Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması
QAYDALARI
"Azərbaycan
müəllimi" qəzetinin 11.09.2009-cu il tarixli nömrəsində
"Ümumtəhsil məktəblərində məktəbdaxili
qiymətləndirmənin aparılması
Qaydaları"nın layihə variantı çap edilmişdi.
ötən müddət ərzində bu layihə yerlərdən
daxil olmuş rəy və təkliflər əsasında yenidən
işlənmiş və təkmilləşdirilmişdir.
Aşağıda
"ümumtəhsil məktəblərində məktəbdaxili
qiymətləndirmənin aparılması
Qaydaları"nın yenidən işlənmiş
variantını çap edir və nəzərinizə
çatdırırıq ki, fənn kurikulumları tətbiq
olunan siniflərdə məktəbdaxili qiymətləndirmə
bu "Qaydalar" əsasında aparılır.
Sinif
jurnallarının ilk səhifələrində verilmiş
göstərişlər bu qaydalarla əlaqəli şəkildə
həyata keçirilir. Sinif jurnalında yalnız kiçik və
böyük summativ qiymətləndirmələrin nəticələri
öz əksini tapdığına görə hər dərs
şagirdlərin adlarının qarşısında
onların dərsdə iştirak edib-etməməsinə
müvafiq olaraq "+", "q" işarələri qeyd
edilir.
1.
Məktəbdaxili
qiymətləndirmə şagird nailiyyətlərinin qiymətləndirilməsi
(monitorinqi) (diaqnostik, formativ və summativ qiymətləndirmələr),
kurikulum üzrə qiymətləndirmə (təhsili idarəetmə
orqanları tərəfindən müəyyən fənlər
üzrə şagird nailiyyətlərinin standartlara
uyğunluq səviyyəsini ölçmək üçün
aparılan qiymətləndirmə) və ümumi təhsilin
pillələri üzrə yekun qiymətləndirmədən
(əsas və orta təhsil kursları üzrə
buraxılış imtahanları) ibarətdir.
2.
Şagird
nailiyyətlərinin qiymətləndirilməsi (monitorinqi)
diaqnostik (ilkin səviyyənin qiymətləndirilməsi),
formativ (irəliləmə və geriləmələrin izlənməsi)
və summativ (yekun) qiymətləndirmə formalarında
aparılır.
3.
Diaqnostik
qiymətləndirmə şagirdin bilik və
bacarıqlarının ilkin səviyyəsini müəyyənləşdirmək
məqsədilə əsasən dərs ilinin, bəhs və
bölmələrin əvvəlində, şagird başqa məktəbdən
gəldikdə, sinfi dəyişdikdə və digər zəruri
hallarda onun bilik və bacarıqları haqqında məlumat
toplamaq, ona fərdi yanaşmanı təmin etmək və təlim
strategiyasını müəyyənləşdirmək
üçün müəllim tərəfindən
aparılır. Bu qiymətləndirmənin nəticələri
jurnalda qeyd olunmur.
4.
Formativ qiymətləndirmə
dərs ili ərzində müntəzəm olaraq şagirdin qəbul
edilmiş standartların reallaşmasına istiqamətlənən
irəliləmələrini və geriləmələrini izləmək,
bu zaman qarşıya çıxan problemləri aradan
qaldırmaq və onu istiqamətləndirmək məqsədilə
müəllim tərəfindən aparılır. Müəllim
bu qiymətləndirmə vasitəsilə tədris prosesini tənzimləyir,
şagirdlərin ehtiyaclarını öyrənir və onlara
lazımi kömək göstərir. Formativ qiymətləndirmənin
nəticələri jurnalda qeyd olunmur.
5. Formativ qiymətləndirmə
fənni tədris edən müəllim tərəfindən məzmun
standartlarından çıxan təlim məqsədləri əsasında
hazırlanmış meyarlar üzrə aparılır, onun nəticələri
yalnız şagirdin məktəbli kitabçasında, müəllimin
şəxsi qeydlərində öz əksini tapır və
şagird qovluğunda (portfolio) toplanır. Portfolio bir il ərzində
məktəbdə saxlanılır və ilin sonunda şagirdə
təhvil verilir.
6. Summativ qiymətləndirmə
təlim prosesində müəyyən mərhələlərə
(bəhs və ya bölmənin, yarımilin sonunda) yekun
vurmaqla, qiymətləndirmə standartlarının səviyyələrinə
əsasən hazırlanmış vasitələrlə
şagirdin nailiyyət səviyyəsini ölçmək məqsədilə
aparılır.Summativ qiymətləndirmənin nəticələri
rəsmidir və keçirildiyi tarixlə jurnalda qeyd olunur.
7. Summativ qiymətləndirmə
kiçik və böyük summativ qiymətləndirmələrdən
ibarətdir. Kiçik summativ qiymətləndirmə (KSQ) bəhs
və ya bölmələrin sonunda altı həftədən
gec olmayaraq müəllim tərəfindən, böyük
summativ qiymətləndirmə (BSQ) isə yarımillərin
sonunda məktəb rəhbərliyinin iştirakı ilə fənni
tədris edən müəllim tərəfindən
keçirilir.
8. Kiçik summativ qiymətləndirmə
vasitələri fənni tədris edən müəllim,
böyük summativ qiymətləndirmə vasitələri isə
məktəb rəhbərliyinin təşkil etdiyi xüsusi
komissiya tərəfindən hazırlanır.
9.
Böyük
summativ qiymətləndirmə vasitələri fənnin məzmunundakı
zəruri bilikləri əhatə etməklə daha çox tətbiqi
bacarıqları yoxlamağa xidmət edir. Qiymətləndirmə
vasitələrindən həmin dərs ilindəki növbəti
summativ qiymətləndirmələr zamanı istifadə olunmasına
yol verilmir. Bu vasitələr növbəti dərs illərində
istifadə olunmaq məqsədilə məktəbin test
bankına daxil edilir.
10. Kiçik summativ qiymətləndirmələrin
keçirildiyi gün dərsdə iştirak etməyən
şagirdin sinif jurnalında adının
qarşısındakı xana diaqonalla 2 yerə ayrılır
və onun surətində "q"(qaib) yazılır, məxrəci
isə boş saxlanılır. Müəllim həmin
şagirdlə növbəti 2 həftə ərzində
summativ qiymətləndirmə aparır və onun nəticəsini
məxrəcdə qeyd edir.
11. Summativ qiymətləndirmədə
iştirak etməyən şagirdlər üçün yeni
qiymətləndirmə vasitələri hazırlanır.
12. Böyük summativ qiymətləndirmənin
nəticələrinə görə ən çoxu
üç fəndən qeyri-kafi qiymət alan II-VIII və X
sinif şagirdləri "ümumtəhsil məktəblərində,
peşə liseylərində buraxılış imtahanları
və şagirdlərin sinifdən-sinfə keçirilməsi
haqqında Qaydalar"a uyğun olaraq yay tədris
tapşırıqları alırlar. Yay tədris
tapşırıqlarını ən azı bir fəndən
yerinə yetirməyən şagirdlər təkrar sinifdə
saxlanılırlar.
13. IX və XI siniflərdə
bu məsələlər "ümumtəhsil məktəblərində,
peşə liseylərində buraxılış imtahanları
və şagirdlərin sinifdən-sinfə keçirilməsi
haqqında Qaydalar"ın 27, 28 və 29-cu bəndləri ilə
tənzimlənir.
14. Şagirdin yarımillik
qiyməti kiçik summativ (yarımillik ərzində
keçirilən) qiymətləndirmənin nəticələri
40%, böyük summativ (yarımillik sonunda keçirilən)
qiymətləndirmənin nəticələri 60% hesab olunmaqla
aşağıdakı düstur əsasında
çıxarılır:
Burada, Y - şagirdin yarımillik qiymətini;
ksq 1, ksq 2,..., ksq n - şagirdin müvafiq yarımil ərzində kiçik summativ qiymətləndirmələrinin nəticələrini;
n - müvafiq yarımildə keçirilən kiçik summativ qiymətləndirmələrin sayını;
BSQ - yarımilliyin sonunda keçirilən böyük summativ qiymətləndirmənin nəticəsini bildirir.
Şagirdin yarımillik və illik qiymətləri çıxarılarkən yuvarlaqlaşdırma qaydası tətbiq edilir.
Məsələn, şagird I yarımildə aparılmış kiçik summativ qiymətləndirmələrdə "3", "3", "4" və böyük summativ qiymətləndirmədə "3" qiymət aldıqda, onun yarımil üzrə qiyməti aşağıdakı kimi hesablanır:
Və yaxud, şagird II yarımildə kiçik summativ qiymətləndirmələrdən "2", "3", "3" və böyük summativ qiymətləndirmədən "3" qiymət aldıqda, onun yarımil üzrə qiyməti aşağıdakı kimi hesablanır:
15. Şagirdin illik qiyməti aşağıdakı
düsturla müəyyən
edillir:
Burada I - şagirdin illik qiyməti, Y1 və Y2 isə 1-ci və 2-ci yarımillər üzrə qiymətləridir.
Məsələn, şagirdin I yarımil
üzrə qiyməti
"3", ikinci yarımil
üzrə qiyməti
"4" olduqda, onun
illik qiyməti olur.
16. Summativ qiymətləndirmə tapşırıqları
dörd nailiyyət səviyyəsinə uyğun
hazırlanır və
qiymətlər düzgün
cavabların əsasında
müəyyənləşdirilir. Tapşırıqlar səviyyəsinə
görə asan, orta və çətin
olur.
17. Tapşırıqların ümumi sayının
10%-nə qədər
düz cavab verən şagird
"1", 10% daxil olmaqla
20%-nə qədər
düz cavab verən şagird
"2", 20% daxil olmaqla
50%-nə qədər
düz cavab verən şagird
"3", 50% daxil olmaqla
80%-nə qədər
düz cavab verən şagird
"4", 80% daxil olmaqla
100%-nə qədər
düz cavab verən şagird
"5" qiymətlə qiymətləndirilir.
18. Summativ qiymətləndirmənin nəticələri
beş ballıq qiymət şkalası üzrə (1,2,3,4,5) rəqəmlə
ifadə olunur və qiymətlər jurnala yazılır.
19. Valideynlərə
qiymətləndirmənin nəticələri
haqqında məlumatlar
məktəbli kitabçası
vasitəsilə çatdırılır.
20. Böyük
summativ qiymətləndirmələrin
nəticələri və
şagird haqqında məktəb psixoloqunun qeydləri şagirdin şəxsi işində öz əksini tapır.
Azərbaycan müəllimi.-2009.-23 oktyabr.-S.6.