Təhsil Nazirliyində imzalanma
mərasimi
Oktyabrın 1-də Təhsil Nazirliyində Azərbaycan
hökuməti ilə
Dünya Bankı arasında Azərbaycanda Dövlət İnvestisiyaları
üzrə Kadr Potensialının Gücləndirilməsi
Layihəsinin imzalanma mərasimi keçirildi.
Mərasimi açan
təhsil naziri Misir Mərdanov Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin
rəhbəri Qreqori Yedjeyçakı, Cənubi
Qafqaz üzrə regional direktoru Əsəd Ələmi, Təhsil Nazirliyinin və Dünya Bankının nümayəndələrini,
KİV təmsilçilərini və digər qonaqları salamladı. Təhsil
Nazirliyi ilə Dünya Bankı arasında əməkdaşlıq
əlaqələrinin 1999-cu ildən yarandığını
deyən nazir keçən 10 il ərzində çox mühüm işlərin
görüldüyünü, xüsusən ümumi orta təhsilin keyfiyyətinin yüksəldilməsi
istiqamətində əhəmiyyətli nəticələrin
əldə olunduğunu
bildirdi.
Bu layihənin əvvəlkilərdən
çox ciddi şəkildə fərqləndiyini
vurğulayan Misir Mərdanov imzalanacaq sənəd haqqında tədbir iştirakçılarına
ətraflı məlumat
verdi. Qeyd etdi ki, bu
sənəd həm layihə idarəetməsi
üzrə müasir metodologiyalar sahəsində
təlimlərin keçirilməsini,
həm də yol, su təchizatı
sektorları sahələrində
xüsusi texniki təhsilin təmin edilməsini nəzərdə
tutur. Belə ki, ilkin mərhələdə qeyd
edilən sektorlar üzrə mütəxəssislərin
seçilməsi, treninq
proqramlarının hazırlanması
və keçirilməsi,
bacarıqların qiymətləndirilməsi,
fəaliyyət dövründə
inkişafın izlənilməsi
fəaliyyət istiqamətlərinin
əsasını təşkil
edəcəkdir.
Bu məqsədlə iki ali məktəbdə
(Azərbaycan Memarlıq
və İnşaat Universiteti və Azərbaycan Respublikası
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyası) videokonfrans
imkanları olan mərkəzlərin yaradılması
da planlaşdırılır.
Eyni zamanda təlim sahəsində bacarıqlar və təcrübə əldə
edildikdən sonra digər dövlət qurumları üçün
də kadr hazırlığı sahəsində
tədbirlərin həyata
keçirilməsi nəzərdə
tutulur.
4 komponentdən ibarət
olan layihənin (mövzular üzrə potensialın gücləndirilməsi,
konkret sektorlar üzrə potensialın gücləndirilməsi, kadr
potensialının gücləndirilməsini
dəstəkləyəcək fəaliyyətlər və
layihənin icra məsrəflərinin maliyyələşdirilməsi)
əhəmiyyətli cəhətlərindən biri də odur ki,
təcrübə əldə
edildikdən sonra müvafiq sahələrdə
kadr hazırlığını
həyata keçirən
ali məktəblərdə
kurikulumlar yeniləşdiriləcək
və müasir tələblər səviyyəsində
kadr hazırlığı
həyata keçiriləcək.
Nazir Misir Mərdanov məlumat verdi ki, iki ay
sınaq müddəti
olmaqla 2010-2013-cü illəri
əhatə edən layihənin maliyyə təminatı 10 milyon
ABŞ dolları təşkil
edir. Həmin vəsaitdən 8 milyonu Beynəlxalq İnkişaf
Assosiasiyasının Azərbaycan
Respublikasına verdiyi
uzunmüddətli güzəştli
kreditdir. 2 milyon
ABŞ dolları isə
Azərbaycan hökumətinin
payına düşür.
Qeyd edək ki, Azərbaycan
Dünya Bankına
1992-ci ildə üzv olub. Həmin vaxtdan başlayaraq ölkədə 42 layihənin
maliyyələşdirilməsi üçün ümumi öhdəliklər 2,16 milyard
ABŞ dolları təşkil
etmişdir.
Sonra Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Əsəd Ələm çıxış
edərək təmsil
etdiyi qurumun ünvanına deyilən xoş sözlərə görə təhsil naziri Misir Mərdanova
öz təşəkkürünü
bildirdi.
Dünya Bankı ilə Təhsil Nazirliyi arasındakı sıx əməkdaşlıq
əlaqələrini çox
yüksək qiymətləndirən
Əsəd Ələm
Azərbaycanda müasir
tələblərə cavab
verən təhsil sisteminin qurulması istiqamətində görülən
işlərin davamlı
olacağını qeyd
etdi və bu layihənin uğurla həyata keçirilməsini
arzuladı.
Sonda imzalanma mərasimi keçirildi. Sənədləri
Azərbaycan Respublikasının
təhsil naziri Misir Mərdanov və Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Əsəd Ələm imzaladılar.
Hicran ƏKBƏROVA
Azərbaycan müəllimi.-2009.-2
oktyabr.-S.4.