Müəllimlərlə yanaşı şagirdlər bəhrələnə bilərlər

 

Azərbaycan Respublikasının qabaqcıl maarif xadimi, Bakı şəhərindəki 285 nömrəli orta məktəbin Azərbaycan dili ədəbiyyat müəllimi Şövkət Aslanovanın "İnşa yazılar.Şagirdlərdə yaradıcı təfəkkürün formalaşdırılması"(Metodik tövsiyə) "Azərbaycan dili ədəbiyyatın tədrisində yeni metodların tətbiqi" adlı kitabları (rəyçilər: filologiya elmləri doktoru, professor Mədəd Çobanov, pedaqoji elmlər namizədi, dosent Oqtay Abbasov, redaktor: Məhəmməd Baharlı) "Təhsil EİM" nəşriyyatı tərəfindən çap edilmişdir.

Ş.Aslanovanın qələmə aldığı "İnşa yazılar.Şagirdlərdə yaradıcı təfəkkürün formalaşdırılması" adlı metodik tövsiyədə rabitəli nitqin yaradıcı təfəkkürün inkişafına kömək göstərən inşaların təşkilindən bəhs edilir tərbiyəvi əhəmiyyətə malik yazı nümunələri təqdim olunur.

Müəllifin ikinci - "Azərbaycan dili və ədəbiyyatın tədrisində yeni metodların tətbiqi" kitabında isə onun müasir tələblər baxımından pedaqoji iş təcrübəsi və metodik tövsiyələri öz əksini tapmışdır.

 

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.-2009.-16 oktyabr.-S.8.