Beynəlxalq kulinariya günü qeyd olunub

 

Bu yaxınlarda Bakıda keçirilən İslam ölkələrinin Kulinarlarının beynəlxalq yarışmasında 12 nömrəli Bakı peşə liseyini təmsil edən kulinarlar fəxri fərman diploma layiq görülüblər. Oktyabrın 20- Azərbaycan Kulinariya Mərkəzi ilə birgə təşkil etdiyi "Beynəlxalq Kulinariya" gününə liseyin kollektivi yüksək əhvali-ruhiyyə ilə qatılıb.

Mərasimə müxtəlif yaradıcılıqla məşğul olan 25-dən artıq təşkilatdan nümayəndə dəvət olunub. Tədbirdə Mədəniyyət Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev, Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov çıxış edərək Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin təhsil naziri cənab Misir Mərdanovun texniki peşə təhsili sisteminə göstərdikləri böyük diqqət qayğıdan, gələcəkdə belə tədbirlərin davamlı olmasından qarşıda duran vəzifələrdən söz açdılar.

Azərbaycan Milli Kulinariya Mərkəzinin baş mühəndis-texnoloqu, Azərbaycan Milli Kulinariya Assosiasiyasının icraçı direktoru Nailə Mürsəlova mərkəzin son 1 illik fəaliyyəti ilə bağlı məlumat verərək bir neçə fəal iştirakçını fəxri diplomla təltif edib. Qeyd olundu ki, bu tədbir kulinarlara göstərilən diqqət bu sahə üzrə təhsil alan şagirdlərin ruhlanaraq peşələrini daha da dərindən öyrənəcəkləri baxımdan əhəmiyyətlidir.

Sonra 12 nömrəli Bakı Peşə Liseyinin direktoru Şərif Hacıyev çıxış edərək Təhsil Nazirliyi tərəfindən aşpaz, qənnadçı-şirniyyatçı ixtisası ilə bağlı kadrların hazırlanması üçün müasir kulinariya avadanlıqlarının verilməsini gələcəkdə mütəxəssislərin yüksək səviyyəli otel restoranlarda, müxtəlif iaşə müəssisələrində fəaliyyət göstərmələri üçün kadr hazırlanmasında əlindən gələni əsirgəməyəcəklərini qeyd edib.

Tədbir çərçivəsində təşkil edilən rəssamlıq, heykəltəraşlıq əl işləri (xalçaçılıq, toxuculuq, kukla tikmə s.) sərgisi iştirakçılar tərəfindən maraqla qarşılanıb.

 

 

Elnur MƏDƏTOĞLU

 

Azərbaycan müəllimi.-2009.-30 oktyabr.-S.8.