İllərin sınağından
çıxmış veteran
Bir neçə il bundan əvvəl baş redaktor məni otağına çağırdı və otağında əyləşən yaşlı bir hərbçi ilə tanış etdi. Əlində yazılarla dolu qovluq da var idi. Məlum oldu ku, bu materiallar Böyük Vətən müharibəsi iştirakçıları haqqındadır. Yazılar rus dilində idi. Onu Azərbaycan dilinə tərcümə elətdirmək istəyirdi. Özünü təqdim etdi - 1-ci dərəcəli kapitan Aleksandr Aleksandroviç Qritçenko. O, yazılarla dolu qovluğu açıb təkrar olaraq mənə göstərdi və dedi ki, bunlar mənim üçün əmanətdir. "Bunlar Vətən uğrunda döyüşlərdə igidliklə vuruşan, itkin düşən və qəhrəmanlıqla həlak olan azərbaycanlılar haqqında toplanan materiallardır.”
Aleksandr Qritçenko ordudan tərxis olunduqdan sonra ömrünü müharibə iştirakçılarının axtarışına sərf edib. Günlərini arxivlərdə keçirib. Faşizmə qarşı döyüşlərdə iştirak edən, itkin düşən, həlak olan soydaşlarımız haqqında geniş məlumat almaq üçün onların yaşadıqları ünvanlara gedərək ailələri ilə görüşüb. Döyüşçülərin həyat və döyüş yollarını müxtəlif qəzetlərdə işıqlandırıb. Azərbaycanı və azərbaycanlıları sevən bir insana sayğılar göstərdim.
Aleksandr Qritçenko əslən Dnepropetrovski şəhərindəndir. Müharibə başlananda Hərbi Dəniz Donanmasında xidmətə çağırılıb. Böyük Vətən müharibəsinin başlanğıcından sonuna qədər döyüş yolu keçib. Qara dəniz, Azov və Dunay hərbi dəniz donanmalarında dəniz piyadaları sırasında faşistlərə qarşı igidliklə vuruşub. Rumıniyanın, Bolqarıstanın, Macarıstanın, Çexoslovakiyanın və başqa ölkələrin faşistlərdən azad edilməsində iştirak edib. Cəbhə qəzetlərində məqalələri dərc olunub.
A.Qritçenko Azərbaycana gəldiyi vaxtdan buranı özünə doğma Vətən seçir.
Qritçenko onlarla kitabların müəllifidir. O, şairdir, yazıçı-publisistdir, jurnalistdir.
Kitablarının əksəriyyəti də dəhşətli müharibə illərində
qəhrəmanlıq göstərən
döyüşçülər haqqındadı. "Yaddaşlarda
əbədi qalacaq",
"Qələbənin marşalı
Jukov", "Odlu illərin qəhrəmanları",
"Azərbaycan qəhrəmanları"...
və s. kitablarda Azərbaycanın müxtəlif
bölgələrindən olan
azərbaycanlı, rus,
ləzgi, tat, avar, gürcü, yəhudi və s. millətin nümayəndələri haqqında
müxtəlif məlumatlar
var.
Onu neçə
illərdir ki, kursantlar, məktəblilər
arasında görürük. O, müharibənin
dəhşətlərindən, qəhrəmanların igidliyindən
danışır.
A.Qritçenkonun adı Moskvada Beynəlxalq Mərkəzin
nəşri olan
"XX əsrin əsgərləri"
tarixi kitabına düşüb.
İlin əvvəlində Prezident
İlham Əliyevin sərəncamı ilə
Aleksandr Qritçenko Azərbaycan Respublikasının
ictimai həyatında
səmərəli fəaliyyətinə
və gənclərin
vətənpərvərlik tərbiyəsindəki xidmətlərinə
görə “Azərbaycan
Respublikası Prezidentinin
fəxri diplomu” ilə təltif edilib.
İctimai fəaliyyətinə görə
də dövlətimizin
müxtəlif fəxri
adlarına, mükafatlarına
layiq görülüb.
Svetlana YUSUBOVA, "Azərbaycan Ordusu"
Azərbaycan ordusu 2017.- 6 may.- S.7.