Bakıda Almaniya universitetlərinin Təhsil Yarmarkası keçirilib

 

Oktyabrın 1-də "Kapellhaus" Alman-Azərbaycan Mədəniyyəti Cəmiyyətində Almaniya universitetlərinin Təhsil Yarmarkası çərçivəsində sərgi keçirildi. Təhsil Nazirliyi, Almaniya Federativ Respublikasının ölkəmizdəki səfirliyi Almaniya Akademik Mübadilə Xidmətinin dəstəyi ilə keçirilən tədbirdə təhsil naziri Misir Mərdanov, təhsil nazirinin müavini Elmar Qasımov, Almaniyanın Azərbaycandakı fövqəladə səlahiyyətli səfiri cənab Per Stankina, Alman Akademik Mübadilə Xidmətinin regional direktoru xanım Annette Culius, respublikamızın ali təhsil ocaqlarının rektorları, Almaniya ali təhsil müəssisələrinin nümayəndələri digər şəxslər iştirak etdilər.

Sərginin açılışında qonaqları salamlayan təhsil naziri Misir Mərdanov qeyd etdi ki, ölkə təhsilinin həyatında əlamətdar bir hadisənin şahidi oluruq. Müstəqil Azərbaycanın tarixində ilk dəfədir ki, bu miqyasda tədbir keçirilir. Sərgidə Almaniyanın 22 ali məktəbindən 30-a yaxın nümayəndə, Almaniyada təhsil alan azərbaycanlı tələbələrin bir qismi başqa təşkilatların əməkdaşları iştirak edirlər.

Nazir çıxışında bildirdi ki, 1992-ci ildə yaradılan Alman Akademik Mübadilə Xidmətinin Azərbaycanda həyata keçirdiyi layihələrin müxtəlif tədbirlərin nəticəsində yüzlərlə azərbaycanlı gənc Almaniyada ayrı-ayrı ali məktəblərdə təhsil alaraq ölkəmizə qayıtmışdır.

Ölkə Prezidenti İlham Əliyevin xarici siyasətinə toxunan Misir Mərdanov vurğuladı ki, ölkə başçısı Almaniya ilə əlaqələrə xüsusi diqqət yetirir. Məhz bu uğurlu siyasətin nəticəsində Almaniyada təhsil alan gənclərin sayı durmadan artır. Əsas məqsəd iki ölkə arasındakı çoxtərəfli əlaqələri, xüsusilə ali təhsil müəssisələrinin qarşılıqlı münasibətlərini möhkəmləndirməkdir. Nazir çıxışının sonunda Köln Universitetinin professoru Rza Talibinin əlaqələrin inkişaf etdirilməsindəki xüsusi rolunu qeyd etdi iştirakçılara uğurlar arzuladı.

Sonra Alman Akademik Mübadilə Xidmətinin regional direktoru xanım Annette Culius Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Per Stankina çıxış edərək keçirilən tədbirin əhəmiyyətindən danışdılar.

Tədbir iştirakçıları "Azərbaycan-Almaniya ali təhsil günləri" sərgisinin təşkilatçıları tərəfindən yetərincə məlumatlandırıldılar.

 

 

Fazil İDRİSOĞLU

 

Azərbaycan müəllimi.-2009.-2 oktyabr.-S.4.