Aşağı siniflərdə ingilis
dilinin tədrisi
Bu gün dünyanın inkişaf etmiş ölkələri ilə səmərəli əməkdaşlıq edən Azərbaycanda xarici dilin öyrənilməsi sahəsində təhsil islahatı vəzifələri uğurla həyata keçirilir. Dillərin tədrisi ilə bağlı xarici ölkələrdə keçirilən kurslarda qazandığım təcrübədən səmərəli istifadə edirəm.
Amerikanın Kaliforniya və
Xarici dilin tədrisinə aid fənn kurikulumunda məqsəd aydındır. Aşağı siniflərdə ingilis dilinin öyrədilməsi tədris və kommunikativ məqsədlər daşıyır. Tədrisin məqsədi şagirdlərin dünyagörüşünün inkişafı ilə müəyyən edilir. Kommunikativ məqsəd isə ingilis dilini şagirdlərin öyrəndiyi başqa fənlərdən fərqləndirən cəhətdir. Kommunikativ məqsəd dili əməli surətdə bilmək deməkdir və bu da, öz növbəsində, şifahi nitq, oxu və yazı vərdişlərinə yiyələnməkdir. Şifahi nitq danışıq və deyiləni anlamaq təlimləri istiqamətində öyrədilir. ümumiyyətlə, kommunikasiya iki tərəf - danışan və qulaq asan arasında baş verir. Effektiv kommunikasiya anlaşma deməkdir, informasiyanın başa düşülməsi deməkdir. Bu prosesdə tərəflərin yaş həddi, sosial mənsubluğu, bilik, mətləb və məqsədi mühüm rol oynayır. Yaxşı dinləyib-anlama duyumu yaratmaq üçün didaktik oyun və dialoqların əhəmiyyəti böyükdür.
Şifahi nitq təlimi zamanı ingilis dili tədrisi üçün zəmin olan dil materialına dildə ünsiyyət üçün gərəkli dil vasitələri daxil edilir. Sifahi nitq üçün mövzular təlimin məzmununa daxildir. İngilis dilinin tədrisi məqsədi təlimin məzmun və xarakterinə təsir göstərir. Aşağı siniflərdə təlimin məzmunu problemini nitq modeli vasitəsi ilə həll etmək olar və bu potensial ünsiyyət vasitəsi ola bilər. Fəal təlim prosesini reallaşdırmaqla qabaqlayıcı təlim prinsipinə əsaslanaraq şagirdlərə erkən yaşlarında müstəqil idrak fəallığı aşılanır. Şagirdlər düşünür, onlarda hər şeyi öyrənmək həvəsi, fikrini çatdırmaq keyfiyyətləri yaranır. Aşağı sinif şagirdləri böyüklərə nisbətən dili daha asan öyrənir, yadda saxlamaq üçün daha az qüvvə sərf edirlər. Aşağı siniflərdə ingilis dilinin öyrənilməsinin müvəffəqiyyəti ondadır ki, bu yaşda uşaqlar artıq öz ana dilini bilir və ingilis dilinin öyrənilməsinə şüurlu yanaşırlar. Bu yaşda uşaqlar ümumi standartlardan uzaq olur və fikirlərini asanlıqla yeni dildə kodlaşdırır, xarici dildə ünsiyyətə girməkdə çətinlik çəkmirlər.
Ünsiyyət vasitəsi olan ingilis dili
şagirdlərin beynəlmiləl
tərbiyəsində xüsusi
əhəmiyyətlidir. İctimai-siyasi, sosial-mədəni sahələrdə
sürətli inkişaf
dövründə, texnologiyaların
rolunun artdığı
müasir dövrdə
qloballaşma prosesinin
və inteqrasiyanın
təsirindən baş
verən keyfiyyət dəyişiklikləri ingilis
dilinin tətbiqi imkanını artırır.
Elmin və texnikanın inkişafı ingilis dili təlimini maksimum fərdiləşdirməyə
imkan verir və öz növbəsində, sinfin
kollektiv işləməsini
təmin edir. Uşaqlıqda öyrənilən uzun müddət yaddan çıxmır.
Metodiki sistemin didaktik və psixoloji nöqteyi-nəzərdən düzgün
qurulması şagirdlərin
gələcəkdə dili
mənimsəməsinin praktik
əhəmiyyətinə təminat
verər.
Ruhəngiz MƏMMƏDOVA
Azərbaycan
müəllimi.-2009.-16 oktyabr.-S.6.