"Azərbaycan-Almaniya ali təhsil günləri" mövzusunda beynəlxalq konfransın keçirilməsi barədə

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

1. Təhsil Nazirliyi ilə Alman Akademik Mübadilə Xidməti (DAAD) təşkilatı ilə təhsil sahəsində əməkdaşlıq çərçivəsində 01-03 oktyabr 2009-cu il tarixlərində Bakıda "Azərbaycan-Almaniya ali təhsil günləri" mövzusunda beynəlxalq konfrans keçirilsin.

2. Beynəlxalq əlaqələr şöbəsi (Q.Novruzov) tədbirin keçirilməsi ilə bağlı təşkilati işlərin həyata keçirilməsini təmin etsin.

3. İqtisadiyyat şöbəsi (H.Zeynalov) konfransın keçirilməsi ilə bağlı hazırlanmış xərclər smetasında nəzərdə tutulmuş vəsaitlərin köçürülməsini təmin etsin.

4. Ali orta ixtisas təhsili şöbəsi (İ.Mustafayev) konfransda iştirak edəcək yerli nümayəndələrin məruzəçilərin müəyyənləşdirilməsini təmin etsin.

5. Ümumi şöbə (İ.Mirzəyev) konfransın keçirildiyi müddətdə kompüter texniki avadanlığı iştirakçıları dəftərxana ləvazimatı ilə təmin etsin.

6. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) konfransın kütləvi informasiya vasitələri (KİV) ilə işıqlandırılması üçün müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsin.

7. Əmrin icrasına nəzarəti nazir müavini E.Qasımova həvalə edirəm.

 

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

17 sentyabr 2009-cu il.

 

Azərbaycan müəllimi.-2009.-25 sentyabr.-S.3.