Naxçıvan Qarnizonu
üzrə təşkil olunan futbol birinciliyində 17 komanda
mübarizə aparıb
Naxçıvanda "Vətənə, xalqa və dövlətə xidmət ömrümüzün mənasıdır" devizi altında Naxçıvan Qarnizonu üzrə təşkil olunan futbol birinciliyində 17 komanda mübarizə aparıb.
Hərbi qulluqçular arasında idmanın təbliği və güclü komandaların müəyyən edilməsi məqsədi ilə Əlahiddə Ümumqoşun Ordu Komandanlığının təşkil etdiyi birincilik Olimpiya sistemi üzrə keçirilib.
Finala qədər yüksələn ən güclü 2 komandanın gərgin mübarizəsində 2:0 hesabı ilə "N" hərbi hissəsi qalib gəlib. İlk üçlükdə qərarlaşan komandalar Əlahiddə Ümumqoşun Ordu Komandanlığı tərəfindən fəxri fərman və kubokla mükafatlandırılıb.
Yeddi gün
davam edən birincilikdə hərbi qulluqçularla yanaşı, Naxçıvan
şəhərində yerləşən Heydər Əliyev
adına Hərbi Liseyin kursantları da mübarizə apararaq,
17 komanda arasında 4-cü yerdə qərarlaşıb.
Nəriman
NƏCƏFOV
Azərbaycan ordusu 2017.- 31 may.- S.8.