Şagird nailiyyətlərinin qiymətləndirilməsi
məsələlərinə dair "dəyirmi masa"
Oktyabrın 29-da Azərbaycan Respublikasının
Təhsil Şurası
ilə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun
(BPKİYİ) birgə təşkil
etdikləri "Şagird
nailiyyətinin qiymətləndirilməsi:
nəzəri və təcrübi yanaşmalar"
mövzusunda "dəyirmi
masa" keçirildi.
BPKİYİ-də təşkil
olunmuş tədbirdə
institutun rektoru, professor Asəf Zamanov çıxış
etdi. Son dövrlərdə
mövzu ilə bağlı institutda xeyli işlərin görüldüyünü qeyd
edən professor Asəf
Zamanov ənənəvi
və müasir qiymətləndirmənin fərqli
cəhətlərindən danışdı,
qiymətləndirmə prosesinin
təkmilləşdirilməsinə daim ehtiyac olduğunu
vurğulayaraq problemin
yeni mərhələsindən
söhbət açdı.
Sonra Təhsil Şurasının
sədri, professor Əjdər
Ağayev çıxış
edərək keçirilən
tədbirin əhəmiyyətindən
danışdı. Mövzu ilə
bağlı fikirlərini
iştirakçılarla bölüşdürən
şura sədri qiymətləndirmənin obyektiv
aparılmasının vacibliyinə
toxundu. Hər bir insan öz əməyinə və fərdi keyfiyyətlərə görə
qiymətləndirilməlidir, fikrinə xüsusi önəm verən Təhsil Şurasının
sədri prosesin fəlsəfəsinə də
diqqət çəkdi.
Təhsil Şurasının
bu sahədə apardığı işləri
iştirakçıların nəzərinə çatdıran
Ə.Ağayev qiymətləndirmənin
xüsusi proses olduğunu qeyd etdi. Həlli vacib olan məsələlərə
aydınlıq gətirərək,
lazımi tövsiyələrini
verdi. Bakı
Dövlət Universitetinin
professoru Şahlar Əsgərovun "Biliyin
qiymətləndirilməsinin yeni kriteriyası və şkalası" məruzəsindən sonra
Azərbaycan Milli Konservatoriyası nəzdində
Musiqi Kollecinin direktoru, professor Nazim Kazımov, Bülbül adına Baş Orta İxtisas Musiqi Məktəbinin direktoru, professor Nigar Əsgərova, Təhsil Nazirliyinin əməkdaşı
Nəbi Mahmudov mövzu ilə bağlı çıxış
etdilər. Maraqlı təkliflər səsləndi.
Fazil İDRİSOĞLU
Azərbaycan müəllimi.-2009.-30
oktyabr.-S.5.