Şəhid Əlövsət
Vəliyevin xatirəsi anılıb
Qubadlının
Həmzəli kəndində dünyaya göz açan, Vətən
uğrunda müharibədə qəhrəmancasına həlak
olan Əlövsət Vəliyevin xatirəsi məzunu
olduğu Qubadlı rayon Çaytumas kənd məktəb-liseyində
yad edilib.
Qubadlı Rayon
İcra Hakimiyyətinin təşkilatçılığı
ilə keçirilən anım tədbirində rayon rəhbərliyi, idarə, müəssisə
və təşkilat rəhbərləri, şəhid ailələrinin
üzvləri, şəhidin döyüş
yoldaşları və müəllimləri, ictimaiyyət
nümayəndələri iştirak ediblər.
AZƏRTAC xəbər verir
ki, mərasim Dövlət himninin
səsləndirilməsi ilə başlayıb. Azərbaycanın
ərazi bütövlüyü uğrunda canından keçmiş
şəhidlərin xatirəsi bir dəqiqəlik
sükutla yad olunub.
Sonra Əlövsət Vəliyevin
həyat yolundan bəhs edən film nümayiş etdirilib.
Çıxışında ulu öndər Heydər Əliyevin müharibə
əlillərinə və şəhid ailələrinə böyük qayğı ilə
yanaşdığını xatırladan Qubadlı Rayon İcra Hakimiyyəti
başçısının müavini,
YAP Qubadlı rayon təşkilatının
sədri Allahverdi Haqverdiyev,
bu siyasətin Prezident
İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, şəhid
ailələrinin sosial müdafiəsinin
gücləndirildiyini, onların mənzil-məişət
şəraitinin
yaxşılaşdırıldığını
vurğulayıb.
“Qubadlı rayonu Azərbaycanın
suverenliyi və ərazi bütövlüyü
uğrunda mübarizədə 238 şəhid
verib”, - deyən Allahverdi
Haqverdiyev, Prezidentin Fərmanı
ilə onlardan 11 nəfərinə Azərbaycanın
Milli Qəhrəmanı adı verildiyini diqqətə çatdırıb. O,
şəhidlərin xatirəsinin anılması, şəhid
ailələrinə diqqət və qayğı göstərilməsi
kimi məsələlərin rayon rəhbərliyinin daim
gündəmində olduğunu bildirib.
Bildirilib ki, Əlövsət Vəliyev
1968-ci il dekabrın 15-də Qubadlı rayonunun Həmzəli kəndində dünyaya göz
açıb. 1985-ci ildə orta məktəbi
əla qiymətlərlə bitirərək Azərbaycan
Dövlət Pedaqoji Universitetinə daxil olub. 1987-ci ildə hərbi
xidmətə yola düşən
Əlövsət Vətənə dönəndə ermənilər
artıq torpaq iddiaları ilə
çıxış edirdilər. 1992-ci ilin
mayında Milli Ordu
sıralarına daxil olan
Əlövsət ilk gündən özünü təcrübəli
tankçı kimi göstərir.
“1993-cü ilin avqustunda Qubadlı rayonu
ağır günlərini yaşayırdı. Əlövsət
Vəliyevin tankçıları gecə-gündüz ara vermədən döyüşlər
aparır, düşmən hücumlarının
qarşısını almağa
çalışırdılar. Bu
döyüşlər zamanı cəsur tankçı
Əlövsət Vəliyev misilsiz qəhrəmanlıqlar
göstərir. Düşmənin bir
neçə texnikasını məhv edən bu
qəhrəman mərmi bitdikdən sonra öz tankını tərk etmir.
Tankı erməni quldurlarının üzərinə yönəldir,
son məqamda o, öz tankını düşmən
tankına çırparaq hər iki
texnikanı hərəkətsiz hala salaraq qəhrəmanlıqla həlak olur. Suraxanı rayon 70
saylı uşaq bağçası şəhidin
adını daşıyır. Onun xatirəsi
“Əfsanəvi Tankçı” adlı kitabda
əbədiləşib”, - deyə A.Haqverdiyev
qeyd edib.
Natiq bildirib
ki, yaxın gələcəkdə Prezidentimizin uğurlu siyasəti
nəticəsində torpaqlarımız işğaldan
azad olunacaq və
üçrəngli bayrağımız işğal
olunmuş torpağımızda dalğalanacaq, şəhidlərin ruhu şad olacaq.
Əlövsət Vəliyevin döyüş
yoldaşları şəhidin 25 il ərzində
keçdiyi şərəfli həyat yolundan danışaraq, xatirələrini
bölüşüblər.
Anım tədbirinin sonunda
məktəb şagirdlərinin ifasında qəhrəmanlıq
və vətənpərvərlik mövzusunda
ədəbi-bədii kompozisiya nümayiş olunub.
Azərbaycan ordusu 2019. - 9 noyabr. - S.7.