Əsas və orta təhsil kursu üzrə
buraxılış imtahanlarının
aparılması barədə
Azərbaycan Respublikası təhsil
nazirinin əmri
Son dörd ildə ölkənin müxtəlif bölgələrində, 2008-2009-cu dərs ilində isə respublikanın (Naxçıvan MR istisna olmaqla) bütün ümumtəhsil məktəblərində və peşə liseylərində orta təhsil kursu üzrə buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada aparılması təhsilin keyfiyyətinə müsbət təsir etmiş və ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır. Bu dərs ilində mərkəzləşdirilmiş
qaydada keçirilən buraxılış imtahanlarının əhatə dairəsinin daha da genişləndirilməsi - IX siniflərdə də buraxılış imtahanlarının mərkəzləşdirilmiş
qaydada aparılması nəzərdə tutulmuş, imtahan prosesinin keçirilməsi qaydaları və mexanizminin təkmilləşdirilməsi istiqamətində müəyyən tədbirlər görülmüşdür.
Buraxılış imtahanlarının yeni qaydada aparılmasının son nəticədə təhsilin keyfiyyətinin yüksəlməsinə təsir edən amillərdən biri olduğunu, bu sahədə əldə olunmuş təcrübəni, yerli təhsili idarəetmə orqanlarının, ümumtəhsil məktəbləri, peşə liseyləri rəhbərlərinin, şagird və valideynlərin təkliflərini nəzərə alaraq
ƏMR EDİRƏM:
1. 2009-2010-cu dərs ilində respublikanın bütün ümumtəhsil məktəblərində (Naxçıvan MR istisna olmaqla) və peşə liseylərində, ötən dərs illərində buraxılış imtahanlarından qeyri-kafi qiymət alan, müəyyən səbəblərdən əsas və orta təhsil kursunu bitirməyən və eksternat qaydasında imtahan vermək üçün müraciət edən şəxslər də əhatə olunmaqla, əsas və orta təhsil kursları üzrə buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada aparılsın.
2. Ümumtəhsil məktəblərində əsas və orta təhsil
kursları üzrə yoxlama imtahanları 2010-cu ilin 28 fevral -
4 aprel, peşə liseylərində orta təhsil kursu üzrə
yoxlama imtahanı 2010-cu ilin 21 fevral tarixlərində
keçirilsin.
2.1. orta
təhsil kursu üzrə yoxlama imtahanları
aşağıdakı şəhər və rayonlarda göstərilən
tarixlərdə keçirilsin:
-
Bakı və Sumqayıt şəhərlərində - 27
fevral 2010-cu il tarixdə;
-
Şirvan şəhəri, Abşeron, Ağcabədi, Astara,
Beyləqan, Biləsuvar, Cəlilabad, Hacıqabul,
İmişli, Kürdəmir, Lənkəran, Masallı,
Neftçala, Salyan, Ucar, Saatlı, Sabirabad və Zərdab
rayonlarında - 13 mart 2010-cu il tarixdə;
- Gəncə,
Mingəçevir və Naftalan şəhərləri,
Ağstafa, Bərdə, Lerik, Yardımlı, Daşkəsən,
Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir,
Tərtər, Tovuz və Yevlax rayonlarında - 27 mart 2010-cu il
tarixdə;
- Şəki,
Ağdaş, Ağsu, Balakən, Göyçay,
İsmayıllı, Oğuz, Qax, Qəbələ, Quba, Qusar,
Xaçmaz, Dəvəçi, Siyəzən, Xızı,
Şamaxı, Zaqatala, və Qobustan rayonlarında - 3 aprel 2010-cu
il tarixdə;
-
Ağdam və Füzuli rayonlarının işğal
olunmamış ərazilərində yerləşən
ümumtəhsil məktəblərində orta təhsil kursu
üzrə yoxlama imtahanı 27 mart 2010-cu il tarixdə
keçirilsin. Həmin rayonların işğal
altında olan ərazilərində yerləşən və
digər məcburi köçkün rayonlarının
ümumtəhsil məktəblərində yoxlama imtahanı məskunlaşdıqları
şəhər və rayonların ümumtəhsil məktəbləri
üçün bu əmrlə müəyyənləşdirilmiş
tarixdə keçirilsin.
2.2. əsas
təhsil kursu üzrə yoxlama imtahanları
aşağıdakı şəhər və rayonlarda göstərilən
tarixlərdə keçirilsin:
-
Bakı və Sumqayıt şəhərlərində - 28
fevral 2010-cu il tarixdə;
-
Şirvan şəhəri, Abşeron, Ağcabədi, Astara,
Beyləqan, Biləsuvar, Cəlilabad, Hacıqabul,
İmişli, Kürdəmir, Lənkəran, Masallı,
Neftçala, Salyan, Ucar, Saatlı, Sabirabad və Zərdab
rayonlarında - 14 mart 2010-cu il tarixdə;
- Gəncə,
Mingəçevir və Naftalan şəhərləri,
Ağstafa, Bərdə, Lerik, Yardımlı, Daşkəsən,
Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir,
Tərtər, Tovuz və Yevlax rayonlarında - 28 mart 2010-cu il
tarixdə;
- Şəki,
Ağdaş, Ağsu, Balakən, Göyçay,
İsmayıllı, Oğuz, Qax, Qəbələ, Quba, Qusar,
Xaçmaz, Dəvəçi, Siyəzən, Xızı,
Şamaxı, Zaqatala və Qobustan rayonlarında - 4 aprel 2010-cu
il tarixdə;
-
Ağdam və Füzuli rayonlarının işğal
olunmamış ərazilərində yerləşən
ümumtəhsil məktəblərində əsas təhsil
kursu üzrə yoxlama imtahanı 28 mart 2010-cu il tarixdə
keçirilsin. Həmin rayonların işğal
altında olan ərazilərində yerləşən və
digər məcburi köçkün rayonlarının
ümumtəhsil məktəblərində yoxlama imtahanları
məskunlaşdıqları şəhər və
rayonların ümumtəhsil məktəbləri
üçün bu əmrlə müəyyənləşdirilmiş
tarixdə keçirilsin.
2.3.
yoxlama imtahanının nəticələri keçirildiyi
tarixdə jurnala yazılsın və şagirdlərin fənlər
üzrə ikinci yarımillik qiymətləri yoxlama imtahan nəticələri
nəzərə alınmaqla çıxarılsın.
3. Orta təhsil kursu üzrə
buraxılış imtahanları peşə liseylərində
2010-cu ilin aprel, ümumtəhsil məktəblərində
2010-cu ilin iyun aylarında ana dili və ədəbiyyat,
riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya və
xarici dil fənlərindən keçirilsin.
3.1.
ümumtəhsil məktəblərində orta təhsil kursu
üzrə buraxılış imtahanları
aşağıdakı şəhər və rayonlarda göstərilən
tarixlərdə keçirilsin:
-
Şirvan şəhəri, Abşeron, Ağcabədi, Astara,
Beyləqan, Biləsuvar, Cəlilabad, Hacıqabul,
İmişli, Kürdəmir, Lənkəran, Masallı,
Neftçala, Salyan, Ucar, Saatlı, Sabirabad və Zərdab
rayonlarında - 3 iyun 2010-cu il tarixdə;
- Gəncə,
Mingəçevir və Naftalan şəhərləri,
Ağstafa, Bərdə, Lerik, Yardımlı, Daşkəsən,
Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir,
Tərtər, Tovuz və Yevlax rayonlarında - 7 iyun 2010-cu il
tarixdə;
- Şəki,
Ağdaş, Ağsu, Balakən, Göyçay,
İsmayıllı, Oğuz, Qax, Qəbələ, Quba, Qusar,
Xaçmaz, Dəvəçi, Siyəzən, Xızı,
Şamaxı, Zaqatala, və Qobustan rayonlarında - 11 iyun
2010-cu il tarixdə;
-
Bakı və Sumqayıt şəhərlərində - 16 iyun
2010-cu il tarixdə;
-
Ağdam və Füzuli rayonlarının işğal
olunmamış ərazilərində yerləşən
ümumtəhsil məktəblərində orta təhsil kursu
üzrə buraxılış imtahanı 7 iyun 2010-cu il tarixdə
keçirilsin. Həmin rayonların işğal
altında olan ərazilərində yerləşən və
digər məcburi köçkün rayonlarının
ümumtəhsil məktəblərində buraxılış
imtahanları məskunlaşdıqları şəhər və
rayonların ümumtəhsil məktəbləri
üçün bu əmrlə müəyyənləşdirilmiş
tarixdə keçirilsin.
3.3.
peşə liseylərində orta təhsil kursu üzrə
buraxılış imtahanları 2010-cu ilin 25 aprel tarixində
keçirilsin.
4. Əsas təhsil kursu üzrə
buraxılış imtahanları ümumtəhsil məktəblərində
və peşə liseylərində 2010-cu ilin iyun ayında ana
dili və riyaziyyat fənlərindən keçirilsin.
4.1. əsas
təhsil kursu üzrə buraxılış imtahanları
aşağıdakı şəhər və rayonlarda göstərilən
tarixlərdə keçirilsin:
-
Şirvan şəhəri, Abşeron, Ağcabədi, Astara,
Beyləqan, Biləsuvar, Cəlilabad, Hacıqabul,
İmişli, Kürdəmir, Lənkəran, Masallı,
Neftçala, Salyan, Ucar, Saatlı, Sabirabad və Zərdab
rayonlarında - 4 iyun 2010-cu il tarixdə;
- Gəncə,
Mingəçevir və Naftalan şəhərləri,
Ağstafa, Bərdə, Lerik, Yardımlı, Daşkəsən,
Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir,
Tərtər, Tovuz və Yevlax rayonlarında - 8 iyun 2010-cu il
tarixdə;
- Şəki,
Ağdaş, Ağsu, Balakən, Göyçay,
İsmayıllı, Oğuz, Qax, Qəbələ, Quba, Qusar,
Xaçmaz, Dəvəçi, Siyəzən, Xızı,
Şamaxı, Zaqatala və Qobustan rayonlarında - 12 iyun 2010-cu
il tarixdə;
-
Bakı və Sumqayıt şəhərlərində - 14 iyun
2010-cu il tarixdə;
-
Ağdam və Füzuli rayonlarının işğal
olunmamış ərazilərində yerləşən
ümumtəhsil məktəblərində əsas təhsil
kursu üzrə buraxılış imtahanı 8 iyun 2010-cu il
tarixdə keçirilsin. Həmin rayonların
işğal altında olan ərazilərində yerləşən
və digər məcburi köçkün rayonlarının
ümumtəhsil məktəblərində buraxılış
imtahanları məskunlaşdıqları şəhər və
rayonların ümumtəhsil məktəbləri
üçün bu əmrlə müəyyənləşdirilmiş
tarixdə keçirilsin.
5. Əsas və orta təhsil
kursları üzrə təkrar imtahanlar müvafiq şəhər
və rayonlarda göstərilən tarixlərdə
keçirilsin.
6. Əsas və orta təhsil
kursları üzrə eksternat imtahanları 2010-cu ilin 23 iyun
tarixində Bakı şəhərində keçirilsin.
7. Təlim
gürcü dilində olan məktəblərin IX (X) və XI
(XII) siniflərində buraxılış imtahanlarının
aparılması Təhsil Nazirliyi tərəfindən
hazırlanmış imtahan materialları gürcü dilinə
tərcümə edilməklə, müvafiq rayon təhsil
şöbələrinə tapşırılsın.
8. Şagird
nailiyyətlərinin qiymətləndirilməsi prinsiplərinə
uyğun olaraq, attestata yazılacaq summativ (yekun) qiymət
şagirdin fənn üzrə mikrosummativ (yoxlama
imtahanının nəticələri, X və XI siniflərin
illik qiymətləri) və makrosummativ (buraxılış
imtahanı) qiymətləri əsasında hesablansın. Şəhadətnaməyə
yazılacaq
summativ (yekun) qiymət şagirdin fənn üzrə
mikrosummativ (yoxlama imtahanının nəticələri, VIII və
IX siniflərin illik qiymətləri) və makrosummativ
(buraxılış imtahanı) qiymətləri əsasında
hesablansın.
9. Buraxılış
imtahanlarının keçirilməsi ilə əlaqədar
peşə liseyləri və ümumtəhsil məktəblərinin
şagirdləri, müəllim və valideynləri arasında
2009-cu ilin oktyabr-noyabr aylarında təlimati işlər
aparılsın.
10. Monitorinq və qiymətləndirmə
şöbəsi (T.Hacıyeva) və Təhsilin idarəolunmasının
məlumat sistemləri şöbəsi (İ.Sadıqov) əsas
və orta təhsil kursları üzrə imtahan verən
şagirdlər haqqında müvafiq baza məlumatlarının
toplanmasını həyata keçirsin.
11. Monitorinq və qiymətləndirmə
şöbəsi (T.Hacıyeva) və Strateji təhlil,
planlaşdırma və kadrların idarəolunması
şöbəsi (F.Qədirov) imtahan nəticələrinin təhlili
əsasında zəruri təşkilati mexanizmlərin
qurulması, onların koordinasiya olunması ilə
bağlı təkliflər hazırlasın.
12. Bakı Şəhəri üzrə
Təhsil İdarəsi (N.Rzaquliyeva), Gəncə Şəhər
Təhsil İdarəsi (M.Əliyev), bütün şəhər
(rayon) təhsil şöbələri, bilavasitə Təhsil
Nazirliyinin nəzdindəki ümumi təhsil müəssisələrinin
və peşə liseylərinin direktorları:
12.1. əsas
və orta təhsil kursları üzrə buraxılış
imtahanlarının keçirilməsi ilə əlaqədar
olaraq məktəb rəhbərlərinin, müəllimlərin,
şagirdlərin və valideynlərin mütəmadi olaraq
maarifləndirilməsi işini təşkil etsinlər;
12.2.
imtahan mərkəzlərini müəyyənləşdirərkən
Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə
şöbəsi ilə razılaşdırsınlar;
12.3.
buraxılış sinif şagirdlərinin yoxlama və
buraxılış imtahanlarında iştirakını təmin
etsinlər;
12.4. əsas
və orta təhsil kursları üzrə şagirdlərin təkrar
və eksternat imtahanlarında maksimum iştirakını təmin
etsinlər.
13. Şəhərlər
və kənd rayonları üzrə ümumi təhsil
şöbələri (A.Muradov, A.Əhmədov), Texniki peşə
təhsili şöbəsi (N.Məmmədov) nəzərdə
tutulmuş tədbirlərin həyata keçirilməsi ilə
bağlı şəhər (rayon) təhsil şöbələrinə
və peşə liseylərinə lazımi köməklik göstərsinlər.
14. İqtisadiyyat şöbəsi
(Ş.Əliyev) imtahan materiallarının çap olunması
ilə bağlı smeta sənədlərinin
hazırlanmasını təmin etsin.
15. İctimaiyyətlə
əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin
"Azərbaycan müəllimi" qəzetində və
"Təhsil xəbərləri" məcmuəsində dərc
olunmasını, yoxlama və buraxılış
imtahanlarının nəticələrinin ictimaiyyətə
çatdırılmasını həyata keçirsin.
16. Əmrin icrasına nəzarəti
öz üzərimdə saxlayıram.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
5 oktyabr
2009-cu il
Azərbaycan müəllimi.-2009.-16 oktyabr.-S.4.