İki ölkənin elm təhsil sahəsindəki əməkdaşlığı yüksək səviyyədədir

 

Oktyabrın 1-də təhsil naziri Misir Mərdanov "Azərbaycan-Almaniya ali təhsil günləri" mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Almaniyanın bir qrup təhsil işçisindən ibarət nümayəndə heyəti ilə görüşüb.

Qonaqları Təhsil Nazirliyində görməkdən məmnunluq hissi keçirdiyini söyləyən nazir Misir Mərdanov bu görüşün hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirdi.

Təhsil Nazirliyinin Alman Akademik Mübadilə Xidməti (DAAD) təşkilatı ilə təhsil sahəsində əməkdaşlığı çərçivəsində Bakıda "Azərbaycan-Almaniya ali təhsil günləri" mövzusunda keçirilən beynəlxalq konfransın məqsəd məramından söz açan nazir 3 gün davam edəcək bu tədbirin işgüzar səmərəli keçəcəyinə ümidvar olduğunu dedi. Təhsil naziri bu ilin aprelində Alman Akademik Mübadilə Xidməti (DAAD) təşkilatının dəvəti ilə Almaniyaya səfərindən, orada keçirdiyi görüşlərdən danışaraq ölkələrimiz arasında elm təhsil sahəsində qurulmuş əməkdaşlığı yüksək qiymətləndirdi.

Nazir Alman Akademik Mübadilə Xidməti (DAAD) təşkilatının fəaliyyəti, gördüyü işlər barədə məlumat verərək bu təşkilatın təqaüdləri hesabına çoxlu sayda azərbaycanlı gəncin Almaniyada təhsil aldığını bildirdi. DAAD ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında sıx əməkdaşlıq əlaqələrinin gələcəkdə daha da genişləndirilməsinin vacibliyini vurğulayan təhsil naziri bu istiqamətdə görüləsi işlərdən danışdı. Respublikamızın orta ali məktəblərində alman dilinin tədrisinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı məsələlərə toxunan nazir Misir Mərdanov həmin işə diqqətin artırılmasının vacibliyini qeyd etdi.

Təhsil naziri beynəlxalq konfransın işində iştirak edən qonaqlara uğurlar arzulayaraq, onların ölkəmizdən xoş təəssüratlarla ayrılacaqlarına ümidvar olduğunu bildirdi.

Görüşdə iştirak edən DAAD-ın Şimal Yarımkürəsi departamentinin direktoru xanım Annette Culius nümayəndə heyəti adından səmimi qarşılandıqlarına görə Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanova təşəkkür etdi. Belə bir beynəlxalq konfransın Azərbaycanda keçirilməsindən məmnunluq duyduğunu deyən qonaq bunu hər iki ölkənin alim mütəxəssislərinin bir-biri ilə yaxından tanış olmaq, həmçinin ali təhsil müəssisələrinin nümayəndələri arasında əməkdaşlıq üzrə təcrübə perspektivlərin müzakirə olunması baxımından faydalı olacağını söylədi.

Xanım Annette Culius DAAD ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin bundan sonra da birgə əməkdaşlığının uğurla davam etdiriləcəyini deyərək, belə konfransların, görüşlərin davamlı olmasını arzuladı.

Görüşün sonunda qonaqlara xatirə hədiyyələri təqdim olundu.

 

 

Samirə KƏRİMOVA

 

Azərbaycan müəllimi.-2009.-2 oktyabr.-S.4.