Bakı Avropa Liseyinin şagirdlərinə 100 noutbuk
verildi
Sentyabrın 25-də Bakı Avropa
Liseyində "İntel"
korporasiyasının və
Təhsil Nazirliyinin birgə həyata keçirdiyi "1 şagird
- 1 kompüter" layihəsi
çərçivəsində məktəblilərə 100 noutbukun
verilməsi mərasimi
keçirildi. Təhsil naziri
Misir Mərdanovun iştirak etdiyi mərasimdə noutbuklar liseyin 5-6-cı sinif şagirdlərinə verildi.
Layihəyə əsasən şagirdlər
noutbuklardan həm məktəbdə, həm
də evdə istifadə edə bilərlər. Təhsil naziri
Misir Mərdanov layihənin Azərbaycanın
təhsil sistemi üçün xüsusi
əhəmiyyəti olduğunu
vurğuladı. Qeyd etdi
ki, azyaşlı məktəblilərə noutbukların
verilməsi onların
informasiya-kommunikasiya texnologiyaları
vasitəsilə səmərəli
təhsil almalarına
yaxından kömək
edəcəkdir. Nazir liseyin
kompüter otaqlarına
baxdı, V "A" və
V "B" siniflərində olub, şagirdlərə verilmiş noutbuklardan dərs prosesində necə istifadə edilməsi ilə maraqlandı, müəllim
və şagirdlərlə
söhbət etdi, şagirdlərlə sual-cavab
apardı. Sonra nazir liseydə "Elektron məktəb" layihəsi çərçivəsində
yaradılmış və
artıq istifadə edilən elektron jurnallarla yaxından
Y.ƏLİYEV
Azərbaycan müəllimi.-2009.-2
oktyabr.-S.2.