Respublika müsabiqəsinin keçirilməsi
haqqında
Azərbaycan Respublikası təhsil
nazirinin əmri
Azərbaycan Respublikası Prezidentinin bədən tərbiyəsi və idman sahəsi ilə bağlı sərəncam və fərmanlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi vəziyyətini, fiziki tərbiyə və idman sahəsində qabaqcıl pedaqoji təcrübəni öyrənmək, təhsil sistemində idman və fiziki tərbiyə işini daha da yaxşılaşdırmaq, bu sahədə çalışan istedadlı gənc idmançıları, məşqçi-müəllimləri aşkar etmək, onları rəğbətləndirmək məqsədilə
ƏMR EDİRƏM:
1. 2009-cu təqvim ilinin yekunlarına əsasən uşaq-gənclər idman və şahmat məktəbləri, idmançı və məşqçi-müəllimlər arasında aşağıdakı nominasiyalar üzrə respublika müsabiqələri təşkil olunsun:
- İlin ən yaxşı ixtisaslaşdırılmış
olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbi;
- İlin ən yaxşı ixtisaslaşdırılmış
olimpiya ehtiyatları uşaq-gənclər şahmat məktəbi;
- Şəhərlər üzrə
ilin ən yaxşı uşaq-gənclər idman məktəbi;
- Şəhərlər üzrə
ilin ən yaxşı uşaq-gənclər şahmat məktəbi;
- Kənd rayonları üzrə ilin ən yaxşı uşaq-gənclər idman məktəbi;
- Kənd rayonları üzrə ilin ən yaxşı uşaq-gənclər şahmat məktəbi;
- İlin ən yaxşı idmançısı;
- İlin ən yaxşı şahmatçısı;
- Şahmat məktəbləri
üzrə ilin ən yaxşı məşqçi-müəllimi;
- İdman məktəbləri
üzrə ilin ən yaxşı məşqçi-müəllimi.
2. Respublika müsabiqəsi Azərbaycan
Respublikası Təhsil
Nazirliyinin 03.12.2004-cü il
tarixli, 873 nömrəli
əmri ilə təsdiq olunmuş qaydalara uyğun keçirilsin.
3. Müsabiqənin
respublika mərhələsinə
2009-cu ilin dekabr ayında yekun vurulsun.
4. Naxçıvan
MR Təhsil Nazirliyi, Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə
Şəhər Təhsil
İdarəsi, rayon, şəhər təhsil şöbələri
bu əmrdən irəli gələn vəzifələrin yerinə
yetirilməsi ilə bağlı müvafiq tədbirlər görsünlər,
respublika müsabiqəsinə
təqdim ediləcək
idmançı, məşqçi-müəllim və məktəblər haqqında
məlumatları (əlavə
2,3,4) 05 dekabr 2009-cu ilə
qədər nazirliyin Tərbiyə və məktəbdənkənar müəssisələrlə
iş şöbəsinə
təqdim etsinlər.
5. Tərbiyə
və məktəbdənkənar
müəssisələrlə iş şöbəsi (A.İbrahimov) müsabiqənin
yüksək səviyyədə
təşkili üçün
təşkilati işlər
görsün və yerli təhsil şöbələrinə kömək
göstərsin.
6. İqtisadiyyat
şöbəsi (H.Zeynalov)
müsabiqə qaliblərinin
mükafatlandırılması üçün 1950 (min doqquz yüz əlli) manat vəsait ayrılmasını
təmin etsin.
7. Ümumi şöbə
(İ.Mirzəyev) müsabiqə
qalibləri üçün
hədiyyələrin alınmasını
və bu əmrin çoxaldılaraq
təhsil şöbələrinə
göndərilməsini təmin
etsin.
8. İctimaiyyətlə
əlaqə şöbəsi
(B.Hüseynzadə) əmri
"Azərbaycan müəllimi"
qəzetində dərc
etdirsin.
9. Əmrin icrasına nəzarət nazir müavini E.Qasımova həvalə edilsin.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil
naziri
23 sentyabr 2009-cu il.
Azərbaycan müəllimi.-2009.-25
sentyabr.-S.3.