Fəaliyyət Planının təsdiq
edilməsi barədə
Azərbaycan Respublikası təhsil
nazirinin əmri
"Azərbaycan
Respublikasında kitabxana-informasiya sahəsinin 2008- 2013-cü
illərdə inkişafı üzrə Dövlət
Proqramı"nın təsdiq edilməsi barədə Azərbaycan
Respublikası Prezidentinin 06 oktyabr 2008-ci il tarixli, 3072 nömrəli
sərəncamının icrasını təmin etmək məqsədi
ilə
ƏMR EDİRƏM:
1. Azərbaycan Respublikası Prezidentinin 06 oktyabr 2008-ci il tarixli, 3072 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"nda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üzrə Təhsil Nazirliyinin Fəaliyyət Planı təsdiq edilsin.
2. Təhsil Nazirliyinin müvafiq şöbələri,
təhsil müəssisələrinin
rəhbərləri, Respublika
Elmi Pedaqoji Kitabxanasının direktoru
(T.İsmixanova) nəzərdə
tutulmuş tədbirlərin
müəyyən olunmuş
müddətdə həyata
keçirilməsini təmin
etsinlər.
3. Fəaliyyət Planının icrası
üzrə şöbələrin
işinin əlaqələndirilməsi,
habelə əmrdən
irəli gələn məsələlərin həlli
Aparatın rəhbəri
İ.Pirməmmədova və
Elm şöbəsinə
(G.Hüseynova) tapşırılsın.
4. İctimaiyyətlə əlaqə
şöbəsi (B.Hüseynzadə)
bu əmrin "Azərbaycan müəllimi"
qəzetində və
"Təhsil xəbərləri"
məcmuəsində dərc
olunmasını təmin
etsin.
5. Əmrin çoxaldılaraq
yerlərə çatdırılması
ümumi şöbəyə
(İ.Mirzəyev) tapşırılsın.
6. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil
naziri
26 avqust 2009-cu il
Azərbaycan müəllimi.-2009.-18
sentyabr.-S.3.