Peşə təhsili müəssisələri üçün tədris planlarının təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Peşə təhsili müəssisələri üçün tədris planlarının təsdiq edilməsi haqqında "Azərbaycan Respublikasında peşə məktəbi və peşə liseylərinin 5 günlük iş həftəsinə keçməsi, imtahanların təşkili və keçirilməsi qaydaları haqqında təlimatın və nümunəvi tədris planlarının təsdiq edilməsi barədə" Təhsil Nazirliyinin 01 iyul 2008-ci il tarixli, 840 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə

 

ƏMR EDİRƏM:

 

1. Peşə təhsili müəssisələrində kadrların hazırlanması üçün ixtisaslar üzrə tədris planları təsdiq edilsin.

2. Texniki-peşə təhsili şöbəsi (N.Məmmədov) Təhsil Problemləri İnstitutu (A.Mehrabov):

2.1. Tədris planlarının peşə təhsili müəssisələrinə çatdırılması məsələsini həll etsinlər.

2.2. Tədris planlarının tətbiqi ilə əlaqədar peşə təhsili müəssisələrinə əməli kömək göstərsinlər.

3. Respublikanın peşə təhsili müəssisələrinin direktorları rəhbərlik etdikləri təhsil müəssisələrində yeni tədris planlarının tətbiqini təmin etsinlər.

4. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində, "Sənətkar" jurnalında "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını təmin etsin.

5. Ümumi şöbə (İ.Mirzəyev) əmrin peşə təhsili müəssisələrinə çatdırılmasını təmin etsin.

6. Əmrin icrasına nəzarət nazir müavini İ.İsgəndərova həvalə edilsin.

 

 

Misir MƏRDANOV

6 oktyabr 2009-cu il

 

Azərbaycan müəllimi.-2009.-9 oktyabr.-S.2.