Fransa-Azərbaycan dilçilik təhsil əməkdaşlığı müzakirə edilib

 

Oktyabrın 13-də Azərbaycan Dillər Universitetinin Heydər Əliyev adına muzey-lektoriyasında Fransa-Azərbaycan dilçilik təhsil əməkdaşlığı çərçıvəsində tədbir keçirildi.

Tədbirin keçirilməsində məqsəd dilçilik sahəsində Fransanın tanınmış mütəxəssisləri ilə ADU-nun müəllim heyəti arasında mövcud əməkdaşlığı genişləndirmək həyata keçirməkdir.

Fransanın Şarl de Qoll adına Lil 3 Universitetinin "Dil mədəniyyətin didaktikası" master proqramının rəhbəri, professor xanım Mari Joze Barbo fransız dili müəllimi peşəsinin inkişafı, fransız dilinin İnternet, informasiya-kommunikasiya texnologiyaları vasitəsi ilə avtonom şəkildə öyrənilməsi onun müəllimlərin fasiləsiz təhsilinə tətbiqi sahəsində mühazirələr söyləmək üçün oktyabrın 6-dan 18-nə kimi Bakıya dəvət olunub ADU-da treninqlərə başlayıb. Oktyabrın 7, 8 9-da qonaq Jorj Sand adına Bakı Fransız Mədəniyyət Mərkəzində ADU-nun 20 müəlliminə treninq-staj keçib. Oktyabrın 10-da "Fransız dili müəllimi peşəsinin inkişafı" mövzusunda keçirdiyi konfransdan sonra ADU-nun müəllimləri fransız dili kafedralarının rəhbərləri ilə görüşən xanım Mari Joze Barbo gələcək əməkdaşlıq imkanlarından bəhs edib.

 

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.-2009.-16 oktyabr.-S.1.