Kolumbiya
Universiteti
Yerləşir: Nyu-York şəhəri, ABŞ
Yaranma tarixi: 1754-cü il
Tipi: Özəl
Prezidenti: Li C. Bollincer
İşçi heyəti: 3566 nəfər
Tələbələrin sayı: 6978 nəfər
Aspirantların sayı: 15985 nəfər
Rəsmi saytı: www.columbia.edu
Kolumbiya Universiteti (
Tarixi
Harvard (1636), Yel (1701), Prinston (1746), Pensilvaniya (1751) universitetləri kimi Kolumbiya Universitetinin tarixi də ABŞ-ın tarixindən qədimdir. 1754-cü ildə yaranan bu təhsil ocağı tez bir müddətdə siyasi elita yetişdirməyə başlayıb.
XVIII əsrin əvvəllərində
Nyu-York əhalisinin sayı sürətlə artırdı və
burada universitetə böyük ehtiyac var idi, lakin İngiltərə
kralları, nədənsə, bu məsələni
uzadırdılar. Nəhayət, 1754-cü
ildə kral II Heorq Nyu-Yorkda kütləvi kitabxananın və
Kral Kollecinin (
Kolumbiya Universitetinin şüarı indiyədək belə səslənir: "Sənin işığında nur tapacağıq". 1754-cü ildə kollecin birinci prezidenti Samuel Conson öz ilk səkkiz tələbəsinə mühazirə oxuyub, 1758-ci ildə Kral Kolleci elmi dərəcələr verməyə başlayıb. Kollecdə hüquq fakültəsi fəaliyyət göstərirdi, 1767-ci ildə isə tibb fakültəsi əlavə edildi.
Yeni yaranmış təhsil müəssisəsi tezliklə böyüyərək nüfuz əldə etməyə başlayır. İlk altıillik fəaliyyəti dövründə burada Nyu-Yorkun varlı ailələrindən olan oğlanlar təhsil alırdılar. Fəaliyyəti zamanı kollec bir müddət müflis olmaq təhlükəsi ilə üzləşib, lazım olan 10 min funt-sterlinq məbləğin 5 minini qüdrətli yəhudi biznesmenlərindən olan Mozes və onun İngiltərədə yaşayan bacısı Fil Franklar veriblər. Yeni yaranmış universitetdə fənlərdən birinin mütləq qədim yəhudi dili olması da məhz buradan qaynaqlanır. Samuel Consonun özü də bu dili mükəmməl bilirdi.
Amerika inqilabı və müstəqillik uğrunda gedən müharibə kollecin fəaliyyətini səkkiz il dayandırdı. Təhsil ocağı 1784-cü ildə adını dəyişərək Kolumbiya Kolleci (yeni müstəqillik qazanmış ölkəyə uyğun) kimi fəaliyyətə başladı. Kollecə rəsmi olaraq 1912-ci ildə universitet statusunun verilməsinə baxmayaraq, 1896-cı ildən bu təhsil müəssisəsini Kolumbiya Universiteti adlandırırlar.
1849-cu ildə Qəyyumlar Şurası Park-avenyu kvartalında universitet üçün bina alıb. Bu zamana qədər kollec nəinki borclarından qurtarmışdı, hətta milyon dollar dəyərində olan mülkə sahiblik edirdi (təkcə onu qeyd etmək yetər ki, universitetin ərazisində məşhur Rokfeller mərkəzi yerləşir). Universitet sürətlə genişlənməyə başlayır: 1858-ci ildə Kolumbiya Hüquq Məktəbi (Columbia School of Law), 1864-cü ildə ABŞ-da ilk dağ-mədən kolleci (Foundation School of Engieneering and Applied Science) açılıb. 1875-ci ildə Kolumbiya Universitetində ilk dəfə olaraq fəlsəfə doktoru dərəcəsi təqdim edilib, 1888-ci ildə Anna Natan Meyer (Azadlıq heykəlinin pyedestalında şeirləri həkk olunmuş Emma Lazarusun qohumu) qadın kolleci açılması haqqında kampaniyaya başlayıb və bir il sonra 1889-cu ildə Kolumbiya Universitetinin nəzdində qadınlar üçün Bernard-kollec açılıb. Hazırda Bernard-kollecin girişində Anna Meyerin portreti asılıb və onun adına kitabxana fəaliyyət göstərir.
1893-cü ildə universitetdə pedaqogika fakültəsi yaradılıb. XIX əsrin sonlarında çarlz Follen Mak Kim Kolumbiya Universitetinin yeni kampus planını hazırlayıb. Plana əsasən, kampus Brodvey, Amsterdam-avenyu, 114-120-ci küçələri əhatə edən ərazidə yerləşməli idi. Lakin uzun illər sürən tikinti işləri əsas planı pozub. Müxtəlif memarlıq məktəblərinin nümayəndələri tərəfindən inşa edilən binaların hərəsi bir dövrə aiddir: İtaliya renessansı üslubunda tikilmiş binanın yanında aerovağzalı xatırladan Yuris-hollun şüşəli korpusu yerləşir.
Nikolas Betlerin rəhbərliyi
(1902-1945) dövründə universitet təhsil sahəsində
innovasiyalar və tədris prosesinin təşkili üzrə
milli mərkəzə çevrilib, xüsusilə humanitar və
təbii elmlərin tədrisində daha böyük uğurlar
əldə edilib. 1912-ci ildə Cozef
Pulitserin təşəbbüsü ilə burada Jurnalistika Məktəbi
açılıb. XX əsrin əvvəllərində
Kolumbiya Biznes Məktəbi yaradılıb. I Dünya müharibəsindən sonra universitetdə
müharibə və sülh haqqında problemlər öyrədilməyə
başlanıb və politologiya kursları, II Dünya
müharibəsindən sonra, 1946-cı ildə isə Beynəlxalq
Münasibətlər Məktəbi (
Bu təhsil ocağı 200 illik yubileyini yüksəlişlə qeyd edib - yeni kampusların tikilməsi üzrə proqram qəbul olunub. 60-cı illərin sonuna qədər 5 fakültə yeni binalara köçməli idi. Lakin elə həmin illərdə Vyetnamda gedən müharibə ilə əlaqədar tələbə hərəkatı burada böhranın yaranmasına səbəb oldu. 1968-ci ilin aprelində minlərlə qiyamçı tələbə universitetin binalarını ələ keçirdi və polis çətinliklə onları buradan çıxarmağa müvəffəq oldu. Prezident Qreyson Krik istefa verdi, təhsil, tədqiqat və tikinti layihələrinin çoxu yığışdırıldı. Doğrudur, nəticədə idarəetmə islahatları həyata keçirildi, tələbələrin öz ali məktəblərinə fəal olaraq təsir etmələri üçün universitetin senatı yaradıldı.
70-90-cı illərdə Kolumbiya Universiteti intensiv inkişaf etməyə başlayıb: yeni fakültələr, elmi-tədqiqat mərkəzləri, kampuslar, 26 ixtisaslaşdırılmış institut, Qidalanma haqqında elmlər İnstitutu, Müharibə və Sülh problemlərinin öyrədilməsi İnstitutu, ümumamerika Hüquq Mərkəzi, Rusiya İnstitutu, İnsan hüquqları İnstitutu, 30-dan çox kitabxana, eləcə də 3 əsas - Saut-holl (3 mln. cild), texniki (450 min), hüquq (250 min), tibb (120 min) kitabxanaları və s. açılıb. Batler, Eyveri memarlıq və incəsənət, hüquq memorial universitetin ən böyük kitabxanalarıdır. Bütövlükdə, Kolumbiyanın kitabxana sistemi 9,5 milyon cild kitaba malikdir.
1993-cü ildə Kolumbiya Universitetində 650 milyon dollarlıq inkişaf proqramı həyata keçirilib. 2004-cü ildə universitetin 250-ci ildönümündə tələbələrin sayı 19 800 (9400 nəfəri qadın) nəfərə çatıb.
Kolumbiya Universitetinin kampusu böyük bir ərazini əhatə edir: əsas kampus - 15 hektar, idman kompleksi - 10 hektar, tibb mərkəzi - 9 hektar, rəsədxana - 64 hektar. Kampusda tələbələr üçün hər növ şərait yaradılıb. Hartli-holl, Livinqston-holl, Con-Cey-holl, Farneld-holl, Hoqan-holl, McBain-holl, Brodvey-holl, Vien-holl və s. yataqxanalar tələbələrin istifadəsindədir.
Fakültələr
(proqramlar)
Kolumbiya Universitetində aşağıdakı fakültələr fəaliyyət göstərir: Amerika tədqiqatları, antropologiya, arxeologiya, incəsənətin tarixi və arxeologiya, vizual incəsənət, astronomiya, antik ənənə, ərəbşünaslıq, bioloji elmlər, biznes, informasiya texnologiyaları, dramaturgiya və teatr mədəniyyəti, ətraf mühit haqqında elmlər, Şərqi Asiya dilləri və mədəniyyəti, Yaxın Şərq dilləri və mədəniyyəti, ingilis dili və ədəbiyyatı, ingilis dili xarici dil kimi, fransız, alman dilləri və roman-german filologiyası, slavyan dilləri və ədəbiyyatı, ispan və portuqal dilləri və ədəbiyyatı, igtisadiyyat, mühəndislik, kinoşünaslıq, musiqi, tarix, hüquq, beynəlxalq əlaqələr, fəlsəfə, politologiya, psixologiya, sosiologiya, statistika, regionşünaslıq, jurnalistika, fizika, kimya, tibb, riyaziyyat və s.
Hər il bu ixtisaslar üzrə Kolumbiya Universiteti yay proqramları təşkil edir və buraya əcnəbi tələbələri cəlb edir. Yay proqramlarına seçim fərdi şəkildə aparılır. Bütün fənn kursları tədris sessiyalarının cədvəl spesifikasından asılı olaraq, bir neçə təqvimə bölünür. Proqram çərçivəsində bakalavr və magistratura dərəcəsində fənlər keçilir. Proqramın şərtlərinə əsasən, tələbələr minimum 4 akademik kurs keçməlidirlər. Yay proqramının iştirakçıları tələbə yataqxanalarında qalırlar. Proqram ərzində tələbələr Amerika ali məktəblərinin bütün imtiyazlarından istifadə edə bilərlər: ənənəvi və elektron kitabxana və arxivlərdən, kompüter siniflərindən, universitetin aparıcı müəllimlərinin məsləhətlərindən və s. Proqramın müddəti 12 həftədir.
Qəbul
qaydaları
* Məktəb məzunlarının orta təhsil haqqında şəhadətnaməsi, magistr və doktor proqramları üçün ali məktəb diplomu olmalıdır.
* Qəbul üçün ümumi tələblər: 250-dən az olmayan TOEFL nəticələri, əgər ərizə Nyu-Yorkda təqdim edilirsə, EPT-dən (English Placement Test) imtahan vermək lazımdır. EPT nəticələri qeyri-məqbul olarsa, tələbəni avtomatik olaraq intensiv dil kurslarına salırlar.
* Buraxılış və ya ixtisas imtahanlarının nəticələrinin surəti, həmçinin alınmış sertifikatlarla birgə hərfi tərcümə edilmiş əlavələr.
* Maliyyə durumu haqqında arayış.
* Keçmiş müəllimlərdən zəmanət məktubu.
* Motivasiya məktubu.
Məşhur
məzunlar
Kolumbiya Universiteti çoxsaylı dünya şöhrətli məzunlar yetişdirib. Onların arasında 79-dan çoxu Nobel mükafatına layiq görülüb. ABŞ-ın indiki prezidenti, bu yaxınlarda dünyada sülhün möhkəmləndirilməsi üçün gördüyü işlərə, nüvə silahlarının ixtisarına çalışmasına və qlobal problemlərin həllində dialoqa üstünlük verməsinə görə Nobel mükafatı ilə təltif edilmiş Barak Hüseyn Obama 1983-cü ildə Kolumbiya Hüquq Məktəbini biririb. Obama bu mükafata layiq görülən üçüncü ABŞ prezidentidir. Qeyd edək ki, Sülh Nobel mükafatı 1906-cı ildə ABŞ dövlət başçılarından ilk dəfə olaraq Kolumbiya Hüquq Məktəbini bitirmiş 26-cı prezident Teodor Ruzveltə təqdim olunub. Prinston Universitetinin məzunu, 28-ci prezident Vudro Vilson bu mükafata layiq görülmüş ikinci ABŞ prezidentidir (1919).
Kolumbiya Universitetinin məşhur məzunları
Barak Obama -
Amerika Birləşmiş Ştatlarının Prezidenti
Teodor Ruzvelt -
Amerika Birləşmiş Ştatlarının 26-cı
Prezidenti
Mixail
Saakaşvili - Gürcüstan Prezidenti
Tomas Hendrik
İlves - Estoniya Prezidenti
Madlen Olbrayt -
ABŞ-ın keçmiş dövlət katibi
Əbdül
Zahir - Əfqanıstanın Baş naziri
Martin
Çalf - kimyaçı, Nobel mükafatı laureatı
Robert Qrabs -
kimyaçı, Nobel mükafatı laureatı
Con Mather -
fizik, Nobel mükafatı laureatı
Ceyms Hekman -
iqtisadçı, Nobel mükafatı laureatı
Robert Mandell -
iqtisadçı, Nobel mükafatı laureatı
Edmund Felps -
iqtisadçı, Nobel mükafatı laureatı
Riçard
Aksel - həkim-psixoloq, Nobel mükafatı laureatı
Orxan Pamuk -
yazıçı, Nobel mükafatı laureatı
Universitetin
Nobel mükafatına layiq görülən məzunlarından
digərləri bunlardır: 2008-ci ildə kimyaçı
Martin Çalf, 2006-cı ildə yazıçı Orxan Pamuk,
iqtisadçı Edmund Felps və fizik Con Mather, 2005-ci ildə
kimyaçı Robert Qrabs, 2004-cü ildə həkim-psixoloq
Riçard Aksel və həkim-psixoloq Linda Bak, 2001-ci ildə
iqtisadçı Jozef Stiqlits və kimyaçı Uilyam
Stendiş Nols, 2000-ci ildə həkim-psixoloq Erik Kandel və
iqtisadçı Ceyms Hekman, 1999-cu ildə iqtisadçı
Robert Mandell...
Qeyd
edək ki, Gürcüstan prezidenti Mixail Saakaşvili Kolumbiya
Hüquq Məktəbini, Estoniya prezidenti Tomas Hendrik İlves
Kolumbiya Universitetinin psixologiya fakültəsini bitiriblər. ABŞ-ın
keçmiş dövlət katibi Madlen Olbrayt da Kolumbiyanın
məzunlarındandır. Əfqanıstanın baş naziri Əbdül
Zahir bu təhsil ocağında magistr dərəcəsi
alıb.
Kolumbiya
Universiteti akademik hazırlığın səviyyəsi, tibb,
mədəniyyət, sosiologiya və s. elmlərin tədqiqatı
üzrə əldə etdiyi uğurlara görə
bütün dünyada məşhurdur. Hazırda burada 25000-dən
çox tələbə təhsil alır, onların 20%-ni digər
ölkələrdən gələnlər təşkil edir. Xüsusilə
burada çin, Cənubi Koreya, Kanada, Hindistan və Yaponiyadan
çoxlu tələbələr oxuyurlar. Universitetdə
yüksək səviyyədə ixtisaslaşmış
professor-müəllim heyəti çalışır.
Onların sayı 3500-dən çoxdur.
Bu
gün Kolumbiya Universiteti beynəlxalq təhsil və elmi-tədqiqat
mərkəzinə çevrilib.
Hazırladı: Lamiyə
ƏLİYEVA
Azərbaycan müəllimi.-2009.-16
oktyabr.-S.6.