ADU-da tərcümə fakültəsi
yeniləşib
Azərbaycan Dillər
Universitetinin tərcümə
fakültəsində əsaslı
islahatlar aparılıb.
2009-2010-cu tədris ilinə
həsr olunmuş ilk iclasda ADU-nun
rektoru, professor Səməd Seyidov bildirdi ki, tərcümə
fakültəsi və
tərcümə ixtisası
Azərbaycanın dövlət
müstəqilliyini əks
etdirən strateji ixtisaslardan biridir. Tərcümə
ixtisasına yiyələnmək
dövlətin, millətin
dilini bütün dünyaya çatdıraraq
Azərbaycanı dünyada
tanıtmaq və onların mədəniyyətlərini
Azərbaycana gətirmək
deməkdir. Tərcümə
fakültəsində baş
verəcək yeniliklər
gələcəkdə bütün
universiteti, ADU-nun Azərbaycan təhsil sistemində simasını
dəyişdirəcək.
Tərcümə fakültəsinin yenidən
qurulması üçün
lazımi şəraitin
yaradıldığını söyləyən rektor S.Seyidov nəzərə çatdırdı ki, bu tədris ilində tərcümə
fakültəsində auditoriyadankənar
saatlar artacaq.
2009-2010-cu tədris ilində
eksperimentin hələlik
I kurslara şamil ediləcəyini vurğulayan
professor S.Seyidov qeyd etdi ki,
2009-2010-cu ildə ADU-nun
tərcümə fakültəsinə
daxil olan tələbələr tərcümə
ixtisası üzrə
bizim tələblərimizə
uyğun öz fəaliyyətlərini təşkil
edəcəklər.
S.Seyidov onu da bildirdi
ki, Azərbaycanın təhsil sistemində aparılan islahatlar, yeniliklər prosesində
ADU öndə gedən
ali təhsil müəssisəsinə çevrilib
və bu istiqamətdə görülən
işlər bütün
fakültələrdə aparılır.
Azərbaycan
müəllimi.-2009.- 4 sentyabr.- S.6.