Müasir təlim şagirdlərin idrakını inkişaf etdirir
Hər bir elmi bilik obyektin
müəyyən tədqiqatının,
təfəkkürün metodlarının
və həmçinin
sosial-mədəni həyat fəaliyyəti şəraitinin nəticəsidir
ki, bu da
tədqiqatçının elmi mövqeyini bəhrələndirir. Bilik, eyni zamanda fiksə
olunmuş məhsul kimi həm də
öz üsulları,
vasitələri, metodları
olan təfəkkür
prosesi kimi qəbul edilə bilər.
Məktəb dərsliklərində, adətən,
hazır biliklər, yəni müəyyən sahələrdə aparılmış
elmi tədqiqatların
nəticələri təqdim
olunur. Belə hal şagirdləri əvvəlcədən kiminsə
əldə etdiyi nəticələri qəbul
etməyə məcbur
edir. Bu da canlı müşahidəni,
təxəyyülü, mübahisələri,
fikir ziddiyyətlərini
və nəhayət, hər bir şagirdin
fərdiliyini, onun təkrarsız duyğularını
əvəz edir.
Bunlar hamısı onu göstərir ki, nə mühazirələrin,
nə də saysız-hesabsız məsələlərin verdiyi
elmi biliyi əvəz etmək olmaz. Ən yaxşı halda kimsə məlum üsullarla məsələni
həll edə bilər. Amma nə müstəqil olaraq problem qoymağı, nə də yeni üsulların
axtarılıb tapılmasını
öyrənə bilər.
Başqa sözlə,
idrak fəaliyyətinin
yaratdığı təfəkkür
prosesini anlamadan şagirdlər tam biliklərə yiyələnə
bilməz.
Məktəbdə təhsilin məqsədi
tez bir vaxtda
"biliklər" toplusunu
yığmaqdan ibarət
deyil. İlk növbədə, təbiətin
canlı və cansız obyektlərinin mahiyyətini ayrı-ayrı fənlər üzrə tədqiqi yolu ilə dərk
etməkdir. Məktəb
təhsilinin məzmununun
belə dərk edilməsi gələcəkdə
insanın həyatda özünüdərketməsini, fərdiliyini və ümumbəşəri mədəni
dəyərlərini dərindən
anlaması üçün
şərait yaradır.
Demək, məktəb
uşaqların həyatında
elə bir məkandır ki, bu məkanda təfəkkürün müxtəlif
prizmalarından onun fərdiliyi, özünüdərkini,
keçmişə, gələcəyə
münasibəti yaranır.
Təhsil zamanı insan
idrak fəaliyyətinin
müxtəlif növlərini
özünə şamil
edir. Şagird öz fərdiliyini dərk edərək məhz ona uyğun
fəaliyyət növünü
seçir (siyasət,
incəsənət, tarix,
təbiət və s.).
Nəticə etibarı ilə fərdilik öz-özünü
inkişaf etdirir. Təhsil isə bunun üçün lazımi şərait yaradır və insanın şəxsi inkişafı üçün
lazım olan vasitələri təmin edir.
Yeni təhsil modeli (kurikulum) ilə qurulan dərslər şagirdləri
əzbərçilikdən xilas edir. Əvəzində
onların dərs prosesində bilik və bacarıqları tədqiqat yolu ilə əldə etmələrinə, təfəkkür
və düşüncələrinin
inkişafına gətirib
çıxarır. Bu zaman
şagird bir şəxsiyyət kimi özünə inamını
artıraraq həm ətrafdakılara, həm
də özünə
daha məsuliyyətlə
yanaşır.
Kurikulum həm də müəllimi öz üzərində çalışıb yeniliklərdən
xəbərdar olmağa
sövq edir, dərslərini daha maraqlı, daha rəngarəng keçməsinə
imkanlar yaradır. İnteraktiv metodların imkanları bu dərslərdə daha aydın meydana çıxır.
Debatlar, rollar üzrə iş, müzakirələr,
kompüterdən istifadə
edərək tapılan
yeni mülahizələr,
dəlillər, tarixi faktlar dərsin elə sinifdə öyrənilməsinə zəmin
yaradır.
Hələ kiçik yaşlardan şagirdlərə axtarmaq,
sübut etmək mədəniyyəti, texnikaya
maraq, qrup şəklində işləmək
bacarığı geniş
informasiya axınından
özünə lazımlını
seçmək bacarığı
verir. Debatlar şagirdlərdə nitq və dil
bacarıqlarına yiyələnməyi
formalaşdırır, çıxış
edərkən məsuliyyət
daşımağın gərəkliliyini
tərbiyə edir, danışarkən orfoepiya
qaydalarına riayət
etməyə, dilimizə
daxil olan sözləri, dilin zənginliyini qorumağa alışdırır, idrakını daha da
inkişaf etdirir. Rollu oyunlar real
həyatı əks etdirdiyindən onlar həlli sadə olmayan məsələləri
müzakirə obyekti edə bilər.
Müəllimin hər bir şagirdin müxtəlif nöqteyi-nəzərinin olmasını təbii hal kimi qəbul
etməsi olduqca vacibdir. Müəllimlər
mübahisəli məsələlər
haqqında öz fikirlərini şagirdlərə
zorla qəbul etdirməyə və ya nə olursa-olsun
fikir üstünlüyü
qazanmağa çalışmamalıdırlar.
Onlar həmrəyliyə
gətirən fikirləri
ümumiləşdirə, rəy
müxtəlifliyi yaradan
fikirləri isə müzakirə üçün
"açıq" saxlaya
bilərlər.
Rollu oyunların təşkili həssaslıq tələb
edir. Müəllim şagirdlərin şəxsiyyətinə
hörmətlə yanaşmalı
və sinfin sosial strukturunu nəzərə almalıdır.
İbtidai təhsil
pilləsində şagirdlərə
əşyaların adlarını
düzgün söyləmək,
gözləri qarşısında
canlandırma qabiliyyətini,
əşyaların içərisində
yalnız ona aid və ya
lazım olanını
sərbəst seçmək
qabiliyyəti tərbiyə
edilməlidir. Ayrı-ayrı şagirdlərin bacarıq və dərketmə qabiliyyəti
bu zaman üzə çıxır.
Qruplarla işləmək
isə hər kəsə bacardığı
çərçivədə iş görmək imkanı verir.
Şəymən ƏLİYEVA
Azərbaycan müəllimi.-
2009.- 4 sentyabr.- S. 6.