C.Naxçıvanski adına hərbi liseydə “Qələbəyə gedən yol” adlı tədbir keçirilib

 

Bakı, 1 aprel, SalamNews. Müdafiə Nazirliyi Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə aprel döyüşlərinin ildönümü münasibətilə C.Naxçıvanski adına hərbi liseydəQələbəyə gedən yoladlı hərbi vətənpərvərlik tədbiri keçirilib.

 

Nazirlikdən SalamNews-a verilən məlumata görə, tədbirdə C.Naxçıvanski adına hərbi liseyin kursantları, rayon məktəblərinin yuxarı sinif şagirdləri, Qarabağ müharibəsi veteranları, əlilləri şəhid ailələri İctimai Birliyinin Nəsimi rayon şöbəsinin, rayon veteranlar cəmiyyətinin üzvləri ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Çıxış edənlər hərbi liseyin yaranma tarixindən, məzunların torpaqlarımızın müdafiəsi uğrunda göstərdikləri qəhrəmanlıqlardan danışıblar. Qeyd olunub ki, hərbi liseyin 10 məzunu 1 zabiti Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülüb. Aprel döyüşlərində hərbi liseyin məzunları torpaqlarımızın müdafiəsi üçün qəhrəmanlıqlar göstəriblər.

 

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxış edərək bildirib ki, 2016-cı ilin aprel döyüşlərinin baş verdiyi hər bir gün hamımız üçün böyük sınaq günləri idi. Həmin günlər Ordumuzun əsgərləri doğma Vətən torpaqlarının hər bir qarışının bizlər üçün gedər əziz olduğunu öz canları qanları hesabına bir daha sübut etdilər. Aprel döyüşlərində qazanılmış qələbədə gənclərin vətənpərvərlik, yüksək əhval-ruhiyə nümayiş etdirməsi Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi uğurlu gənclər siyasətinin bariz nümunəsidir.

 

Hərbi liseyin xidmətdə fərqlənən bir qrup kursantına rayon İcra Hakimiyyətinin hədiyyələri təqdim olunduqdan sonra Nəsimi rayon 8 saylı tam orta məktəbinŞahinlərhərbi komandasının üzvləri hərbi and içiblər.

 

Azərbaycan ordusu.-2017.-5 aprel.-S.6.