Şərqin ilk istiqlaliyyət günəşi

 

Şərqin ilk istiqlaliyyət günəşi olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini qeyd etmək ərəfəsindəyik. Prezident İlham Əliyev mayın 16-da Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinin respublikada geniş qeyd edilməsi və bu istiqamətdə tədbirlər planının həyata keçirilməsi ilə bağlı sərəncam imzaladı.

Müasir müstəqil Azərbaycanın inkişafında müstəsna xidmətləri olan ümummilli liderimiz Heydər Əliyev çıxışlarında Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq parlaq tarixini şərh edərkən qeyd edirdi ki, müsəlman Şərqində ilk demokratik Cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə, yəni XIX əsrin sonu  XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə bağlıdır. O illərdə vətənpərvər şəxsiyyətlər, mütəfəkkirlər, ziyalılar xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirərək, müstəqil dövlətçilik ideyalarının gerçəkləşməsinə nail oldular.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 99 il keçir. Bu illər ərzində dövlətçilik tariximiz Cümhuriyyətin ənənələrinə uyğun formada inkişaf etməkdədir.

28 may bizim üçün deməkdir? Əgər nəzərə alsaq ki, bugünkü müstəqil Azərbaycan 1918-ci ilin Xalq Cümhuriyyətinin hüquqi varisidir, onda aydın olur ki, bu gün fəxr  etdiyimiz azad Azərbaycan öz tarixi başlanğıcını 1918-ci ildəki demokratik Azərbaycandan götürüb.

Müstəqil dövlətimizin - Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı 1918-ci il mayın 28-də Tiflis şəhərində elan edildi. Bu dövlət 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud oldu. Lakin bu qısa müddətdə çox işlər görüldü, mühüm dövlətçilik atributları yaradıldı. Bu dövlətin yaradıcıları olan M.Ə.Rəsulzadə, F.X.Xoyski, N.Yusifbəyli, Ə.Topçubaşov, H.Ağayev başqa vətənpərvər istiqlalçılar milli dövlətçiliyimizin əsaslarını möhkəmləndirdilər. Azərbaycan Milli Şurasının qəbul etdiyi "İstiqlal Bəyannaməsi" yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin daxili xarici siyasətinin başlıca prinsiplərini bütün dünyaya bildirdi. "Bəyannamə"də elan edilmiş prinsiplər - Azərbaycan xalqının öz müqəddəratını təyin etmək, insanların hüquq bərabərliyinə hörmət, bütün xarici dövlətlərlə, habelə qonşu xalqlarla dinclik əmin-amanlıq şəraitində yaşamaq, bir-birinin suverenliyinə hörmətlə yanaşmaq prinsipləri Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq nüfuzunu artırdı.

1918-ci il iyunun 16-da Milli Şura Azərbaycan Hökuməti Gəncəyə, sentyabrın 17-də Bakıya köçürülür, noyabrın 19-da Azərbaycan parlamentinin təsis olunması barədə qərar qəbul olunur, dekabrın 7-də Azərbaycan parlamenti fəaliyyətə başlayır. 99 il əvvəl parlamentarizm  ən vacib dövlət strukturu kimi Şərq dünyasında ilk dəfə məhz Azərbaycanda təsis olundu. Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində yeni idarəetmə prinsiplərinə keçən ilk dövlət oldu.

İdarə üsuluna görə Azərbaycan Xalq Cümhuriyyəti parlament respublikası idi. Qeyd etmək lazımdır ki, parlament respublikası, xalqın demokratik haqq hüquqlarını yüksək səviyyədə təmin edən ən mütərəqqi idarəetmə sistemi yalnız dünyada ən inkişaf etmiş ölkələrdə tətbiq olunur.

Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti vətəndaşlara haqq ədalət, müstəqillik təminatına görə dövrünün bir çox ölkələrini geridə qoyurdu. İstiqlal Bəyannaməsi bütün türk-müsəlman dünyasında, ümumiyyətlə, bütün Şərqdə ilk dəfə olaraq demokratik parlamentli müstəqil Azərbaycan dövlətinin yaradılmasını xəbər verirdi.

Göründüyü kimi, Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası, sonra isə parlamenti hökuməti mövcud olduğu qısa müddətdə iqtisadi, ictimai-siyasi sosial həyatın müxtəlif sahələrinə aid məqsədyönlü islahatlar həyata keçirir, müstəqil Azərbaycan dövlətinin formalaşıb möhkəmlənməsi üçün misilsiz işlər görür.

Azərbaycan xalqının çar Rusiyasına qarşı milli azadlıq mübarizəsi nəticəsində, I Dünya müharibəsi dövründə Azərbaycanda 28 may 1918-ci il tarixində yaranmış müstəqil Azərbaycan Xalq Cümhuriyyətində milli ordunun qurulması, bir tərəfdən dövlət quruculuğunun mühüm tərkib hissəsi, digər tərəfdən konkret tarixi şəraitdə ərazi bütövlüyünün qorunması üçün atılan zəruri addım oldu. Yeni yaradılacaq ordunun əsasını Müsəlman Korpusu təşkil edirdi. Ordu quruculuğuna rəhbərlik üçün ilk hökumət kabinəsinin tərkibində Hərbi Nazirlik yaradıldı Xosrov Paşa bəy Sultanov hərbi nazir təsdiq edildi. Lakin bu kabinənin buraxılması ilə hərbi nazir vəzifəsi ləğv edilərək Azərbaycanda ordu quruculuğu prosesinə rəhbərlik hökumətin qərarı ilə Qafqaz İslam Ordusu komandanı Nuru paşaya həvalə olundu. Nəhayət, 1918-ci il iyunun 26-da hökumətin qərarı ilə Müsəlman Korpusu Əlahiddə Azərbaycan Korpusu adlandırıldı. General-leytenant Əlağa Şıxlinski korpusun komandiri kimi öz vəzifəsini yenə davam etdirdi.

Ordu quruculuğu sahəsində hökumət bir sıra önəmli tədbirlər həyata keçirdi. 1918-ci il iyunun əvvəllərində Gəncə Hərbi məktəbi fəaliyyətə başladı. 1919-cu ilin sonunda isə Hərbiyyə məktəbi, ardınca milli hərbi kadrlar hazırlayan istehkamçılar, hərbi dəmiryolçular hərbi feldşer məktəbləri açıldı.

1918-ci il noyabrın 1-də Hərbi Nazirliyin yenidən bərpa olunması qərara alındı. İlk vaxtlar Hərbi Nazirliyə rəhbərliyi Nazirlər Şurasının sədri Fətəli xan Xoyski öz üzərinə götürdü. Nazir müavini tam artilleriya generalı Səməd bəy Mehmandarov təyin edildi.

Nazirlər Şurasının 25 dekabr 1918-ci il tarixli qərarı ilə tam artilleriya generalı Səməd bəy Mehmandarov hərbi nazir, 29 dekabr 1918-ci il tarixli qərarı ilə general-leytenant Əlağa Şıxlinski hərbi nazirin müavini təyin edildi.

Kifayət qədər hərbi biliyə təcrübəyə malik zabitlər olan Səməd bəy Mehmandarovun, Əlağa Şıxlinskinin, Həbib bəy Səlimovun, Murad Gəray bəy Tlexasın, İbrahim ağa Usubovun, Həmid bəy Qaytabaşının, İbrahim ağa Vəkilovun, Süleyman bəy Əfəndiyevin, Cavad bəy Şıxlinskinin, Feyzulla Mirzə Qacarın başqalarının milli ordunun qurulmasında əvəzsiz xidmətləri olub.

19 mart 1919-cu ildə general-leytenant Məmməd bəy Sulkeviçin Baş Qərargah rəisi təyin edilməsi ilə Azərbaycanın milli qoşun hissələrinin formalaşdırılması sürətləndirildi, döyüş hazırlığı xeyli təkmilləşdirildi.

20 fevral 1920-ci ildə general-mayor Həbib bəy Səlimov yeni yaradılan Azərbaycan Ordusunun Vahid Qərargahının rəisi təyin edildi.

1920-ci il bolşevik işğalı ərəfəsində Azərbaycan Ordusunun əsas döyüş hissələri birləşmələri 8 alaydan ibarət iki piyada diviziyası, 3 alaydan ibarət süvari diviziyası iki topçu briqadasından ibarət idi. Bundan başqa, ordunun bir sıra yardımçı hissə, bölmə müəssisələri var idi. Hər bir piyada alayı 3 tabordan, hər bir tabor isə dörd piyada bir pulemyot bölüyündən təşkil edilmişdi. Süvari kəşfiyyat, rabitə-telefon qeyri-nizami bölükləri var idi.

Azərbaycan Xalq Cümhuriyyəti yarandığı gündən rus, ingilis, erməni-daşnak silahlı qüvvələrinin hücumuna məruz qaldı. Müdaxiləçilərin hər biri ayrı-ayrılıqda öz mənafeyi uğrunda müharibə aparırdı. Şərqin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il aprelin 28-də XI Qızıl Ordu tərəfindən işğal olundu.

Bolşevik çevrilişindən sonra Azərbaycan Ordusunun mövcudluğuna da son qoyuldu.

 

Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu"

Azərbaycan ordusu 2017.- 27 may.- S.4.