Ölkə üzrə milli qiymətləndirmənin 2011-ci ildə aparılması nəzərdə tutulub

 

Azərbaycan hökuməti tərəfindən təsdiq olunmuş Qiymətləndirmə Konsepsiyasına əsasən təhsildə proqnozlaşdırma perspektivlərin müəyyənləşdirilməsi məqsədi ilə hər 4-5 ildən bir təhsilin bir pilləsindən digərinə keçid zamanı milli qiymətləndirmə aparılır. Bu qiymətləndirmə IV IX siniflərdə ana dili riyaziyyat fənləri üzrə keçirilir. Cari ilin mayında respublikanın 52 rayon şəhərinin 216 məktəbində 12500 şagird əhatə olunmaqla milli qiymətləndirmənin tədqiqat mərhələsi keçirilib. Sorğularda 216 məktəb direktoru, 600-dək ana dili riyaziyyat müəllimi, 3 minədək valideyn iştirak edib.

Hazırda təhlili aparılan milli qiymətləndirmənin nəticələri ilin sonunda ictimaiyyətə elan olunacaq.

Təhsil Nazirliyindən aldığımız məlumata görə, 2011-ci ildə milli qiymətləndirmənin əsas mərhələsi keçiriləcək, 2013-cü ildə isə bütün ölkə üzrə milli qiymətləndirmənin aparılması nəzərdə tutulub.

 

 

Y.ƏLİYEV

 

Azərbaycan müəllimi.-2009.-9 oktyabr.-S.1.