"Elektron məktəb" layihəsinin tətbiq olunması barədə
Azərbaycan Respublikası təhsil
nazirinin əmri
Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin icrası üzrə Təhsil Nazirliyinin 19 avqust 2008-ci il tarixli əmri ilə təsdiq edilmiş Fəaliyyət Planının 13.2 və 13.3-cü bəndlərinin icrası məqsədilə
ƏMR EDİRƏM:
1. "Elektron məktəb"in nümunəvi modeli təsdiq edilsin.
2. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi (S.Məmmədov):
2.1. Təhsil müəssisəsinin vahid
informasiya mühitinin yaradılmasını nəzərdə
tutan "Elektron məktəb" modelinin strukturunun, iştirakçılarının,
proqram-texniki təminatının
və qarşılıqlı
fəaliyyət mexanizminin
müəyyən edilməsi
və pilot olaraq seçilmiş təhsil müəssisələrində
"Elektron məktəb"
layihəsinin tətbiq
edilməsini təmin etsin.
2.2. Müvafiq təhsil şöbələri ilə
birgə "Elektron məktəb" sisteminə
qoşulan təhsil müəssisələrində vahid informasiya mühitinin yaradılması
və idarəedilməsinə
nəzarət üzrə
məsul şəxslərin
təyin edilməsini təmin etsin.
2.3. "Elektron məktəb"
sisteminə qoşulan
pilot təhsil müəssisələrinin vahid
informasiya mühitinin yaradılması və fəaliyyət göstərməsi
üçün zəruri
olan avadanlıqlar (noutbuk, proyektor, interaktiv lövhə və s.) və
proqram təminatı ilə təchiz olunmasını təmin etsin.
2.4. Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə "Elektron məktəb" sisteminə
qoşulan pilot məktəblərdə çalışan
kadrların (pedaqoji, inzibati, texniki və s.) İKT sahəsində bilik və bacarıqlarının
artırılması üçün
tədbirlər görsün
və əlavə kursların təşkil olunmasını təmin etsin.
2.5.
"Elektron məktəb"
sisteminə qoşulan
pilot məktəblərdə
yüksəksürətli fiberoptik
İnternet və İntranet bağlantılarını
təmin etsin.
3. Azərbaycan Respublikası Prezidentinin
10 iyun 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "2008-2012-ci illərdə
Azərbaycan Respublikasında
təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində
"Elektron məktəb"
layihəsini tətbiq
etmək üçün
seçilmiş 20 pilot
məktəbin siyahısı
təsdiq edilsin.
4. Bakı Şəhəri üzrə Təhsil İdarəsinə və Sumqayıt Şəhər
Təhsil Şöbəsinə
tapşırılsın ki,
Təhsil Nazirliyinin Fəaliyyət Planına uyğun olaraq Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi ilə müqavilə əsasında
"Elektron məktəb"
layihəsinə qoşulan
pilot təhsil müəssisələrinin vahid
informasiya mühitinin yaradılması və fəaliyyəti sahəsində
çalışan təşkilatlara
lazımi kömək
göstərilməsi və
şərait yaradılması,
bu təhsil müəssisələrində çalışan kadrların
(pedaqoji, inzibati, texniki və s.) layihədə fəal iştirakı və onların üzərinə düşən
bütün vəzifələrin
yerinə yetirilməsini
təmin etsinlər.
5. İctimaiyyətlə
əlaqə şöbəsi
(B.Hüseynzadə) əmrin
"Azərbaycan müəllimi"
qəzetində, nazirliyin
"Təhsil xəbərləri"
məcmuəsində və
Təhsil Nazirliyinin rəsmi İnternet saytında dərc olunmasını təmin etsin.
6. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
Misir MƏRDANOV
5 oktyabr 2009-cu il
Azərbaycan müəllimi.-2009.-9
oktyabr.-S.2.