İdman Mərkəzinin futbol meydançası istifadəyə verildi

 

Oktyabrın 19-da "Təhsil" Respublika İdman Mərkəzində futbol meydançasının açılışı oldu. Təhsil Nazirliyinin vəsaiti hesabına qurulmuş AFFA tərəfindən lazımi avadanlıqlarla təmin edilmiş futbol meydançasında 12 yaşınadək uşaqlar bu idman növünün incəlikləri ilə yaxından məşğul olacaqlar.

Açılış mərasimində təhsil naziri Misir Mərdanov, Azərbaycan Dövlət Neft Şirkətinin AFFA-nın prezidenti, millət vəkili Rövnəq Abdullayev, təhsil nazirinin müavini Elmar Qasımov, idman gənclər nazirinin müavini İsmayıl İsmayılov, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev digər rəsmi şəxslər iştirak etdilər.

Tədbiri açıq elan edən "Təhsil" Respublika İdman Mərkəzinin direktoru Cəfər Hümbətov görülən işlər barədə qısa məlumat verdi. Sonra təhsil naziri Misir Mərdanov çıxış edərək müxtəlif idman yarışlarında, çempionatlarında qazanılan uğurlara diqqət çəkdi.

Futbola göstərilən xüsusi dövlət qayğısını önə çəkən nazir Misir Mərdanov təhsil ictimaiyyəti adından Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Qeyd edildi ki, AFFA-ya yeni rəhbərlik təyin edildikdən sonra futbolda irəliləyişlər olmuşdur. Belə ki, qısa müddətdə respublikamızın regionlarında futbol xeyli inkişaf etmişdir. Burada açılmış ibtidai futbol mərkəzində 400-ə yaxın yeniyetmənin məşğul olacağını qeyd edən Misir Mərdanov bildirdi ki, əsas məqsəd Azərbaycanda futbolun inkişafını təmin etməkdir. İdman meydançasının açılışı münasibətilə iştirakçıları təbrik edən nazir bu işdə əməyi olan insanlara təşəkkürünü bildirdi.

Sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev çıxış edərək uşaq futbolunun inkişafından danışdı. Futbol meydançasının balaca idmançılara uğur gətirəcəyinə inam ifadə edən AFFA rəhbəri bu işdə Təhsil Nazirliyinin əməyini xüsusi qeyd etdi.

Sonda futbol meydançası istifadəyə verildi.

 

 

Fazil İDRİSOĞLU

 

Azərbaycan müəllimi.-2009.-23 oktyabr.-S.2.