2009-2010-cu dərs ilində Bakı şəhərinin ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulunun nəticələrinə dair

 

MƏLUMAT

 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10.01.2008-ci il tarixli kollegiya qərarına, Təhsil Sektorunun İnkişafı üzrə II Layihənin "Təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi, müəllim peşəsi ilə bağlı reqlamentləşdirici qaydaların yenidən işlənməsi tətbiqi" alt-komponentinin icra planına əsasən 2009-2010-cu dərs ilində Bakı şəhərinin ümumtəhsil məktəblərində vakant müəllim yerlərinə işə qəbul Təhsil Nazirliyi tərəfindən yeni mexanizm tətbiq edilməklə iki mərhələdə həyata keçirilmişdir. Bununla əlaqədar nazirliyin 25.08.2009-cu il tarixli, 1016 nömrəli əmri imzalanmışdır.

İlk növbədə, Bakı şəhərinin ümumtəhsil məktəblərində vakant yerlər (365 yer) müəyyənləşdirilmiş, elektron ərizə forması, hər bir müəllimin qiymətləndiriləcək göstəriciləri onların qiymətləndirmə meyarları hazırlanmış, müəllimlərin işə qəbulu üzrə yeni reqlamentlər təsdiq olunmuşdur. Eyni zamanda müəllimlərin işə qəbulu üzrə Müsabiqə Komissiyası yaradılmışdır.

Nazirliyin İnternet saytında www.edu.gov.az Azərbaycan Təhsil Portalında www.edu.az "Müəllimlərin işə qəbulu üzrə müsabiqə" səhifəsi açılmış, həmin səhifədə Bakı şəhərinin ümumtəhsil məktəblərindəki vakant yerlər, elektron ərizə forması vakant yerlərə müəllimlərin işə qəbulu ilə bağlı reqlamentlər yerləşdirilmişdir.

Reqlamentlərə uyğun olaraq Bakı şəhərinin ümumtəhsil məktəblərində müxtəlif ixtisaslar üzrə vakant yerlərə 2147 nəfər müəllim elektron ərizə vermişdir. Ən çox ərizə ingilis dili (570 nəfər), ibtidai sinif (467 nəfər), Azərbaycan dili ədəbiyyat (235 nəfər), riyaziyyat (189 nəfər) ixtisasları üzrə daxil olmuşdur.

Müsabiqənin birinci mərhələsində təqdim olunmuş elektron ərizələrdəki məlumatlara şəxsi işlərdə olan təsdiqləyici sənədlərə əsasən müəllimlərin göstəriciləri xüsusi meyarlar əsasında qiymətləndirilmişdir. Eyni zamanda bu mərhələdə ixtisasları, sənədləri reqlamentlərə uyğun gəlməyən namizədlər müəyyənləşdirilmiş onlar II mərhələyə buraxılmamışlar.

Beləliklə, müsabiqənin ikinci mərhələsində 1044 nəfər iştirak etmişdir. Bu mərhələ 10, 11, 16 18 sentyabr 2009-cu il tarixlərdə keçirilmiş, ixtisaslardan iştirakçıların sayından asılı olaraq namizədlərlə müsahibə ya test yoxlaması aparılmışdır. İki mərhələnin nəticəsi əsasında müəyyənləşdirilmiş keçid balını toplamış müəllimlər seçdikləri məktəblərə ixtisasları üzrə işə qəbul olunmuşlar. Onu da qeyd etmək lazımdır ki, nəticələr hər bir fənn üzrə müsabiqə keçiriləndən sonra bir saat ərzində namizədlərə elan edilmişdir.

Müsabiqənin nəticələrinə əsasən işə qəbul edilməsi nəzərdə tutulan müəllimlərin təsdiq olunmuş siyahısı nazirliyin İnternet saytında Azərbaycan Təhsil Portalında yerləşdirilmiş, habelə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə nazirliyin müvafiq məktubları göndərilmişdir.

 

 

Azərbaycan müəllimi.-2009.-25 sentyabr.-S.3.