"Kitabi-Dədə Qorqud" və "Nibelunqlar haqqında nəğmə" dastanlarının müştərək tədqiqinə
dair simpozium
Sentyabrın 30-da Bakı Slavyan Universitetində "Kitabi-Dədə Qorqud" və "Nibelunqlar haqqında nəğmə" dastanlarının müştərək tədqiqinə həsr edilmiş simpoziumun açılış mərasimi oldu. Mərasimdə BSU-nun
professor-müəllim
heyəti, müxtəlif
ölkələrin səfirliklərinin,
ayrı-ayrı nazirliklərin nümayəndələri
və KİV əməkdaşları
iştirak edirdilər.
BSU-nun rektoru, AMEA-nın müxbir üzvü, əməkdar
elm xadimi, professor Kamal Abdullayev tədbiri açaraq qonaqları təqdim edib bildirdi ki, "Kitabi-Dədə Qorqud" və "Nibelunqlar haqqında nəğmə" - ortaçağ
qəhrəmanlıq dastanlarında
Şərq və Qərb"proyekti çərçivəsində sentyabrın 30-dan oktyabrın
4-dək Bakı Slavyan Universitetində keçirilən ilk simpoziumda
Almaniyadan 30-a yaxın
nüfuzlu elm xadimi və alim- filoloqlar iştirak edirlər.
"Kitabi-Dədə
Qorqud" və "Nibelunqlar haqqında nəğmə" - ortaçağ
qəhrəmanlıq dastanlarında
Şərq və Qərb" adlı layihə Bakı Slavyan Universitetinin xarici ölkə universitetləri və mədəniyyət mərkəzləri
ilə çoxşaxəli
əməkdaşlığının yeni səhifəsini açır.Bu layihə BSU və Almaniyanın Mayns Universiteti arasında
bağlanmış müqaviləyə
əsasən 2007-ci ildə
təsis edilib və layihənin beş il müddətində
həyata keçirilməsi
nəzərdə tutulub.Bu
layihə Almaniyanın
tanınmış elm
mərkəzləri olan
Mayns Universitetinin Şərqşünaslıq İnstitutu
və Germanşünaslıq
bölümü, həmçinin Volkenştayn Cəmiyyəti ilə birgə həyata keçirilir.
BSU gələcəkdə "Kitabi-
Dədə Qorqud"
dastanının digər
məşhur dünya
xalqları eposları
ilə müqayisəli
tədqiqi istiqamətində
də müvafiq addımlar ataraq Rusiya və Fransanın əlaqədar
universitetləri ilə
danışıqlar aparır.
Sonra Almaniya Federativ Respublikasının
Azərbaycandakı səfiri
Per Stankina çıxış edərək
BSU-nun ali təhsil ocaqları arasında ən nüfuzlu ali məktəblərdən biri
olduğunu Almaniyadan gələn qonaqların nəzərinə çatdırdı
və beş il müddətə həyata keçirilməsi
nəzərdə tutulan bu layihənin Azərbaycan ilə Almaniya arasında dostluq əlaqələrinin
daha da genişlənməsində
mühüm rol oynadığını qeyd
etdi.
Tədbirdə iştirak
edən təhsil nazirinin müavini Elmar Qasımov Almaniyadan gələn qonaqları salamladı və təhsil sahəsində Almaniya ilə Azərbaycan arasında olan sıx əməkdaşlıq
əlaqələrindən söhbət
açdı, həyata
keçirilməsi nəzərdə
tutulan bu layihənin iştirakçılarına uğurlar arzuladı.
Sonra professor Sieglinde Hartmanninin "Nibelunqlar haqqında nəğmə"
və dünya mədəniyyətlərarası rəqabətdə germanistikasının
gələcəyi" və
professor Hendrik Boeschotenin "Kitabi-Dədə Qorqud"un dili" mövzularında
çıxışları dinlənildi.
Tədbir ayrı-ayrı bölmələr üzrə
öz işini davam etdirir.
Şakir CƏFƏROV
Azərbaycan müəllimi.-2009.-2
oktyabr.-S.4.