Stenford
Universiteti
Yerləşir: ABŞ, Kaliforniya ştatı
Yaranma tarixi: 1891-ci il
Tipi: Özəl
Prezidenti: Con L.Hennessi
İşçi heyəti: 1878 nəfər
Tələbələrin sayı: 6812 nəfər
Aspirantların sayı: 8328 nəfər
Rəsmi saytı: www.stanford.edu
Stenford Universiteti (
Universitetin tərkibində Stenford neyroiqtisadiyyat yay məktəbi yaradılıb. Amerika alimləri kəşflərinin əksəriyyəti, həmçinin elm və texnikanın ən qabaqcıl sahələri üzrə - biomühəndislikdən başlayaraq ən yeni kompüter texnologiyaları və kosmik tədqiqatlara, genetika, mədəni antropologiyaya qədər bu universitetin institut və laboratoriyalarında həyata keçirilir.
Tarixi
Universitetin yaradıcıları dəmiryolu maqnatı Leyland Stenford və onun həyat yoldaşı Ceyndir. Leyland Stenford Kaliforniyanın ən varlı biznesmenlərindən biri olub. O, Respublikaçılar Partiyasının üzvü kimi öncə Kaliforniya ştatının xəzinədarı, sonradan isə qubernatoru vəzifəsində çalışıb. L.Stenford Vətəndaş müharibəsi (1861-1865) dövründə prezident A. Linkolnun fəal tərəfdaşı, "Central Pacifik Railroad" kampaniyasının yaradıcılarından biri kimi tanınıb.
1884-cü ildə Stenford ailəsinin
Avropaya səyahəti zamanı onların azyaşlı
oğlu
Stenfordlar başqa ali təhsil müəssisələrindən
fərqli olaraq, birgə təhsil almaq imkanı verən (o
vaxtlar universitetlərdə təkcə kişilər
oxuyurdular), dünyəvi (başqalarının müxtəlif
dini cərəyanlarla bağlılığı vardı)
universitet yaratmaq niyyətində idilər. Universitetin məqsədini
mədəni və faydalı vətəndaşlar
hazırlamaqda görən Stenford 1885-ci ilin noyabrında öz
ideyalarını "Təsis yardımı"
("Foundining Grant") adlanan sənədə həkk edir və
bununla da universitetin nizamnaməsinin əsasını qoyur.
Hazırlıq işlərinə, tikintiyə
və işçi heyətinin toplanmasına 6 il vaxt sərf
olunur. Bu işlərdə Stenforda İndiana Universitetinin gənc
professoru Devid Cordan fəal kömək edir. Məhz buna görə
də
1893-cü ildə senator Stenford vəfat edir. Təşkilat işlərilə bağlı universitetdə araşdırmalar aparılır. İqtisadi böhran ailənin maddi durumuna ziyan vurur.Vəfat etmiş yoldaşının səlahiyyətlərini icra edən Ceyn nəinki universiteti bağlamaqdan imtina edir, hətta şəxsi xərclərini xeyli azaldaraq təhsil ocağına himayəçilik edir.
Devid Cordan da bacardığı qədər
universitetin inkişafına çalışır.
Tanınmış professorlar təzə yaranan əyalət
universitetində işləmək istəmirdilər. Cordan
cavan, təcrübəsiz, lakin istedadlı və qabaqcıl
müəllimləri bu ali təhsil ocağına cəlb edir.
Universitetin əsas binasını, kimya laboratoriyasını,
möhtəşəm memorial kilsəsini (
18 aprel 1906-cı ildə güclü zəlzələ universitetin binalarının yarısını uçurur və külli miqdarda ziyan vurur. Cordan cidd-cəhdlə bərpa işlərinə başlayır və buna müvəffəq olur. Amerikanın qərbində, eləcə də bütün ölkədə Stenford Universitetinin nüfuzu qalxmışdı, məzunlar öz doğma universitetlərini (alma mater) ABŞ-da yetərincə məşhurlaşdırmışdılar. Bu da dağılmış korpusların bərpasında həm dövlət, həm də qeyri-dövlət yardımlarının alınmasına imkan verirdi. 1913-cü ildə Cordan borcunu yerinə yetirərək təqaüdə çıxır, bu zaman Stenford Universiteti artıq yerində möhkəm qərarlaşmışdı.
Rey Uilburun prezidentliyi dövründə universitet sürətlə inkişaf edir. Kafedralar bütöv bir fakültə-məktəblərə çevrilir. II Dünya müharibəsindən öncə burada yeni laboratoriyalar, tədqiqat kompleksləri tikilir. Müharibə illərində isə demək olar ki, universitet öz elmi-texniki tərəqqi dövrünü yaşayır. Stenford alimləri, həmçinin universitetin özü "Manhetten layihəsi"ndə fəal iştirak ediblər.
1934-cü ildə məzunlardan ibarət Stenford Assosiasiyası yaradılır. Onun məqsədi təhsil müəssisəsi və elmi proqramların həyata keçirilməsi üçün vəsait toplamaqdan ibarət olur. Beləcə, Stenford öz gəlir mənbələrini genişləndirir. Stenford Universitetinin çox böyük ərazisi var. Maliyyə böhranı ilə üzləşərkən universitet torpaqlarını sata bilməzdi, çünki Leyland Stenford öz vəsiyyətnaməsində bunu qadağan etmişdi. Torpaqları icarəyə vermək barədə isə vəsiyyətnamədə heç nə yazılmamışdı. Rəhbərlik bundan istifadə edərək torpaqları yüksək texnologiyalara malik şirkətlərə uzunmüddətli icarəyə verir və Silikon vadisi adlanan Stenford sənaye parkı yaradılır. 1951-ci ildə "Varian Associates" kampaniyası universitetlə müqavilə imzalayır və 1953-cü ildə parkda ilk binada məskunlaşır. Onun ardınca Eastman Kodak, General Electric, Preformed Line Products, Admiral Corporation, Shockley Transistor Laboratory of Beckman Instruments, Lockheed, Hewlett-Packard və s. şirkətlər də Stenford sənaye parkına köçür. Bu dahiyanə ideya nəticəsində universitet külli miqdarda gəlir əldə edir.
40-60-cı illərdə Uolles Sterlinqin prezidentliyi dövründə Stenford ABŞ-ın ən nüfuzlu ali məktəblərindən birinə çevrilir və onu artıq heç kim əyalət universiteti adlandırmır. Soyuq müharibə dövründə ali məktəb əsaslı surətdə hərbi istehsala cəlb edilir, külli miqdarda federal subsidiyalar verilir. Stenfordun elektronika sahəsi üzrə nüfuzu danılmazdır. 60-cı illərin əvvəllərində universitet "Ford Fondation"dan 100 milyon dəyərində qrant alır, buna qədər hələ heç bir Amerika ali məktəbi belə ambisiyalı layihəyə qol qoymamışdı.
90-cı illərin ortalarında Stenfordda kiçik qruplarda tədrisi, tələbə və müəllimlərin sıx təmasını nəzərdə tutan Stanford Introductory Studies (SIS) -Stenfordun İlkin Tədqiqatları Proqramı qəbul olunub. Həmçinin bakalavr hazırlayan üç məktəb-fakültədə -Yer elmləri, Mühəndislik, Bəşəriyyət və Təbiət elmləri məktəblərində cavan müəllim heyəti üçün xüsusi tədqiqat qrantları sistemi (Research Grants for Junior Fakulty) tətbiq olunub.
Stenford Universitetinin məşhur məzunları Herbert Huver - ABŞ-ın 31-ci
prezidenti Yukio Hatoyama - Yaponiyanın sabiq Baş
naziri Kondoliza Rays - ABŞ-ın sabiq
dövlət katibi Uilyam Şokli - Amerika alimi, Nobel
mükafatı laureatı Con Steynbek - Yazıçı, Nobel
mükafatı laureatı Sergey Brin və Lerri Peyc -
"Google" saytının yaradıcıları Len Bosak və Sendi Lerner - "Cisco
Systems" şirkətinin yaradıcıları Devid Filo və Cerri Yanq - Yahoo!
saytının yaradıcıları Kempbell Duqlas - Amerika Botanika Cəmiyyətinin
prezidenti, botanik |
Universitet bu
gün
Stenford Universitetinin kampusu 3 310 hektarlıq ərazidə, kiçik təpələrin arasında yerləşən düzənlikdə salınıb. Kampusun landşaftını Nyu-York mərkəzi parkının yaradıcısı dizayner Frederik Lo Olmsted tərtib edib. Riçardson neoromantikası və ispan müstəmləkəsi üslubunda inşa edilmiş, tağlarla bəzədilmiş binalar kampusa xüsusi gözəllik verir. Qızıl fonda işlənmiş rəngarəng mozaikalı memorial kilsə kampusun ürəyi hesab olunur. Mavi səma altında yaşıllıqda yerləşən qırmızı tavanlı, qum daşından tikilmiş binalar, güllər, palmalar, hətta o tərəf-bu tərəfə qaçan sincablar burada əsrarəngiz bir mənzərə yaradır. Kampusun ərazisində 7 məktəb: Bəşəriyyət və Elmlər Məktəbi (School of Humanities and Sciences), Mühəndislik Məktəbi (School of Engineering), Yer Elmləri Məktəbi (School of Earth Sciences), Təhsil Məktəbi (School of Education), Biznes Məktəbi (Graduate School of Business), Hüquq Məktəbi (Stanford Law School) və Tibb Məktəbi (Stanford University School of Medicine); Stanford Tədqiqat Parkı (Stanford Research Park), Stanford Tibb Mərkəzi (Stanford University Medical Center) və müxtəlif tibb məntəqələri, Stanford Ticarət Mərkəzi (Stanford Shopping Center); Huver adına Müharibə, İnqilab və Sülh İnstitutu (Hoover Institution on War, Revolution and Peace), Frimen Spoqli adına Beynəlxalq Tədqiqatlar İnstitutu (Freeman Spogli Institute for International Studies), Stanford Center - İntensiv Dil Təlim İnstitutu; 8 milyon cilddən çox kitaba malik olan 20 kitabxana, tələbə yataqxanaları, idman kompleksləri, parklar və s. yerləşir.
Tədris
prosesi
ABŞ-ın digər ali məktəbləri kimi Stenford Universiteti də yüksək səviyyəli, hərtərəfli hazırlıqlı şəxsiyyətlər yetişdirir. Amerika mütəxəssislərinin fikrincə, bu cür yanaşma seçilmiş sahələrin daha yaxşı mənimsənilməsinə və tələbənin bütün həyatı boyu təhsilini artırmasına, karyeralarında əldə etdikləri bilikləri daha effektli istifadəsinə imkan yaradır.
Hər tələbə öz şəxsi maraq və məqsədinə uyğun fərdi tədris planı hazırlayır. Tələbə, həmçinin universitet və fakültənin də savadlılıq, ingilis dilində lazımi sənədləşmə qaydalarını düzgün şərh etmə, xarici dil bilmə tələblərini nəzərə almalıdır. ümumi tələblər 9 tədris kursundan ibarətdir: mədəniyyət, ideyalar, insani dəyərlər (3 kurs); təbii elmlər, tətbiqi elmlər və texnika (3 kurs); humanitar və ictimai elmlər (2 kurs); dünya mədəniyyəti, Amerika mədəniyyəti (1-3 kurs). Hər bir tələbə seçdiyi ixtisas fənlərindən əlavə mütləq bu kursları keçməlidir.
Bu gün Stenford Universiteti sürətlə
inkişaf edən beynəlxalq təhsil mərkəzinə
çevrilib. Burada 15 000-dən çox tələbə təhsil
alır, onların 6 812-ni bakalavrlar, 8328-ni aspirantlar, 51%-ni
qadın, 55%-ni əcnəbi tələbələr təşkil
edir. Əcnəbilər üçün Stenford, ilk növbədə,
prestijli biznes təhsili (MBA) verən ali təhsil
ocağıdır. Stenford dünyaya 17 Nobel
mükafatçısı bəxş edib. Stenford,
sözün əsl mənasında, Silikon Vadisinin tükənməz
sərvətidir.
Hazırladı: Lamiyə
ƏLİYEVA
Azərbaycan müəllimi.-2009.-23
oktyabr.-S.7.