2009-2010-cu dərs ilində ümumtəhsil məktəblərinin əsas
və orta təhsil pillələri üzrə mərkəzləşdirilmiş
qaydada aparılacaq buraxılış imtahanları
barədə
2008-2009-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış imtahanlarında istifadə olunan qiymətləndirmə vasitələri tərtib edilərkən mövcud proqram və istifadə olunan dərsliklərdən kənara çıxma hallarına yol verilməmişdir.
Fənlər üzrə test tapşırıqları çətinlik
baxımından üç
səviyyədə ( asan, orta və
mürəkkəb) və
müxtəlif relevantlıq
kateqoriyalarında hazırlanıb
və şagirdlərin
orta təhsil pilləsinin sonunda məktəbdə fənn
üzrə qazandıqları
bilik və bacarıqlarının aşkara
çıxarılmasına imkan verir.
Qəzetin bu sayında buraxılış imtahanlarında
Azərbaycan dili və ədəbiyyat fənnindən istifadə
edilmiş test nümunələrini təqdim
edirik:
1. Uzun tələffüz oluna bilir, qalındır, qapalıdır. Bu xüsusiyyətləri olan
sait hansıdır?
A) [ü] B) [a] C) [1] D) [ö] E) [u]
Relevantlıq kateqoriyasına görə məntiqi-izahedici, çətinliyə görə orta səviyyəli tapşırıqdır. Adətən, belə tapşırıqlar şagirdi niyə?, nə üçün? suallarının tələbinə əsasən düşünməyə istiqamətləndirir. Distraktorlarda (cavab variantlarında) göstərilən xüsusiyyətlərin hər üçünün aid olduğu sait [u] -dur;
[ü] həm uzun tələffüz oluna bilmir, həm də incədir; [a] açıqdır, [ö] də açıqdır, [1] qapalıdır, qalındır, ancaq uzun tələffüz oluna bilmir. Doğru E cavabına nisbətən yaxın C cavabı sayılır. Göründüyü kimi, test tapşırığının tərtibi şagirdi çaşdırmağa yox, onun biliyinin summativ qiymətləndirilməsinə xidmət edir. Şagirdlərin 74,61%-i düzgün olaraq E cavabını seçmişlər.
2. Hansı sözü həm kök, həm də şəkilçili söz
hesab etmək olar?
A) vidalaş
B) danışmır
C) qəsdən
D) yanaq
E) evlərdən
Ümumiləşdirici kateqoriyadan olan test tapşırıqlarındandır. Şagirdin dil faktlarını araşdırmaq, bunun əsasında müəyyən nəticə çıxarmaq bacarığını yoxlamaq məqsədini daşıyır. Bütün distraktorlarda təklif olunan sözlərin tərkibində şəkilçi vardır. Dolayısı ilə şagirddən həm də bu sözləri tərkibinə görə təhlil etmək tələb edilir. A, B, C, E distraktorlarındakı sözləri şəkilçisiz hesab etmək mümkün deyil. Lakin D distraktorundakı yanaq sözünü üç cür təqdim etmək olar:
yanaq - arzu şəklində, I şəxsin cəmində olan feldir;
yanaq - əmr şəklində , I şəxsin cəmində olan feldir;
yanaq - sadə quruluşlu, ancaq kökdən ibarət olan isimdir.
çətinlik səviyyəsinə görə mürəkkəbdir. Şagirdlərin 61,55 %-i doğru cavab olaraq D-ni qeyd etmişlər.
3. Quruluşca mütləq düzəltmə olmalıdır:
A) saylar
B) yiyəlik halda olan isim
C) indiki zaman felləri
D) sadə sifətlər
E) kökü zərf olan fellər
Məntiqi - izahedici kateqoriyaya aid test tapşırıqlarındandır. Səviyyəsinə görə sadə sual olsa da, təfəkkürə və dəqiq biliyə əsaslanır. Şagird sayların, yiyəlik halda olan isimlərin, eləcə də indiki zaman fellərinin quruluşca mütləq düzəltmə olması haqqında heç bir məlumata malik deyil. D cavabında sadə sifətlərin mütləq düzəltmə olması fikri şagirdə doğru cavabı müəyyənləşdirmək üçün müəyyən istiqamət verir. Sifətlər sadədirsə, necə düzəltmə ola bilər. E cavabı məntiqli və ağılabatandır. Kökü zərf olan fellərin tərkibində mütləq leksik şəkilçi olmalıdır. Test tapşırıqlarının bu cür tərtibdə təqdimi şagirdləri çaşdırmır, əksinə, onların sərbəst, dəqiq fikirləşməyinə, bilik və bacarıqlarını tələb olunan nəticənin alınmasına yönəldir.
4. Aşağıdakı fellərdən
biri söz birləşməsi əmələ
gətirə bilir:
A) döyüşçüdür
B) oxuyaq
C) getsə
D) susarkən
E) dayan
Şagirdin fel bəhsinə dair biliyinə əsaslanan ümumiləşdirici tapşırıqdır. Sual şagirddən sözün qrammatik mənasına bələd olmağı tələb edir.Təsriflənən və təsriflənməyən felləri bilmədən, söz birləşməsinin növlərinə, morfologiya və sintaksis bölməsinə dair biliklərə malik olmadan sualın cavabını müəyyənləşdirmək çətindir. Tətbiq bacarıqlarına malik olan şagird A cavabındakı sözün fel olmadığını dərhal görür. B, C və E variantlarındakı sözlərin isə təsrifləndiyini, şəxsə və kəmiyyətə görə dəyişdiyini dərk edib D cavabını seçir. çünki "susarkən" feli bağlaması feli birləşmə yaradır. 31,75 % şagirdin bu suala səhv cavab verməsi qənaətbəxş deyil.
5. Azərbaycan Respublikasının
dövlət orqanlarında
şifahi və yazılı əlaqə işləri hansı dildə aparılır?
A) rus dilində
B) Azərbaycan dilində
C) ingilis dilində
D) bütün dillərdə
E) alman dilində
Faktoloji xüsusiyyətə malik olan bu sual şagirddən biliklə yanaşı, müasir dünyagörüşü tələb edir. Bu sualı doğru cavablandırmaq üçün şagird Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından da xəbərdar olmalıdır. Milli dilimizin dövlət orqanlarında şifahi və yazılı tətbiqini şəxsiyyətyönümlü təhsilin tələblərinə cavab verən şagirdin bilməsi zəruridir. Bu suala düzgün cavab verənlərin faizi 86,16-dır.
6. İ.Şıxlı "Dəli
Kür" əsərindəki
hansı surətin timsalında maarifçiliyin
inkişafını ümumiləşdirmişdir?
A) Şamxalın
B) Əşrəf bəyin
C) Cahandar ağanın
D) Şahnigarın
E) Çernyayevskinin
Şagirdin diqqətini, hafizəsini yoxlamağa, təhlil etmə və nəticə çıxarma qabiliyyətini aşkarlamağa əsaslanmaqla bədii mətnin məzmunu üzrə biliklərin yoxlanılmasını tələb edən tapşırıqdır. Düzgün cavabların sayı qənaətbəxşdir.
7. Hansı sənətkarlar
A) M.Ş.Vazeh, M.F.Axundzadə
B) N.Gəncəvi, M.Füzuli
C) İ.Şıxlı, İ.Əfəndiyev
D) İ.Nəsimi, Ş.İ.Xətai
E) M.P.Vaqif, Mir Cəlal
Faktoloji informasiya ilə
əlaqədardır. Faktik materiala dair bilikləri yoxlamağa xidmət edir. Sual bilavasitə tarix fənni ilə əlaqəlidir. XIX əsrdə
Azərbaycanın ictimai-siyasi
mühiti haqqında geniş məlumatlı şagird dərhal A cavabını seçməlidir. Çünki XIX əsrdə Zaqafqaziya dövlətləri üçün
mərkəz
Təranə
HACIYEVA
Azərbaycan müəllimi.-2009.-23
oktyabr.-S.6.