Bakıda Dəniz kuboku-2017 beynəlxalq
yarışlarının təntənəli
açılış mərasimi keçirilib
Avqustun 1-də Dənizkənarı Milli Parkda Beynəlxalq Ordu Oyunları2017 çərçivəsində Bakıda təşkil edilən Dəniz kuboku-2017 beynəlxalq yarışlarının təntənəli açılış mərasimi keçirilib.
Açılış mərasimində şəhər sakinləri, hərbçilər və xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan haqqında videoçarx nümayiş etdirilib, yarışların simvolu olan qayıq mərkəzə gətirilib.
Sonra bayraqdarlar
meydana daxil olub. Azərbaycan fanfarası ilə tədbirin başlandığı
elan edilib.
Yarışların hakimlər briqadası və komandalar mərasimə dəvət
olunub.
Azərbaycan Respublikasının dövlət
himni ifa edilib, dövlət bayrağımız qaldırılıb.
Sonra Beynəlxalq
Ordu Oyunlarının və Dəniz Kuboku2017 yarışlarının bayraqları
qaldırılıb.
Mərasimdə çıxış edən Dəniz
Kuboku2017 beynəlxalq yarışları
təşkilat komitəsinin
sədri, Azərbaycan
Respublikası Silahlı
Qüvvələrinin Baş
Qərargah rəisinin
müavini Döyüş
Hazırlığı və
Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov bildirib
ki, bu gün
Bakıda III Beynəlxalq
Ordu Oyunları çərçivəsində Dəniz Kuboku-2017 beynəlxalq
yarışlarına start verilir.
Artıq bir neçə gündür
ki, Rusiya Hərbi Dəniz Donanmasının Xəzər
Flotiliyasının, İran
İslam Respublikasının
və Qazaxıstan Respublikasının gəmiləri
Azərbaycanın Xəzər
dənizindəki ərazi
sularında keçiriləcək
Dəniz Kuboku-2017 beynəlxalq
yarışlarında iştirak
etmək üçün
ölkəmizə gəlib.
Qeyd edilib ki, Beynəlxalq Ordu Oyunları Rusiya Federasiyasının Müdafiə Nazirliyinin təşəbbüsü ilə
təşkil olunub. Beynəlxalq
Ordu Oyunlarının tərkib hissəsi olan Xəzər-2015 müsabiqəsinin
nəticələrinə görə
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin
komandası 3-cü, Xəzər-2016 müsabiqəsində isə
2-ci yerə layiq görülüb və
Admiral-480 motorlu qayığı
ilə mükafatlandırılıb.
İki gün öncə isə III Beynəlxalq Ordu Oyunlarına Moskvanın Alabino poliqonunda start verilib. Azərbaycan Silahlı Qüvvələrinin
nümayəndələri yarışların
beş növündə
güclərini sınayacaqlar.
III Beynəlxalq Ordu Oyunları çərçivəsində
Azərbaycanda keçirilən
Dəniz Kuboku-2017 beynəlxalq
yarışlarının şəffaf
və yüksək səviyyədə təşkili
üçün hər
cür şərait yaradılıb. Azərbaycanın Xəzər dənizindəki
ərazi sularında iştirakçılar üç
mərhələ və
altı epizodda yarışacaqlar.
Diqqətə çatdırılıb ki, Beynəlxalq Ordu Oyunlarının digər yarışları
kimi Dəniz
Kuboku-2017 də iştirakçı
ölkələrin Silahlı
Qüvvələri arasında
qarşılıqlı etimad
mühitinin inkişafına,
qarşılıqlı əməkdaşlığın
möhkəmləndirilməsinə, dostluq və rəqabət gücünün
artırılmasına, şəxsi
heyətin döyüş
və mənəvi-psixoloji
hazırlıqlarının daha da yüksəlməsinə
xidmət edəcək.
Sonra müdafiə naziri,
general-polkovnik Zakir Həsənov Azərbaycan
Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin
Ali Baş Komandanı
İlham Əliyevin Dəniz Kuboku-2017 yarışlarının
iştirakçılarına təbrik məktubunu oxuyub.
Məktubda bildirilir ki, bu gün Azərbaycan
yeni bir yarışa - möhtəşəm
idman birinciliklərindən
seçilməyən Beynəlxalq
Ordu Oyunlarının tərkib hissəsi olan Dəniz Kuboku-2017 beynəlxalq yarışlarına
ev sahibliyi edir. Bu yarışların
Azərbaycanın Xəzər
dənizindəki ərazi
sularında keçirilməsi
heç də təsadüfi deyil. Azərbaycan artıq dünyada idman dövləti kimi tanınır. Birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları,
Formula-1 kimi möhtəşəm
yarışların, dünya
hərbçilərinin güləş,
boks, futbol üzrə çempionatlarının
ölkəmizdə keçirilməsi
bunu bir daha təsdiqləyir və bu missiya
bu gün də uğurla davam etdirilir. Bütün bunlar Azərbaycanın dünyada getdikcə artan nüfuzunun, siyasi, iqtisadi, mədəni, idman, eləcə də ordu quruculuğu sahəsində qazandığı
uğurların nəticəsidir.
Vurğulanır ki, Beynəlxalq Ordu Oyunları hərbi əməkdaşlığın
daha da möhkəmlənməsi,
hərbi xidmətin nüfuzunun artırılması,
döyüş imkanlarının
nümayişi, şəxsi
heyətin döyüş
qabiliyyətinin daha da yüksəldilməsi məqsədinə xidmət
edir. Dəniz Kuboku-2017 hərbi qulluqçularda həmrəylik hissi oyatmaqla bərabər, həm də bütün iştirakçıların
yaddaşında xoş
xatirə olaraq qalacaq.
Qeyd edilir ki, Xəzər dənizi tarixən sahillərində yaşayan
xalqların ümumi sərvəti olub. Dəniz Kuboku-2017 beynəlxalq
yarışları da
ölkələrimiz arasında
qarşılıqlı əlaqələrin,
dəniz təhlükəsizliyi
sahəsində əməkdaşlığın
daha da güclənməsinə,
Xəzər dənizinin
sülh, dostluq, əməkdaşlıq və
mehriban qonşuluq zonası olaraq qalmasına öz töhfəsini verəcək.
Daha sonra nazir Dəniz Kuboku-2017 beynəlxalq yarışlarını
açıq elan edib.
Təntənəli mərasim başa çatdıqdan sonra incəsənət ustalarının,
Azərbaycan Silahlı
Qüvvələri və
Rusiya Cənub Hərbi Dairəsinin mahnı və rəqs ansambllarının
iştirakı ilə
səhnələşdirilmiş kütləvi bədii proqram nümayiş etdirilib.
Qeyd edək ki, yarışlarda
Azərbaycan, Rusiya, İran və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin
gəmi heyətləri,
eləcə də müşahidəçi qismində
Türkiyə, Səudiyyə
Ərəbistanı və
Bəhreyn Silahlı Qüvvələrinin nümayəndələri
iştirak edirlər.
Tədbir atəşfəşanlıqla sona çatıb.
Azərbaycan ordusu 2017.- 3 avqust.- S.2.