Ağdaş təhsilinin uğurları

 

Respublikada dövlət büdcəsindən təhsilin inkişafına ayrılan xərclərin əməkhaqlarının ilbəil artırılması, yeni məktəb binalarının inşası məktəblərin əsaslı təmir edilərək müasir avadanlıqlarla təchiz edilməsi, istilik sistemlərinin bərpa olunması, təhsil işçilərinin yüksək təltiflərə layiq görülməsi, ölkə Prezidenti cənab İlham Əliyevin bu prioritet sahəyə göstərdiyi qayğının bariz nümunəsidir.

Bu qayğıdan digər təhsil ocaqları kimi Ağdaş rayon məktəbləri bəhrələnmişdir. Belə ki, rayonun şəhər kənd məktəblərinə son illərdə Təhsil Nazirliyi tərəfindən xeyli miqdarda müasir standartlara cavab verən yeni inventarlar (parta, yazı lövhəsi, masa, müəllim stulları) göndərilmişdir. Hər il olduğu kimi, bu il rayon məktəblərində təhsil alan I-XI sinif şagirdləri dərsliklərlə təmin olunmuşlar. Tədris müəssisələrini elmi bədii kitablarla zənginləşdirmək məqsədilə 18 adda 4000 ədəd kitab məktəb kitabxanalarına verilmişdir.

Yeni tədris modelinin əsasını təşkil edən kurikulumun ümumtəhsil məktəblərində tətbiqi ilə əlaqədar I II siniflərdə dərs deyəcək 123 nəfər ibtidai sinif müəllimi Təhsil Nazirliyinin təşkil etdiyi treninqlərdən keçmiş müvafiq sertifikatlar almışlar. Həmçinin 403 nəfər müəllim tərbiyəçi ixtisasartırma kurslarına treninqlərə cəlb edilmişlər.

2009-cu ildə orta məktəbi bitirərək attestat alan 900 nəfər məzundan 561 nəfəri ali orta ixtisas məktəblərinə qəbul olmaq üçün ərizə vermiş, onlardan test imtahanı zamanı 36 məzun 500-dən yuxarı bal toplamışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə çoxdur. ümumilikdə, ərizə verən 561 məzundan 426 nəfəri ali orta ixtisas məktəblərinə qəbul olmuşdur ki, bu da məzunların 75,9 faizi deməkdir.

Təəssüflə qeyd etmək lazımdır ki, bu il ali orta ixtisas məktəblərinə qəbul zamanı rayonun Mürsəl, Tofiqi, Cardam Yuxarı Nemətabad kənd orta məktəblərinin məzunları zəif nəticə göstərmişlər. Qəribli, Şəkili Kotanarx kənd orta məktəblərinin məzunlarından bir nəfər olsun ali məktəbə qəbul ola bilməmişdir. Bu onu göstərir ki, həmin məktəblərin pedaqoji kollektivi üzərlərinə düşən vəzifənin öhdəsindən gələ bilməmiş, tədris ilini uğursuz başa vurmuşlar.

Yuxarıda qeyd edilən nöqsanlarla yanaşı, rayonun şəhər kənd məktəblərində işinin öhdəsindən layiqincə gələn savadlı, yüksək intellektli müəllimlər vardır. Belə müəllimlərdən biri 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalına layiq görülmüş, Qaradeyin kənd orta məktəbinin direktoru Çingiz Əkbər oğlu İbrahimovu misal göstərmək olar. Rayonun təhsil ictimaiyyəti möhtərəm Prezidentimizin bu təltifini Ağdaşın pedaqoji kollektivinə verilən qiymət kimi səciyyələndirir ölkə başçısına dərin təşəkkürünü bildirirlər.

Ölkə Prezidenti cənab İlham Əliyevin "Qəza vəziyyətində olan ümumtəhsil məktəb binalarının yenidənqurulması işinin davam etdirilməsi barədə" 23 iyun 2009-cu il tarixli sərəncamı rayonda bərbad vəziyyətdə olan məktəblərin əsaslı təmiri yenidən tikilməsi üçün geniş imkanlar yaradıb. Məhz bu qayğının nəticəsidir ki, uçmaq təhlükəsində olan Gürcuva kənd əsas məktəbi üçün 180 şagird yerlik yeni məktəb tikintisinə başlanmış, hazırda tikinti işləri davam etdirilir. Həmçinin Yuxarı Ləki kənd orta məktəbi üçün tikilmiş 360 yerlik yeni məktəb binası bu ilin sentyabrın 15- "Bilik günü" münasibətilə müəllim şagirdlərin istifadəsinə verilmişdir. Qaradeyin kəndində isə 360 yerlik yeni məktəb binasının inşasında son tamamlama işləri görülür.

Xeyriyyəçi adamlarının, bələdiyyələrin köməyi daxili imkanlar hesabına bu il rayonun ümumtəhsil məktəblərində 200 min manatlıq əsaslı cari təmir işləri aparılıb. Məktəblərin qış mövsümündə istiliklə təmin edilməsi üçün ciddi tədbirlər görülüb.

Ağdaş Rayon Təhsil Şöbəsində 2009-2010-cu dərs ilini uğurla başa vurmaq, qarşıda duran vəzifələri həll etmək üçün geniş tədbirlər planı hazırlanmışdır.

 

 

Nizami MİRZƏ

 

Azərbaycan müəllimi.-2009.-30 oktyabr.-S.6.