Bilik yarışmasının qalibi ilə görüş

 

Ağcabədi rayonunda Təhsil Nazirliyinin Azad Azərbaycan Teleradio şirkətinin təşkilatçılığı əsasında təşkil olunmuş "LC - Bilik Akademiyası" yarışmasının qalibi 2 nömrəli məktəbin şagirdi Fərhad Həsənovla görüş keçirilib.

Görüş iştirakçıları öncə Heydər Əliyev meydanına toplaşaraq ulu öndərin abidəsi önünə gül dəstələri qoyub xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə RTŞ-ın müdiri Mehdi Əhmədov bildirdi ki, bu qələbə təkcə Fərhadın deyil, bütün Ağcabədi təhsilinin uğurudur. Bu uğurun gələcəkdə davam etdirilməsi yolunda davamlı planlı işlər görüldüyünü nəzərə çatdıraraq Fərhad Həsənovun müəllimlərinə valideynlərinə minnətdarlıq edib.

Sonra iştirakçılar yarışmanın final mərhələsini ekran vasitəsilə izləyərək qalibi bir daha alqışlayıblar.

Tədbirdə 2 nömrəli məktəbin direktoru Tahir Əliyev bir neçə əlaçı şagirdlər çıxış edərək qeyd ediblər ki, məktəbimizin respublika səviyyəsində əldə etdiyi bu uğur bizi çox sevindirir gələcəkdə nailiyyətlər qazanmağımıza ruhlandırır.

Sonda rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov qalibi təbrik edərək onu qiymətli hədiyyələrlə mükafatlandırıb.

 

 

Niyazi RƏHİMOV

 

Azərbaycan müəllimi.-2009.-9 oktyabr.-S.8.