Yarmarkada məzunlara yerləri təklif olundu

 

Oktyabrın 3-də Azərbaycan Dillər Universitetinin İnformasiya Resurs Kompleksində Amerikada təhsil almış məzunlara ölkəmizdə müvafiq yerlərinin tapılmasına kömək məqsədilə əmək yarmarkası keçirildi.

ABŞ-ın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə keçirilən tədbir çərçivəsində "Uğurlu əlaqələrin qurulması", "İntervyu texnologiyası" "Uğurlu CV-nin hazırlanması" mövzularına dair seminarlar təşkil olundu. Yarmarkada məzunlara marketinq, informasiya texnologiyaları, bank işi, mühasibatlıq otel biznesi sahələrinə aid vakansiyalar təklif olundu.

 

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.-2009.-9 oktyabr.-S.1.