışı bildirən qırmızı lent kəsildikdən sonra nazir digər iştirakçılar mərkəzi gəzərək burada uşaqlar üçün yaradılmış şəraitlə tanış oldular, oyun yataq otaqlarına, digər yardımçı otaqlara baxdılar. Məlumat verildi ki, mərkəzin yerləşdiyi bina Fransanın "Total" neft şirkəti tərəfindən əsaslı təmir edilmiş, Dövlət Proqramına ayrılmış vəsait hesabına zəruri inventar, avadanlıq inkişafetdirici təlim materialları ilə təmin olunmuşdur. Mərkəz 70 nəfər məktəbəqədər məktəbyaşlı sağlam, eyni zamanda sağlamlıq imkanı məhdud uşağa xidmət edəcək. Təhsil naziri mərkəzdəki şəraiti yüksək qiymətləndirib, binanın təmirinə, ümumiyyətlə mərkəzin açılmasına göstərdiyi dəstəyə görə "Total" şirkətinə minnətdarlığını bildirdi, uşaqlara mərkəzin işçi personalına uğurlar arzuladı.

Təhsil naziri qonaqlar 11 nömrəli xüsusi internat məktəbini gəzib yeməkxanaya, tədris yataq korpuslarına baxdılar. Nazir uşaqların təlimi, tərbiyəsi, məişəti üçün yaradılmış şəraitin ən müasir tələblərə cavab verdiyini söylədi.

Həmin gün paytaxtın Şüvəlan qəsəbəsində yerləşən yetim valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün respublika yardımçı internat məktəbinin nəzdində fəaliyyətə başlayan "Reabilitasiya-İnkişaf Mərkəzi"nin açılış lenti kəsildi. Təhsil naziri tədbirdə iştirak edən qonaqlar 40 uşağa xidmət edəcək bu mərkəzi gəzib müxtəlif yaş qrupları üçün nəzərdə tutulan oyun yataq otaqlarına baxdılar, internatın tədris yataq korpuslarında oldular, burada yaradılmış yüksək şəraitdən razı qaldılar. Verilən məlumatdan aydın oldu ki, mərkəzin yerləşdiyi bina Təhsil Nazirliyi tərəfindən əsaslı təmir edilmiş, onun müvafiq təchizatı da Dövlət Proqramına ayrılmış vəsait hesabına həyata keçirilmişdir.

Nazir yetim valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün respublika yardımçı internat məktəbi onun nəzdində açılmış "Reabilitasiya-İnkişaf Mərkəzi"ndə çalışanlara uğurlar arzuladı, alternativ xidmət mərkəzlərinin yaradılmasında xüsusi rolu olan "Uşaqların xilası" təşkilatına minnətdarlıq ifadə etdi.

Misir Mərdanov hər iki mərkəzin açılmasını dövlət müəssisələrindən uşaqların ailələrə verilməsi alternativ xidmət müəssisələrinin yaradılması istiqamətində atılmış növbəti addım kimi qiymətləndirib, xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərdikləri diqqət qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevaya minnətdarlıqlarını bildirdi.

Mərasimlərdə qeyd olundu ki, mərkəzlərin yaradılmasında məqsəd uşaqların müəssisələrə düşməsinin qarşısının alınmasıdır. Mərkəzlərə Əzizbəyov Sabunçu rayonları ərazilərində yaşayan, risk qrupuna daxil olan aztəminatlı, sağlamlıq imkanları məhdud olan ailələrin uşaqları cəlb ediləcək.

Mərkəzlərdə psixoloq, loqoped, inkişaf terapiyası (yəni uşaqlara özünəxidmət bacarıqlarının aşılanmasını öyrədən xüsusi pedaqoq) xidmətlərinin göstərilməsi nəzərdə tutulub.

Məktəbyaşlı uşaqların (1-8-ci siniflərarası) mərkəzdə dərsdən sonrakı asudə vaxtlarının səmərəli təşkili diqqətdə saxlanacaq. Uşaqların axşam evlərinə nəqliyyat vasitəsilə aparılması mərkəz tərəfindən təmin ediləcəkdir. Bu məqsədlə mərkəzlərə proqram çərçivəsində Təhsil Nazirliyi tərəfindən mini sərnişin avtobusu verilib.

Həmin müəssisələrdə günərzi qayğı xidmətlərinin yaradılması işin səmərəli təşkili üçün müəssisənin işçi heyətilə inklüziv təhsil sosial üzrə müxtəlif mövzularda treninqlər keçirilib.

O da qeyd olundu ki, bu tip alternativ müəssisələr Azərbaycanda yeni yaradılır. Təhsil Nazirliyinin nəzdində artıq 4 belə müəssisə fəaliyyət göstərir. Nazir gələcəkdə Bərdə Göyçayda da belə mərkəzlərin fəaliyyətə başlamasının nəzərdə tutulduğunu diqqətə çatdırdı.

 

 

Yusif ƏLİYEV

 

Azərbaycan müəllimi.-2009.-2 oktyabr.-S.2.