Daha bir məktəb binası inşa edilir
Bu günlərdə Tərtər rayonunun Sarıcalı kəndində dövlət vəsaiti hesabına ikimərtəbəli, 220 şagird yerlik yeni məktəb binasının tikintisinə başlanılıb.
Yeni məktəb binası əsas və yardımçı binalardan ibarət olacaq. Bununla bərabər, məktəbin həyətində içməli su anbarı,qazanxana, artezian quyusu, transformator və çirkab su anbarının da tikilməsi nəzərdə tutulub. Yeni təhsil ocağı standartlara cavab verən avadanlıqlarla da təchiz olunacaq. Belə ki, fizika və kimya laboratoriyaları, kitabxana, kompüter otağı, idman və akt zalları günün tələbləri səviyyəsində şagirdlərin ixtiyarına veriləcək.
Məktəbin direktoru Çimnaz
Nuriyeva tikintinin sürətli və keyfiyyətli aparılmasından
danışaraq, belə
bir layihənin həyata keçirilməsinə
görə ölkə
Prezidenti cənab İlham Əliyevə və Təhsil Nazirliyinə xüsusi minnətdarlığını bildirdi.
Niyazi RƏHİMOV
Azərbaycan müəllimi.-2009.-16
oktyabr.-S.5.