Türkiyə,
Zəfər bayramın mübarək!
Türkiyə Cümhuriyyətinin ordu tarixi zəfərlərlə zəngindir. Bütün zəfərlər Türkiyə hərb tarixində özünəməxsus önəmliliyi, əhəmiyyəti ilə xüsusi yer alıb.
30 avqust 1922-ci il Zəfəri türk millətinin XX yüzillikdə dünya tarixində yazdığı qəhrəmanlıq səhifəsidir. Bu səhifələri vərəqlədikcə qəhrəman türk millətinin yurd, torpaq sevgisi ilə alışıb-yandığına, vətənpərvərliyinə, döyüşkənliyinə bir daha şahid olursan…
Birinci Dünya müharibəsində Osmanlı Türkiyəsi də bütün qüvvələrini səfərbər edərək müharibəyə qoşuldu. Bu qanlı müharibə Türkiyəni zəif saldı. Antanta dövlətləri Osmanlını bu savaşda tam məğlubiyyətə uğratdı. 1918-ci il oktyabrın 30-da qalib dövlətlərlə Türkiyə arasında "Mudros" adlı təslimçi barışıq sazişi imzalandı. Bu anlaşmaya əsasən, Türkiyə parçalanırdı. Bununla da işğalçı ölkələr istədiyi şəkildə böyük türk torpaqlarında hegemonluq edə bilərdi. Ölkənin şərqində Ermənistan dövləti yaratmaq da bu plana daxil idi. Bu planları həyata keçirmək üçün Yunanıstan istilasından bəhrələnirdilər. 1919-cu il mayın 15-də yunan qoşunları imperialist ölkələrin hərbi gəmilərinin köməyi ilə İzmiri işğal etdi. İngilis qoşunları isə İstanbulun içərilərinə doğru irəliləyirdi.
İzmirin işğalından sonra işğalçı dövlətlərin Türkiyəni parçalamaq siyasətinə qarşı ölkədə milli azadlıq hərəkatı başladı. Artıq müharibədən yorulmuş Osmanlı türkləri yenidən özlərində güc taparaq düşmənə müqavimət göstərirdi. Beləliklə, Mustafa Kamal Paşanın rəhbərliyi ilə 1919-cu il mayın 19-da Türkiyənin milli qurtuluş savaşı başladı.
Mustafa Kamal Paşa
Osmanlı ordusunun ən istedadlı generallarından biri idi. Onun rəhbərliyi
altında birləşən
müqavimət qüvvələri
1920-ci il aprelin 23-də Ankarada Türkiyə Böyük
Millət Məclisinə
toplanırlar. Mustafa Kamal Paşa məclisin sədri seçilir. Bundan sonra
parlament Milli Qurtuluş Savaşının
başlanmasını elan
edir. Bu ağır
və çətin günlərdə ümumi
səfərbərlik elan
olunur. Qadın, gənc, uşaq,
yaşlı demədən
hər kəs könüllü olaraq ordu sıralarına yazılır, vətəninin,
torpağının xilasına
tələsirdi. Amma
içəridən bu
hərəkata mane olan
düşmənlərin də
sayı az
deyildi. Belələri xəyanətdən və yunan tərəfə
keçməkdən çəkinmirdilər
ki, bu da
Atatürkün planlarına
mane olurdu. Buna baxmayaraq,
həmin günlərdə
Mustafa Kamal Paşa üzünü xalqına
tutaraq bəyan etdi: "Efendiler! Dahilde ve hariçteki düşmanlarımız ister
çok, ister az olsun, faaliyetlerinin
genişliği ne olursa-olsun,
kesin başarı, son
başarı meşru
bir amaç izleyenler olacaktır".
1921-ci ildə Sakarya
müharibəsi zamanı
"Xətti-müdafiə yoxdur, səthi-müdafiə
vardır". O "Səth bütün vətəndir"
deyir böyük sərkərdə Atatürk
və hərb tarixinə yeni bir məfhum gətirir.
Mustafa Kamal Paşa 1922-ci il avqustun
6-da orduya məxfi olaraq savaşmaq üçün hazırlanma
tapşırığı verir. Özü isə Akşehirə
gələrək komandanları
bir araya toplayır. Həmin toplantıda müharibənin
başlanacağı günü
avqustun 26-na təyin edir.
26 avqust 1922-ci il
tarixdə sabah erkəndən, saat 05.30-da
topçuların atəşiylə
Kocatəpədən Meydan
Savaşı başlayır.
Savaşı Başkomandan Mustafa Kamal Paşa idarə edirdi. Qəhrəman türk Ordusu
güneydən, quzeydən
hərəkət edərək
qısa zamanda irəliləyir, yunanların
müdafiə xətti
yarılır. 26-27 avqust gecəsi yunanların silah-sursatı
ələ keçirilir.
Qısa müddət ərzində
Afyon işğaldan azad edilir. Dumlupınara
doğru geri çəkilən düşmən
və bütün yunan ordusu tamamilə
məğlub edilir.
Savaşın sonlarına
az qalmış
yunan Başkomandan Trikopis əsir alınır. Bu arada
Kütahya da düşməndan təmizlənir.
Savaşı Başkomandan Mustafa Kamal Paşa idarə etdiyi üçün bu savaş "Meydan Savaşı" adını
alır. Minlərlə türk əsgəri, gənci, qadını, qocası şəhid olur bu savaşda.
Amma bir qarış torpaq düşmənə
güzəştə gedilmir.
Türkiyənin böyük qurbanlar və dağıntılar
bahasına siyasi müstəqilliyini əldə
etməsi onun çoxəsrlik tarixində
dönüş nöqtəsi
oldu. Türk xalqının milli
müstəqillik uğrunda
apardığı azadlıq
mübarizəsi və
imperialist dövlətlər üzərindəki tarixi qələbəsi ilə milli-dünyəvi, müstəqil
türk dövləti
təşəkkül tapdı.
Bu hadisə Şərq
xalqlarının milli-azadlıq
hərəkatına da
güclü təkan oldu. 1922-ci ilin yayında Atatürk demişdi: "Türkiyənin
bugünkü mübarizəsi
yalnız özünün
azadlığı naminə
olsaydı, bəlkə
daha qısa və daha az
qanlı olar və tez də
qurtarardı. Türkiyə qəti və ciddi səylər sərf edir. Çünki apardığı mübarizə məzlum millətlərin, bütün
Şərqin mübarizəsidir".
Azərbaycan o ağır illərdə də maddi və
mənəvi yardımını
qardaş Türkiyədən
əsirgəmədi. Bu dönəmin
tədqiqatçıları yazırlar ki, Mustafa Kamal Paşa 1921-ci il martın
17-də, yəni 2-ci İnönü
savaşından öncə
Nəriman Nərimanova
məktub ünvanlayaraq,
maliyyə dəstəyinə
böyük ehtiyac duyulduğunu bildirmişdi.
N.Nərimanov dərhal büdcədə
olan 500 kiloqram qızılı Ankaraya, xeyli miqdarda silah-sursatı da Anadoluya göndərir.
Bütün bunlar qardaşın qardaşa köməyi, vəfa borcu idi. Görkəmli dövlət
xadimi Nəriman Nərimanovun bu barədə 1921-ci il martın 23-də
Mustafa Kamal Atatürkə
yazdığı məktubunda
izahı daha gözəl verilir. N.Nərimanov yazırdı:
"Paşam, türk
millətinin bir ənənəsi vardır:
qardaş qardaşa borc verməz. Qardaş qardaşın əlindən
tutar, biz qardaş xalqlarıq. Hər zaman
və hər şəraitdə bir-birimizin
əlindən tutacağıq.
1918-ci ildə siz bizim əlimizdən
tutdunuz. Bizi ölümdən
qurtardınız. Bu gün biz sizin qardaşınız olaraq əlinizdən tutmağa çalışırıq. İmkanımız çatdığı qədər pul göndərəcəyik. Bu
gün sizin üçün etmək istədiyimiz bir qardaşın, başqa bir qardaşı üçün etmək istədiyindən başqa
bir şey deyil".
Türk dünyasının əvəzsiz
liderləri sayılan
Mustafa Kamal Atatürkün
və Heydər Əliyevin müdrik kəlamları tarixin hər dönəmində
müasirdir, unudulmazdır. Atatürkün "Azərbaycanın kədəri
bizim kədərimiz, sevinci bizim sevincimizdir",
Ulu Öndərin
"Bir millət, iki dövlət" müdrik kəlamları sanki bu gün
üçün deyilib.
Dar gündə qardaşın qardaşa
vəfa borcunu yerinə yetirən
Türkiyə 44 günlük Vətən
savaşında da Azərbaycanın
yanında oldu, xalqımıza böyük dəstəyini əsirgəmədi.
Ötən illərdə Türkiyənin 30 avqust
Zəfər bayramına həsr olunan
yazılarımdan birində qeyd etmişdim: "Türk
milləti Meydan Savaşında əbədi
azadlığına qovuşdu. Hər il 30 avqust
Zəfər bayramı respublikamızda da qeyd olunur. Əminik ki, tezliklə Azərbaycan Ordusu
torpaqlarımızı düşmən tapdağından
tamamilə azad etdikdən sonra
bütün türk
dünyası daha bir
Zəfər bayramını da qeyd edəcək". Bəli, Müzəffər
Ali Baş Komandan İlham Əliyevin
sərkərdəliyi ilə qüdrətli Azərbaycan Ordusu Vətənimizin ərazi bütövlüyünü
bərpa etdi. Bu gün bütün türk dünyası Azərbaycanın 44 günlük Vətən savaşında
qazandığı Böyük Zəfəri
bayram edir.
Lalə Hüseynova
Azərbaycan ordusu.- 2022.- 28 avqust.-
S.5.